Az qalıb

(mənsur şeir)

…Az qalıb! Lap azca! Uçacam burdan! Bir yolluq qaçacam tənhalığımdan! Sənli bu ölkədə sənsiz yaşamaq, çox ağır əzabdır, zülmdür yaman!! Ondansa, rədd olum Azərbaycandan! Bir yolluq, “geriyə yol yoxdur” deyib! Bəlkə uzaqlarda tapdım hüzuru!? Bəlkə, uzaqlarda tapdım mən onu!? Səndən fərqli, mənim saf hisslərimin qədrini biləcək birini tapdım!? Elə orda qaldım, onun yanından bir an ayrılmadan sevgini daddım!? Bəlkə də… Tanrı məndən üzün çevirməyibsə!… Amma, inanmıram! Mən Rüfətəmsə…

….Az qalıb! Lap azca! Bir neçə saat! Səhər təyyarəyə minib gedəcəm! İndisə, gecənin sənsizliyində, son dəfə səninlə söhbət edəcəm… Zəng edirəm, götürmürsən! Yalvarıram! Mesajlara cavab vermirsən! Hiss etmirsən, necə əzab çəkirəm! Anlamaq istəmirsən, gec olsa da, səhvimi dərk edirəm! Barışmaq yox, sadəcə, hallaşmaq istəyirəm, sadəcə üzr istəmək səndən! Mən səni sevirəm! Sən isə…. Mənə nifrət edirsən! Qarğayırsan məni! Sanki…sanki, aldadaraq atmışdım qəfil! Sanki, xəyanəti mən eləmişdim! Sanki, yalanları mən söyləmişdim! Amma, həmişə mən şans istəmişdim! İnanıb sevgimə, güvənməyinçün! De görüm, son eşqim, sən neyləmişdin!?….

Oxumağa davam et

Anaya məktub

(bədii yazı)

Salam, ana!

Artıq neçənci dəfədir ki, sənə məktub yazıram. Və artıq neçə ildir ki, yazıram, özüm oxuyuram… Və bir neçə dəfə göz yaşları içərisində oxuduqdan sonra, cırıb atıram. Yəqin ki, bu məktubumun taleyi də belə olacaq. Ya da ki… Bilmirəm! Nə olur olsun, bu məktubu da göndərməyəcəm sənə.Yəqin ki, saxlayaram və nə vaxtsa imkan düşsə, dərc etdirərəm. Və yəqin ki, nə vaxtsa, bu məktubum sənə gəlib çatar. Sənə də olmasa, başqa insanlara təsiri olar… Bəlkə də!

O vaxt çox kiçik idim. Cəmi beş yaşım var idi. Az da olsa, bəzi anlar köhnə bir filmdən kadrlar kimi beynimdə həkk olunub və daim ağlımdadır. Atam sağ idi onda. Biz onun yanındaydıq, o da bizim. Xoşbəxt bir üçlük idik – mən, sən və atam! Çox ailəcanlı kişi idi rəhmətlik. Tam olaraq yadımda qalmasa da, onun gülər simasını yada saldıqda, başqa cür düşünə bilmirəm onun barəsində.

Oxumağa davam et

Proza içində dərc edildi