Əsas səhifə » Esselər(içsəslər) » Bir xanımın “padxod”u

Bir xanımın “padxod”u

(bir qadının dilindən)

Tut əllərimdən! Ud ləblərimdən ən şirin duyğuları! Duy ürəyimdən keçən, köz edən arzuları! Bu ağ-qara həyatımda göstər mənə, ən rəngarəng, ən maraqlı, yaşamalı, yazmalı mövzuları! Unudalım bir yerdə, həyatın daddırdığı qəlblərə acıları!

Barı, bircə dəfə gül! Gülüşünlə məni xoşbəxt elə sən! Şirin-şirin daddır mənə, dibində zəhər yatan, “sevgi” adlı şərbəti! Yaxına gəl! Çox da uzaq durmağa sən çalışma! Sadəcə bir nəfəs al! Qoxumu çək içinə! Ehtirasla fısılda! Başqa heç nə danışma!

Qucağıma gir mənim! Ocağıma gir mənim! Sıcağıma gir, qanımı daha da isindir mənim! Nədən böylə ürkək-ürkək baxırsan!? Yoxsa, mən bilmirəmmiş, sən oğlan uşağısan!?

Göylərdən aşağısan… Yerlərdən yuxarısan! Həm cavan, həm qocasan! Mənim əbədi eşqim! Bu gecəlik sevgilim…

… Yoxluğuma yeni varlıq qatarsan! Varlığımı bir yoxluğa atarsan… Əgər, sən məni atsan! Əgər, qaçsan əlimdən! Qətiyyən, belə etmə! Getmə! Yalvarımmı sənə!? Məni belə tərk etmə! Gör, necə hazır durmuşam, əmrinə müntəzirəm! Gözləyirəm!

Ayaqüstü olsa belə, dilucu nəvazişlə, bircə dəfə sevindir! Yatağımı bəyənmirsən, divarımı isindir! Qoy, süzülsün tərim soyuq divardan… Lap, çarmıxa çək məni! Xoşdur mənə! Təki, bunu sən edəsən, əzizim!

Sənsə, məni heç vecinə almırsan! Sanki, mənim odlu baxışlarımdan  bir məna anlamırsan! Məgər, duymursanmı sən, necə dingildəyirəm, hər səni gördüyümdə!? Qəfil gizilti keçir ətimdə, sümüyümdə… Mənim ol! Məni al! Yaşatmaq istəmirsən, qətl et, al qanımı tök! Mən köməksiz bir quzu.. Sən qurd ol, üstümə çök! Təki, məni həsrət qoyma özünə!

Eh! Nə fayda!? Nə sən məni eşidirsən, nə mən dinə bilirəm… Hayqıransa, sadəcə ürəyimdir! Diləyim, duyğularım… Amma, təəssüflər ki, dilə alammadığım. Əsir, bütün vücudum! Amma, danışmalıyam! Dərdimi açmalıyam. Əgər, sən durmusansa, mən ilk başlamalıyam!

Budur, bir təhər  yığıram gücümü, qüvvətimi… İndi açacam sənə mən öz məhəbbətimi! İlahi! Çox çətinmiş… Amma, mən bacaracam! Yaxınlaşıb anidən, məqsədimə çatacam.  Bax, elə bu saniyə!

– Bura bax….Cavan oğlan! Yüküm yaman ağırdır. Bəlkə, kömək edəsən?

Advertisements

Bir xanımın “padxod”u” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma