Sağ qalan əlyazmalar

“Bakı – Borispol – Bakı” I Hissə

“Sağ qalan əlyazmalar”, 2008, Azərbaycan

1. Oxşama

Gözəlim, gözlərinin gözəlliyi göz oxşayır!

Gün ilə Ay bəhsdə: hansına çox üz oxşayır?

Şairlər şairi də, acizdir vəsfində,

Nolsun, düz bir ömür, gözəlliyə söz oxşayır!?

2008, Bakı

2. Məsnəvi

Görən, nəzm necə gözəl olmalı?

Varmı nazimliyin özəl bir yolu?

Bilməm! Amma, məncə, şair doğulan,

Qaçar zehin yoran min cür üsuldan!

Öz düşündüyünü düz düzə-düzə,

Üns edər bir sözü, başqa bir sözə!

O söz rəssamıdır, amma, rəngləməz!

Nə əksik yaratmaz, nə həddi keçməz!

Dözümlə, gecəsin qatar gündüzə,

Və sonda, göz oxşar sözdən möcüzə!

2008, Bakı

3. Feel my fire!

My love, my purest feelings

Are devoted only to you!

If you  have a consience,

I guess, you know what to do!

Please, remember forever:

No happiness by torture!

I’m your dreamer, I’m your lover!

I am only yours, be sure!

Come and take me! Wildly pull!

Come and see, how I am scared!

Feel my fire! Hey, my Soul!

Without you, my body’s dead!

2008, Baku

4. Gənc Türklüyə çağırış

Bir kəlməylə “dağıl!” de,

“Bir həmləylə yıxıl!” de!

Dünyaya

lənət oxu!

Qoy çevrilsin tərsinə

– Sənin olmayacaqsa!

Millətinə “ayıl!” de!

“Dur, silaha sarıl!” de!

Ya da,

“məhv ol, qırıl!” de!

Silinsin Yer üzündən

– Mətin olmayacaqsa!

Ey, fatehlər varisi!

Bil, taxta çıxmalısan!

Yoxsa,

incimə məndən,

Sən qısır olmalısan

– Səndən sonra xanədan

İrsin qalmayacaqsa!

Əgər, sahibi-fərman,

Nəslin olmayacaqsa!

2008, Bakı

5. Billinqual bir şer (yanıltmacsayaq)

“Pro-flat” bir “poficiency”yə malik,

“Profligate” bir “professor” vardı.

“Profuse”  “profit”ə “prop”lanar o,

“Pro” durmayanı “prone” qoyardı!

Bir gün, “prodigious” tərzdə gəbərdi…

Və ondan “profane progeny” qaldı.

Belə “P…”dan qalan “P…” olmalıydı!

01. 08. 08, Bakı

6. Atalar ağlamaz!

Oğul da ağlayır,

qız da, ana da!

Ailə ağlar qalıb,

atadan başqa!

Bu boyda

ağlaşma içində tək o,

düşünür:

“Görəsən, mən necə edim?

Oğrumu olum,

ya, nəzir dilənim!?

Ay Allah!

Sən özün bir çarə eylə!

Sabah gülümsəsin,

qoy, sevdiklərim!”

12. 11. 08, Bakı

7. “Əlhəmdullistan” şeyxi

Tənhalıq da, bir ağalıqdır, anla,

Yoxa “Əlhəmdulla!” deyən yoxsula!

İndi, bildin, nədən belə kefliyəm!?

Çünki, mən “Əlhəmdullistan” şeyxiyəm!

12. 12. 08. Bakı

8. Внезапная измена

Внезапно пришла ко мне…

Как пришла, и так ушла!

Что же я сделал тебе!?

Почему всё так вышло!?

И сейчас, ты далеко,

Со мной только разлука!

Может быть, тебе легко,

Но мне адская мука!

Я в грезах возвращаюсь,

К тем счастливым временам!

Но с тобой не помирюсь

– Нет пощады изменам!

28. 12. 08. Баку

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma