Əsas səhifə » Ordan-burdan » Bayramqabağı həyəcan yaşanır

Bayramqabağı həyəcan yaşanır

Hakimiyyət yenidən əndişəyə düşüb “Gül Bayramı”nda aksiyadan ehtiyatlanan “naməlum” kəslər fəal gənclərə təzyiqlər edir 30 aprel qurbanlarının anım yürüşünün təşkilində ittiham olunaraq həbs olunan Ramin Deko və “Milli Fikir” Gənclər Hərəkatının rəhbəri Rüfət Əhmədzadəyə gizli nömrələrdən zənglər və müxtəlif şablon adlarla açılan emaillərdən məktublar gəlməyə başlayıb. Aprelin 30-dan mayin 1-dək, 1 sutka ərzində davamlı olaraq gələn və əsas mövzusu “Gül Bayramı” olan bu zəng və məktubların çoxu əvvəlcə “tərəfdaş marağı” kimi səslənsə də, adıçəkilən kəslərin hansısa tədbir barədə düşündükləri məlum olandan sonra, daha kəskin və hədə-qorxu xarakteri alıb. Belə ki, aprelin 30-da həbs olunaraq Nəsimi rayon 20-ci polis bölməsində saxlanılan Ramin Deko və Rüfət Əhmədzadə, azad olunduqdan sonra dərhal “Azadlıq” radiosuna dəvət olunublar. Və müsahibə zamanı, hakimiyyətin yürüş iştirakçılarına qarşı sərt rəftarını tənqid edən gənclər, eyni zamanda, “Gül Bayramı”na qarşı çıxdıqlarını bəyan ediblər. Çox ehtimal ki, onların bu cür radikal çıxışından duyuq düşən hakimiyyət dairələri, artıq, 10 may tarixində hansısa bir aksiyanın keçiriləcəyindən qorxmağa başlayıb. Rüfət Əhmədzadənin sözlərinə görə, ona zəng edən naməlum gənclər, göst’rilən fəallığa simpatiyalarını bildirdikdən dərhal sonra, “mayın 10-a da bir aksiya salsaydınız gələrdik” deyə ondan söz almağa çalışıblar. Onun “hələ ki, düşünürük” cavabından sonra isə, artıq zəng ve məktubların məzmunu da sərtləşməyə başlayıb: “ Günortdan axşamadək, sot məsləhəti kimi aldığım xəbərdarlıq məktubları artıq həbs-döyülmə hədələrinə çevrilib. Mən bu günkü durumuzda heç bir bayramı qəbul etmədiyimi açıq bəyan etmişəm. Bunda təhlükəli və ya təxribat xarakterli nə ola bilər ki?” Ramin Dekonun “həmsöhbət”ləri də eyni məzmunda danışıq aparıblar. Onun fikrinə görə, əsas məqsəd onların fikrini öyrənib təxirbata çəkmək olub. Bu cür “kəşfiyat” xarakterli addımları pisləyən Ramin Deko onu da qeyd edib ki, insanlara bu cür psixoloji təzyiqlər etməyin özü bir terrordur. “Gül Bayramı”nı rədd edən gənclərin hər hansı bir dinc tədbirə əl atması onların azad hüququdur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma