Əsas səhifə » Esselər(içsəslər) » Cırtdanlıq təntənəsi

Cırtdanlıq təntənəsi

Səninləyəm Qurd soylu! Eşidirsənmi məni!? Yoxsa, qulaqlarına “pop-stop” dolub deyə, “artıq” səs eşitmirsən!? Sənin vicdanını oyadacaq, dünənini xatırladacaq, bu gününü tanıtdıracaq və sabahını düşünməyə vadar edəcək nəsə duymaq sərf etməz!?

Başlayaqmı? Başlayaqmı, savaş dolu gecələrin barış dolu səhərlərindən bəhsə? Yoxsa, qürubdan danışaq!? Türklüyün qürubundan! Uzaqlaşan arzulardan dəm vuraqmı? Bəlkə, səni sərpa saran xəyallardan şirinləşək bu ara? Ya da, heç bir cavab vermə. Sadəcə, seç! Ya məni dinlə, ya da, “pop-stop”ları!

Heç fərqində deyilsən! Dünən sənin olanlar, bu gün özgələrindir! Sənin milli məsələn, “sammit”lər mövzusudur. Sənin qanının axması, “müstəqillik davası”dır. Sənin dağıdılan tarixin, tapdalanan hüququn, kimlərinsə “müqəddərat”ı olub! Səni qoruyan əsgərlərin intihar edəsi bir duruma salınarkən, səni pozan manısların fəxri adlar alırlar. “Lütməcə”lər, “ətməcə”lər kumirinə dönürlər!…

…Dayan, dayan! Təbəssümünü duydum! Ağlayası gününə gülməyin gəldi birdən!? Dünyada ikinci belə bir xalqın olduğunu eşitməmişəm, görməmişəm – necə ki, öz canverməsini aynadan süzən birini!

Yəqin, rahat olmusan! “Gözəlləşən”, “çiçəkləşən” Vətənini seyr etməklə, onun cılızlaşmasını da unutmusan. Nə olsun ki!? Monako gözəl yerdir. Elə İsveçrə də pis deyil. Küveyt isə, “cənnət” əmirliyidir! Gözəl bir dövlətciyin eşqinəmi düşmüsən!? Cavab vermə. Sadəcə, “inkişaf”ınla öyün! Və sən öyündükcə də, qoy, dərd içimi yaxsın! Bəlkə, sonda, qulağın da dinc oldu!…

…Bayramlarının sayı günü-gündən çoxalır. Və bayramlarla birgə faciələrin artır. Amma, sən keyfindəsən. Ya unutqansan, ya da utancaq! Sanki, sənə rəzillik verən anları yada salmaqdan çəkinərsən, sanki vicdanını bununla rahat buraxarsan! Utandığından isə, səsini çıxarmazsan, gerçəyini dünyaya bildirməkdən çəkinərsən.

Axı, sən “qürurlu”san! Əvəzində, sənə faciə yaşadanların hər yanda necə qurban kimi qəbul edildiyini seyr edərsən. Bundan böyük rəzalət olarmı heç!? Pop korn ilə film seyr etməkmi bu!?

Anaların doğduğunu nəcasət alacaqmış! Haram yolla yaşamaq fərasət olacaqmış! Bizə qalan həyatda, boş söhbət olacaqmış! Olacaqmış! Mənəm-mənəm deyən Türkün, sinəsinə döyən Türkün… qəlbi dağlanacaqmış! Keçmişdə nələr oldu… Gələcəkdə nələr var… Sənin aldığın ibrət görən nə ölçüdədir? Bilmirəm! Tək onu bilirəm ki, qürurunun ölçüsü kiçilməkdə! Cılızlaşırsan İgid! Cırtdanlaşırsan İgid! Belə igid olarmı!?…

… Yoxsa, artıq oyanırsan? Silkələnib, yuxunu dağıdırsan? Anladınmı, niyə belə çığırıram üstünə? Əslində çığırmıram. Sənə ürəyim yanır. Çox istədiyimdəndir. Yavaş-yavaş, məni anlayırsan deyəsən! Onda, yaxın gəl. Lap yaxın! Qulağına söz deyəcəm. Gəl, gəl! Bir az da! Gəəl, qoorxma! Yaxıın….baax, beləəəə… HARAAAYYY!!!!!!

Diksindinmi? Elə, mənə də bu lazım idi. Qoy, bu sənə şok-terapiya olsun! Belə haraydan sonra, vicdanı olan yatmaz!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma