Son söz

(poetik hekayə)

İlk sözüm oldu “ana”, sonra isə, “ata”… Bax, beləcə, bu sözlərlə başladım həyata. Addım ata-ata, aça-aça öz gözlərimi… Öyrəndim mən hələ çox ilk sözlərimi.

Hisslərimi, dərd-sərimi azad demək istədim. Bəzən mədəni, bəzən isə, ədəbsizcə dedim. Çox söz dedim, pis-yaxşı, səhv düz… Eş-çək, vur-sök, sox-tök… və süz!

Bəzən üz çevirib, diz çökdüm qibləgaha. Sonra, bilmədən heç özüm, gözüm büründü qana! Meyl elədim şeytana, zəhərlədim həyatımı. Son söz oldum çəkənlər üçün hər an adımı!

Qırılmış qanadlarımı sevib sağaltmaq istədim. Qırılacaq ümidlərimdən, hələ xəbərsiz idim. Bir qıza dedim ömrümdə ilk sevirəm sözünü… O isə, köz vurdu qəlbimə deyib son sözünü!

Üz tutdum dost qapısına dar ayaqda – daha bir son söz cingildədi qulaqlarımda. Hətta, ana-ata son sözün deməmiş həyatda, nankor övlada son söz dəydi sanki balta!

Hər addımda son söz, güdürdü məni dördgöz… Dediyim hər ilk sözün əvəzində bir son söz! Təbəssüm dolu hər üz, vərdiş idim görməyə. Nədənsə, son sözə son zaman qarışdı kinayə!

Müayinə, analiz… Qoyulan son diaqnoz – son sözü sən özün həkimin gözlərindən yoz! Öz-özümə “döz!” deyirdim, di gəl, yenə üzülürdüm. İlk sözdən yaranan Adəm tək, son söz gözləyirdim.

Büzülürdüm son xəzəl kimi, payızı ötürürdüm… Sonra, boranlı qışa düşürdüm, çox üşüyürdüm! Divarlara köçürürdüm son ürək sözlərimi. Son bilib hər gecəni, qorxurdum yumam gözlərimi!…

… Bu da son təam, son kəlam – son məqam həyatdayam. Deyirəm son sözü, ilk söz üçün darıxmaqdayam! Sınaqdayam, fəraqdayam, cəmiyyətdən qıraqdayam… Dünyanın dərdi yığılmış, balaca bir otaqdayam!

Soraqdayam, göydən nəsə bir möcüzə gözləyirəm. Susamışam, Dirilik Suyu –Kövsər istəyirəm! Eh! Səfehləyirəm! Sonumdur, ölməliyəm. Yaşadım hey boş ümidlə, dəliyəm, gülməliyəm!

Əsəbiyəm! Mənə son dəfə papiros lazımdır. O, mənim bu dünyadan umduğum son ehtiyacımdır! Ciyərlərə dolan zəhərli tüstü, mən və pəncərə… Kəlmeyi-şəhadət dilimdə, zikr olur son kərə!

Şəhərə son baxış, sıçrayış, açıb ağuş əbədiyyətə… Ana Torpağa son öpüşlə qoyum qoy bu gecə,  son sözə nöqtə.

Qeyd: Bu hekayənin məzmunu Rüfət Əhmədzadə tərəfindən, 2005-ci ildə rep mətni olaraq yazılıb,2010-cu ildə isə, qismən dəyişdirilərək nəsrə salınıb.

Advertisements

Son söz” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma