MƏLƏK

(mənsur şer)

Uç, mələyim, uç! Qanadlarını açıb, səmada pərvaz elə! Bir yerdə dayanmadan, kainatda seyrə çıx! Ayaqların torpağa heç dəyməsin! Qanadların şimşəyə tuş gəlməsin! Gözlərini gün işığı yaxmasın! Çöhrəndəki nuru da, ləkəli Ay boğmasın! Haydı, uç! Mənim yanımda qalma!

Uç ki, xəyalların da, gerçəyə yaxın olsun! Uç ki, sənsiz qalanın dərdi lap ağır olsun! Uç, mələyim, dayanma! Azadlığın nəşəsini hiss elə! Özgə ürəklərində… Özgə diləklərində… Milyon ümid yaşat sən! Mənim ölmüş ümidimə ümid bağlama qəti! Layiq olan ümidlərə həyat bəxş et, əbədi! Haydı, uç! Tərəddüdlə qalıb da, min cür şübhəyə dalma!

Arzulardan məhrum olan bimarlara  arzu ver! Yuxuları ərşə qalxan yazarlara mövzu ver! Yoxsullara ruzi ver! Eşqə möhtac bəndələrə  sevgi ver! İstəyirsən, mənimkini də apar! Payla dörd bir tərəfə! Daha lazımım deyil! Mənə heç nə qalmasın! Sənə aid bir xatirə saxlama!

Məhvə məhkum bir kütləni millət et! Zəiflərə güc yığmağı məcbur edən sərkərdələr qismət et! Qalib et məğlubiyyətvərdişləri! Hakim elə didərgin dərvişləri… Sevgi yarat, şəhvət oyat, bəxt ağart! Ambissiyalar ver həyatdan küsənlərə! Geridə qalmışları irəliyə apar sən! Məni yaddan çıxar sən! İşin olmasın mənlə! Bax, kənara çəkildim! Nə qabaqda, nə dalda… Sən mənim kimi olma!

Səni azad edirəm. Ürəyimdən qovuram! Uç, uçacağın qədər! Uzaq ol, qəlbindəki, mənə inamın qədər! Bütün bəşərə yaxlaş! Hamıyla inam paylaş! Hər kəs ilə sirdaş ol! Bircə, mən imansıza nabadə qoşasan baş… Saqın, geri qayıtma!  Məni heç yada salma!

Və lütfən, diqqətli ol! Kimsə, buynuzlarını, quyruğunu görməsin!

Rüfət Əhmədzadə

Advertisements

MƏLƏK” üçün 8 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma