Əsas səhifə » Poeziya » Çoxluq-yoxluq

Çoxluq-yoxluq

Sevgidən çox yazıram.

Çoxu, anlamır məni,

Çoxu qınayır məni!

Hətta, lağ edən də çox!

Çün, oxuduqlarından,

duyduqları məna yox!

Çünki,  yox duyğuları!

Anlamazlar ki, sevgi,

yox edir çoxluqları,

çox edir yoxluqları…

…Eh! Zavallı çoxluq!

Mən yoxsulun

Sevgisinin yanında,

sizin yoxsul sevginiz

yox kimidir!

Mənim Sevgim böyükdür,

Kainatda əhatə!

Beşiyi də, evi də,

Kiçicik ürəyimdə…

…Siz anlamazsız məni!

Oxumayın, “yox” deyin!

“Yaxın baxmaq, toxunmaq

bu yoxsula çox” deyin!

Mənsə, ruhdan düşmərəm,

Mənimçün qorxusu yox!

Amma, “çox”u görəndə,

İçdən deyərəm “Əfsus!”

Qayəsi yox, məğzi yox,

ehtirasa, şəhvətə

“sevgi” adı qoymusuz!

Siz yoxluqdan atılmış,

Yoxa gedən oxsunuz!

Mən sizinçün yazmıram,

Siz mənimçün yoxsunuz!

Rüfət Əhmədzadə

Advertisements

Çoxluq-yoxluq” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma