Əsas səhifə » Haqqında

Haqqında

Rüfət Seyidəhməd oğlu Əhmədzadə (Rüfət Səid Əhmədzadə) 1986-cı il, İyunun 7-də Abşeron rayonu Xırdalan şəhərində anadan olub və 18 yaşına kimi bu şəhərdə böyüyüb. Orta təhsilini Bakı Özəl Türk Litseyi və Bakı Türk Anadolu Litseyində alıb. Bakalavr dərəcəsinə Bakı Slavyan Universitetində (Tərcümə fakültəsi, Polyak-İngilis ixtisası) yiyələnib. 2010-cu ildə, Gəncə Dövlət Universitetində  “Tərcüməçi” ixtisası üzrə  magistr dərəcəsi alıb.Yeniyetmə vaxtlarından ədəbiyyat, publisistika və ictimai-siyasi fəaliyyətə marağı var.

Bir müddət Rüfət Türkalp və Rüfət Səid imzası ilə mətbuatda çıxış edib. 2007-ci ildə “Kaspi”dən başlayaraq, “Türküstan”, “24 saat”, “Yeni yol”, “Üç nöqtə” kimi qəzetlərlə, tia.az, azxeber.com, azadliq.org (oxuzali.az), aztoday.az, kulis.az, gun.az, apa.az (beynəlxalq siyasət müxbiri), publika.az, reaksiya.az, kult.az, alokitab.az (bir müddət menecer kimi) kimi saytlarda, “Hədəf” və “Zero” nəşriyyatlarında çalışıb və ya əməkdaşlıq edib. Hazırda reaksiya.az saytında çalışır.

2014-cü ilin əvvəlində Kulis.Az-ın “Ən qısa hekayə” müsabiqəsində 3-cü, həmin ilin iyununda isə “Ədəbi azadlıq-2014” müsabiqəsinin şeir nominasıyasında 1-ci olub. İki kitab müəllifidir, Ahmet Ümitin “Sis və gecə”,  Ceyms Rollinsin “Qum fırtınası” əsərlərinin tərcüməçisidir. Müxtəlif saytlarda və jurnallarda ingilis, rus və polyak dillərində (çox zaman orijinaldan) olan hekayələrin tərcüməsi ilə çıxış edib.

Ailəlidir, bir oğlu var. Dini baxışı İslam, siyasi mənsubiyyəti bitərəf, lakin siyasi baxışı milli demokratdır.

Haqqında” üçün 21 cavab

rufatahmad üçün bir cavab yazın Cavabı ləğv et