Qafqaz Media Məktəbinə qeydiyyat başladı

Qafqaz Xəbər Agentliyi və Qafqaz Təhsil Mərkəzinin birgə layihəsi “Qafqaz Media Məktəbi” təlim-təcrübə proqramına start verilib.
Layihə çərçivəsində jurnalistikaya, İnternet mediasına marağı olan gənclərə peşəkar jurnalistlər tərəfindən təlimlər keçiriləcək, tanınmış ictimai xadimlər, ayrı-ayrı KİV-lərin redaktorları, qələm ustaları və ekspertlərlə görüşlər təşkil olunacaq.
Təlim-təcrübə proqramı həftədə 2 saat olmaqla 20 saat təlimdən, ekspertlərlə təşkil olunan 4 görüşdən, bundan əlavə, arzu edənlər üçün 2 həftəlik audio və videomontaj təlimlərindən, həmçinin “Qafqaz Xəbər Agentliyi” MMC-də 1 aylıq təcrübə proqramından ibarət olacaq.
Qafqaz Media Məktəbindən məzun olan bütün dinləyicilərə müvafiq sertifikatlar veriləcək, fərqlənən dinləyicilərin bu və digər KİV-lərdə işlərdə təmin olunmasına yardım göstəriləcək.
Təlimlərə qəbul 2017-ci il martın 1-dək davam edir. Məktəbə qəbul “e-mail”ə göndərilən tərcümeyi-halların arasında seçim etməklə həyata keçiriləcək, hər qrup 10-15 dinləyicidən ibarət olacaq.
Qafqaz Media Məktəbi ilə maraqlananlar qafqaztehsil2017@gmail.comünvanına öz tərcümeyi-hal və əlaqə nömrələrini göndərə bilərlər.
Həmçinin, 0502283382, 0503933295 (whatsapp) və ya 0124902141 nömrələrilə də əlaqə saxlamaq mümkündür.
Ünvan: Bakı şəhəri, “Xətai” metrostansiyasının yaxınlığı, S.Vəzirov 11D.
qafqaz-media-mektebi

Ağdamın “dəli”ləri və “anormal”ları haqqında – AUDİO

Daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir?

Yanvarın 5-də telefon söhbəti zamanı mənimlə küçə üslubunda danışan və əri tərəfindən yandırılmış müəlliməni dolayısıyla “anormal” adlandıran (“baxın görün, o qadın normaldır?”, “Nəsə çatışmır” və s)  prokuror Rəfail Zeynalov Ağdam RİH başçısı Raqub Məmmədovun qudası imiş.

Olmaya, iki quda əl-ələ verib, rayonu “anormalxana”ya çevirməklə məşğuldurlar?..

Dayanın, əziz oxucular! Kimisə təhqir etmək, qərəzli tənqid atəşinə tutmaq məqsədim yoxdur.

Sadəcə, “məni adam bilib danışan” prokuroru mən də adam bildim, ondakı bu özgüvənin səbəblərini öyrənməyə çalışdım… Nəhayət, ağdamlı tanışlarım mənə dedilər ki, “qudasının rayonudur, gözün üstə qaşın var” deyən yoxdur… Baxın, burda barmağımı “Snickers” bilib, dişlədim. Bundan əvvəl Raqub Məmmədovun müavini Ağa Zeynalov ondan 5 min manat rüşvət alındığını, pulunu tələb edəndə isə özünün kanala atıldığını deyən bağça tərbiyəçisi Fəridə Vəliyevanı “ruhi xəstə” adlanırmışdı.

Keçən ilin yayında Ağdam RİH nümayəndəsi Hüseyn Əliyev 4 il çörəkpulusunu ala bilməyən bir xanım haqqında xoşagəlməz sözlər işlətmişdi. Bu və digər məqamlar hamısı faktdır və diktofon yazıları da var… Yəni, Ağdamdan kim şikayət edirsə, ya “dəli”dir, ya “anormal”, ya da “əxlaqında problemi var”…

Ümumiyyətlə, insan nə vaxt söyməyə, təhqir etməyə başlayır? Sadə bir cavab: Leksikonunda normal danışıq üçün söz ehtiyatı tükənəndə, ya da yerli-dibli olmayanda.

Adama deyərlər ki, daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir? Əgər bütün narazıları “dəli” çıxarmaq çətindirsə, Raqub Məmmədov xüsusi “dəlixana” da təsis edərək, özünə və qohumlarına mane olan “dəli”ləri ora toplaya bilər.

İndi bilmirəm, Ağdamda “normal” vəziyyət necədir. Onu da bilmirəm ki, Ağdamın məmurlarından, polisindən, prokurorundan narazı qalanlar nə dərəcədə “psixi xəstə” və ya “anormal”dırlar. Mən jurnalistəm və işim vətəndaşların müraciətini qələmə almaq, araşdırmaqdır. Əgər Səhiyyə Nazirliyində müvafiq vəzifə tutsaydım, əlbəttə, o zaman vətəndaşların psixiatrik ekspertizadan keçilməsi üçün “göndəriş” yazardım.

Amma söhbət xatirinə, işi aşsın deyə… başqasının haqqında nalayiq sözlər işlətmək, böhtan atmaq, xüsusilə də, 33 il bu ölkə üçün vətəndaş yetişdirən bir müəllimənin normallığına şübhə salmaq… Əlbəttə, normal deyil!

İstər Ağdamda, istərsə də digər rayonda… Olmaz belə! Öz işinizi düzgün görə bilmirsinizsə, ən azından, mətbuatla normal danışıq bacarığınız yoxdursa – sadə insanları niyə alçaldırsınız?! Ümid edirəm ki, aidiyyatı olan şəxslər tənqidlərimdən nəticə çıxaracaq.

Əlbəttə, ümid varsa, adam da var, həyat da…

Qədir bilib deyirəm!

Rüfət Əhmədzadə

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar?”

Ağdam prokuroru əri tərəfindən yandırıldığını deyən qadını “anormal” hesab edir?

“Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” – ŞİKAYƏT

Yandırılan müəllimənin direktoru: “O qadının bir anormallığını görməmişəm”

Səmimi söhbət

 

Statuslarımda afət-şair söhbəti edirəm, dost-tanış da mənə “şair” xitabı edir. Amma səmimi deyim, mən özümü şair (nazim) hesab etmirəm.

Çap edilən iki hekayə və mənsur şeirlər kitabım var, amma nəzm kitabım yoxdur. Şeirlərimi bəyənən də azdır və bunu etiraf etməkdən utanmıram. Lakin məni bəyənməyənlər də etiraf etməlidir ki, çox fərqli üslubum və fəlsəfəm var – sadəcə populist şairlərdən olmadığım, özümü reklam etdirmədiyim, efirlərdən birdəfəlik imtina etdiyim və bir-birini tərifləyənlərdən ibarət “vilka-lojka” çevrələrinə girmədiyim üçün o qədər populyar deyiləm.

Bu gün qızların xoşuna gəlmək, daha çox oxunmaq və efirlərə çıxıb məşhurlaşmaq üçün damar doğrayan həmkarlarım üçün isə çox üzülürəm.

Şablon sevgi şeirləriylə, heç bir metaforası-təşbehi olmayan misralarla, ciddi və kədərli fanatkalarıyla, hər statusa gələn 150-200 laykla öyünürlər… və ədəbiyyat tarixində iz salacaqlarına inanırlar. Vallah, məcbur deyil ey bizi oxusunlar. Əsas anlamaqdır.

Rəhmətlik sevgilim üçün yazdığım şeirlərimdə nə demək istədiyimi cəmi 2-3 nəfər anlayır, onlar da mənim köhnə dostlarımdır. Yəni, sizi anlamayacaq adamların gözünə girməyə çalışmayın. Nə fərqi var, Fatmanisə xanım sənin şeirindən təsirləndi, amma Ümbülnisə xanım təsirlənmədi… Şeir içdən gəlməlidir və mən içimdən gələni yazıb ürəyimi boşaldıram. Sadəcə paylaşıb yüngülləşmək ehtiyacı var, onu izah edə bilmirəm.

Amma əsas olan özümüz kimi olmaqdır, publika üçün əlləşən adamdan şair çıxmaz.

Rüfət Səid Əhmədzadə

“Su” üçün… – ŞEİR

rufat-topqapiXəyal qurmağa da qorxursan, anlayıram səni…
Azadlığın nə olduğunu bilməyən qadına
Necə tərif edim sevginin gözəlliyini…
Sən məcbursan məni elə uzaqda saxlamağa,
Mən məcburam səni ən yaxınımda xəyal etməyə.
Sən ömrünü də məcburiyyətdən yaşayırsan…
Daha səni heç nəyə məcbur etmək də olmaz.
Mən isə ömrümü məhrumiyyətdən yaşayıram.
Doyunca sevgi duya bilmədim deyə, ölmürəm…

Sevirsən ruhunun yaralı yerlərini sığallayan
Baxışlarımı!
Amma özümü sevməyə…
Nədənsə, çəkinirsən.
Sevirsən nə vaxtsa öldürüb dənizə atdığın
o saf qız uşağının qayıtmasını…
Elə bir xoş sözümlə.
Amma “günah” deyirsən.

Sən sevirsən
Övladını, məsələn.
Həyat yoldaşın isə
Sadəcə “övladının atası”dır.

Qəlbindəki boşluğun adını da qoya bilmirsən.
O boşluq civə kimi hər gün yeyir içini…
Həyatına necəsə rəng qata bilmişəmsə,
Bu rənglər niyə belə qorxuya salır səni?

Sən xəyal qurmağa belə qorxursan, anlayıram…
Hətta darıxmağa da cəsarətin çatmır ki!
Bir an xoşbəxt olaram “Ağlımdasan” sözündən…
Amma sonra üzüntü…
Qəlbin niyə bağlıdır?

Bəlkə, mən səhv edirəm…
Ürəyində mən varam…
Xəyalların da sonsuz…
Orda elə mən və sən…
Bəlkə də, sən haqlısan…
Bu yolun sonu yoxdur…
Di gəl ki, son verməyə
İkimiz də qorxuruq.

Bəlkə də, mən nankoram,
Əslində, həyatımın ən bəxtəvər anında
Səni bikarçılıqdan özümə dərd etmişəm?
Bəlkə, yalan demişəm, özümə də, sənə də…
Mən səni sevmirəm ki…
Sadəcə, susamışam,
Sadəcə, acımışam,
Sadəcə, gücüm bitib…
Sənə ehtiyacım var.

Rüfət Səid Əhmədzadə
17.10.2016

“AzeriMed” və “Zəfəran”ın satdığı bəzi dərmanlar sağlamlıq üçün təhlükə daşıyır?

Azər Maqsudov: “Əsasən, “Panadol” və “Theraflu” kimi dərmanlar allergik reaksiyalara səbəb olur”

Eyyub Hüseynov: “İstehlakçılar əsasən qızdırmalı uşaqlar üçün yazılan, amma əksər hallarda toksoallergik vaskulitə gətirib çıxaran “Panadol” adlı dərmandan da şikayətlənirlər”

Oktyabrın 13-də Qafqaznews.az-da  “Azərbaycanda zəhərlənməyə ən çox hansı dərmanlar səbəb olur?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda APA-ya istinadla Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdan sitat gətilir və qeyd olunurdu ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub: “Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib. Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub”.

Qafqaznews.az dərman zəhərlənmələri ilə bağlı ətraflı araşdırma aparmaq, əsasən hansı dərmanların zəhərlənmə və ya mənfi təsirlər yaratdığını öyrənmək  məqsədilə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilova müraciət etdi. “Səhiyyə Nazirliyinin analitik ekspertizasından keçən, müvafiq sertifikat alıb satışa çıxarılan dərman heç vaxt insan həyatı üçün təhlükə daşıya bilməz.

Orda dərman zəhərlənməsindən söz gedirsə… Müxtəlif xarakterli insanlar var. Bəziləri çoxlu dərman içir ki, həyatına son versin. Ya da, dərmandan düzgün istifadə etmirlər. Toksikoloji müəssisəyə o insanlar gətirilir”, – deyə nazirlik nümayəndəsi bildirdi.

“Siz dərmanların keyfiyyəti üzündən belə halların baş verməsini istisna edirsiniz?” – deyə dəqiqləşdirmək istədik. “Əksəriyyətdən gedir söhbət. Amma ətraflı məlumat almaq istəyirsinizsə, sabah Azər Maqsudovun nömrəsini verərəm, onunla danışırsınız”, – deyə C.Xəlilov bildirdi. “Səhiyyə Nazirliyində zəhərlənən şəxslərin hansı dərmanlardan istifadə edilməsi öyrənilib müəyyən siyahı və ya statistika tərtib olunurmu?” – deyə soruşduq.

“Səhiyyə müəssisəsinin vəzifəsi xəstəyə tibbi yardım göstərib onu həyata qaytarmaqdır”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı bildirdi. “Mən Səhiyyə Nazirliyinində bu məqamları hansı idarənin araşdırdığını soruşuram”, – deyə əməkdaşımız qeyd etdi. “Səhiyyə Nazirliyində dərmanlarla Analitik-Ekspertiza Mərkəzi məşğul olur”, – deyə C.Xəlilov cavab verdi. eyyub_huseynov_00

Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub HüseynovQafqaznews.az-a açıqlamasında  istehlakçılardan “Panadol” adlı dərmanla bağlı da müraciət olduğunu, çox zaman qızdırmalı uşaqlara yazılan bu dərmanın toksoallergik vaskulitə gətirib çıxardığını qeyd etmişdi.

Oktyabrın 14-də  Qafqaznews.az saytı hələ də qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirmək üçün, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla əlaqə saxladı.

A.Maqsudov bildirdi ki, “dərman zəhərlənmələri” statistikasına əks-təsir və allergik reaksiyalarla bağlı müraciətlər də daxil olunub.

14686237_313117629061637_2125081460_n-1“Əsasən kimyəvi zəhərlənmələrlə bağlı hallar olur. Bu, ya özünəqəsd məqsədiylə, ya da başqa səbəblə baş verir. Ümumiyyətlə, dərmanları dozasına uyğun istifadə etmədikdə, ya da həkimlərin səhvən təyinatı əsasında dərmanların qəbul edilməsi əks-təsir və allergik reaksiyalara səbəb olur. Bəzən hansısa dərmanın keyfiyyətiylə bağlı şübhələr yarandıqda, Səhiyyə Nazirliyinin aidiyyatı olan qurumlarına məlumat verilir. Özümüz qeydlər aparırıq və ümumi statistika şəklində bildiririk”,  – deyə A.Maqsudov qeyd edib.

Onun sözlərinə görə, əsasən soyuqdəymə, qrip əleyhinə dərman qəbul edən şəxslərdə əks-təsirlər və allergik reaksiyalar müşahidə olunur: “Xüsusilə, Əsasən, “Panadol” və “Theraflu” kimi dərmanlar allergik reaksiyalara səbəb olur”.

A.Maqsudov q14741102_313130349060365_1484722832_neyd edib ki, distribüter şirkətlərlə müqavilə bağlayan, hansısa marağa görə xəstələrə müəyyən dərmanları yazan həkimlər çox zaman xəstənin bədən müqavimətini, o dərmana necə reaksiya verəcəyini nəzərə almır: “Belə olduqda, allergik reaksiyalar müşahidə olunur. Bizim xəstəxanada həkimlərə firma ilə əməkdaşlıq etmək qadağan olunub. Lakin bildiyim qədərilə, müxtəlif yerlərdə həkimlər var ki, onlar faiz naminə, ayrı-ayrı firmaların satdığı dər14658411_313127799060620_943653151_nmanları xəstələrə tövsiyə edirlər”.

Biz öyrənməyə çalışdıq, “Panadol” və “Theraflu” adlı dərmanlar əsasən hansı apteklərdə satılır və daha doğrusu, bu dərmanların ölkədə idxalı ilə hansı şirkət məşğul olur?

“Deutsche apotheke”dən (“Alman apteki”)Qafqaznews.az-a bildirdilər ki, bu aptekdə sözügedən dərmanlar satılmır və onun idxalı ilə hansı şirkətin məşğul olduğundan xəbərsizdirlər.

5 saylı Xəstəxananın yanında yerləşən “Zəfəran Apteki”ndə çalışan xanım əməkdaş Qafqaznews.az-a bildirdi ki, onlarda “Panadol” və “Theraflu” satılır: “Bizə bu dərmanları depodan gətirirlər. “Azerimed” şirkəti gətirir… *7700 nömrəsi ilə əlaqə saxlayın”.

Biz *7700 nömrəsi ilə əlaqə saxladıq və səlahiyyətli şəxslə danışmaq istədiyimizi bildirdik, lakin xanım operator bizə bildirdi ki, “bura dərman çatdırma xidmətidir, “Azerimed”lə əlaqə üçün 5667070 nömrəsinə zəng etmək lazımdır”.photo

Qeyd edək ki, *7700 nömrəsindəki operator da “Panadol” və “Theraflu”nun məhz “AzeriMed” tərəfindən gətirildiyini təsdiqlədi.

“AzeriMed” şirkətində isə “Reception”dakı xanım sözügedən dərmanların şirkət tərəfindən idxal edildiyini təsdiqlədi, amma rəhbərliyin yerində olmadığını bildirdi.

“Xanım, Kliniki Tibbi Mərkəzdə toksikoloji şöbənin müdiri Azər Maqsudov “Panadol14694827_313130829060317_2079475970_n” və “Theraflu” dərmanlarının allergik reaksiyalara səbəb olduğunu bildirib. Bu barədə mənimlə kimsə danışa bilərmi?” – deyə soruşduq.

“Siz 4688792 nömrəsi ilə əlaqə saxlayın, Marketinq Şöbəsidir”, – deyə xanım əməkdaş tövsiyə etdi.

14689118_313134879059912_1549844981_o

Həmin nömrəyə dəfələrlə zəng etsək də, xətt “məşğul” idi. Belə olduqda, yenidən şirkətin “Reception”u ilə əlaqə saxladıq və “AzeriMed”in Marketinq şöbəsinə aid əlavə iki nömrəni də əldə etdik: 4688793 və 4688794.

Lakin təəssüflər olsun ki, həmin şöbənin bütün nömrələrində iş gününün sonuna qədər dəstəyi qaldıran olmadı.

Şirkətin rəsmi veb ünvanı “Azerimed.com” saytı təmir altında olsa da, xəbərdarlıq xarakterli səhifədə göstərilmiş office@azerimed.com elektron poçtuna da məktub yolladıq. Ümid edirik ki, ən qısa zamanda şirkət rəhbərliyi bu məsələ ilə bağlı öz mövqeyini açıqlayacaq və bizdə yaranan sualları cavablandıracaq.

Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

Kişi olmaq istəmirsiniz?

Şairliyə heç vaxt iddialı olmamışam, lakin şeirlə, ədəbiyyatla nəfəs alıram. Bu statusu yazmağa ehtiyac yox idi, amma içim yanır.

Bilirsiniz niyə? Mən hansısa iri şirkətdə tərcüməçi işləməklə daha yaxşı maaş ala, karyera qura bilərdim. Sırf ədəbiyyata yaxın olmaq naminə mətbuata keçdim, yazdım-pozdum, imzamı tanıtdım. İndi isə hansısa saytda (hətta statusumda) hekayə və ya şeir paylaşan kimi, kimsə “özünü reklam etdirmək” sayır. Haramı reklam edirəm? Nəyimi reklam edirəm? Toya gedirəm, yoxsa cüməaxşamılara? Bəlkə, çap olunan 2 kitabımdan 1 manat gəlir götürmüşəm (nəşriyyatlar özləri çıxarıb satır)?

Ya da şeirlərimə qonorar verirlər? Mən üzdə olan adamam, bir çox əlaqələrim, tanışlarım, qohumlarım var…

Amma heç vaxt kitabımı qoltuğuma vurub hansısa deputatdan “şirinlik” istəməmişəm, kimsəyə ağız açmamışam. Xalq artisti olan qohumum da var, bir TV-yə zəng edib tapşırsa, gecə-gündüz efirdə olaram. Onu da eləmirəm, amma ədəbiyyat saytlarındakı dostlarım məni öz “kruq”larından saymazlar, heç vaxt da nə açıqlama, nə müsahibə almazlar. Halbuki, məni saymayan redaktorların şeirlərini, hekayələrini öz saytımda dərc etdirmişəm, redaktor olanda müxbirə qadağa qoymamışam. “Onu danışdırma, bunu danışdır” deməmişəm.

Tamamilə demokrat olmuşam. Ardımca da xeyli söz-söhbət eşidirəm… Bu qədər qeybətcillik, arvadağızlıq, hətta deyərdim ki, nakişilik sizə kimdən keçib, əziz qələm dostlarım? Ümumiyyətlə, sizə bu boyda status yox, 2-3 kəlməlik söyüş yazsaydım, necə olardı? Nə vaxt öz həyatınızı yaşayacaqsınız? Nəhayət, kişi olmaq istəmirsiniz?

Rüfət Əhmədzadə

“Çarəsizlik”

rufat-van-gogh
 
Bağışla, yanına gələ bilmirəm sənin…
Yaman qarışıb başım…
darıxmağa insan izdihamında.
Yorulub ruhum
Heç nə edə bilməməyimdən…
Axı az yaşasan da…
Bu dünyanı tanımısan bir qədər.
Ora-bura vurnuxan adamların
Elə duaları qalar ovcunda.
 
Ən xırda şeydən sevinər uşaq tək
Ömrünü əvvəl xəstə valideynə,
Sonra da uşaqlarına həsr edən böyüklər.
Onları sevindirmək çətin deyil…
Amma silkələsən, kədər tökülər.
“Böyük” sözü də yaman böyükdür ha!
Var qarışqa kimi əzilmək hər yolun sonunda.
 
Necə deyim, sənə yeni xəbər verim dünyadan?
Nəyi deyim, məni daha beş il bağışlayasan?
Gözlərimi yumub-açdım, eləcə keçdi illər…
Toparlamaq istədim, ilgəyə keçdi illər…
Sanki ömrüm yadların oyuncağına dönmüş…
Ölüm məndən küsəndən, həyat eşqi də sönmüş…
 
Qəribədir, deyilmi…
İnsan nə xoşbəxt olar…
Nə də bədbəxt sayılar…
İnsan elə yaşayar…
Eləcə yaşayanlar…
Nə xoşbəxt, nə də bədbəxt insan izdihamında.
 
Bağışla, yanına gələ bilmirəm sənin…
Yaman qarışıb başım,
Maaşı siqaretə, içkiyə xərcləməyə.
Əslində elə avara deyiləm ki, əzizim…
O qədər işləyirəm,
Əlimdən bir iş gəlmir.
 
Rüfət Səid Əhmədzadə
07.10.2016