Əsas səhifə » Esselər(içsəslər) » Ya bizdən ol, ya dizdən!

Ya bizdən ol, ya dizdən!

(2008-ci il)

Yazmaq lazımdır! Azad fikrini bildirmək! Doğru hesab etdiyini aləmə yaymaq və sənə aid bu gerçəklə bütün yad yalanlarını bir anda alt-üst etmək! Heç nədən qorxmadan, çəkinmədən, müqəddəs haqqın uğrunda mübarizə aparmaq! “Nə olacaq,olsun!” deyib qələmini qılınc kimi sağa-sola yelləmək! Artıq bunun zamanıdır! Gəl, buna şübhə etmə, dost! İgidlərə ehtiyatın yaraşdığı zamanlar da ötüb çoxdan!

Dəb dəyişib! İndi ehtiyatlanmaq, qorxmaqdan heç fərqlənməz! Nədən ehtiyatlanar igid? Danlanmaqdan? Damlanmaqdan? Yoxsa, damğalanmaqdan? Hər üçünü görüb o! Məgər, sınıbmı bu zamana qədər, bizim türk igidimiz? Bəlkə sınıb? Doğrudan da, ola bilər? Nə deyirsən dost, biz bixəbər qalmışıq? Belə şeylər, səncə mümkündürmü heç? Nədir, dost? Yaman xəyala daldın?! Olmaya, sən də ehtiyatlanaraq qorxaqlığa doğru gedirsən?! Belədirmi?Yoxsa, sevdiklərimi əlimdən almaqla, məni hey sınağa çəkən Tanrı səni də alplar sırasından çıxdaş etdi?! Mən yenə də, özümü tək hiss edim və bədbinliyə qapılım deyəmi? (belə hallar baş verəndə, mən nədənsə, şeytanla deyil, məhz Yaradanın özü ilə mübarizə aparmalı olduğumu düşünürəm-R.T.) Bəlkə də, bu elə dediyim kimi sözün əsl mənasında sınaqdır- millət uğrunda hər şeyi gözə alan bir milliyətçi üçün!

Milliyətçinin tək qalması, daha doğrusu, tək qaldığını düşünməsi elə faciənin başlanması deməkdir! Saqın, belə sərsəm fikirlərə düşmə, dost! İgidliyin əldən gedər! Mübarizən puç olar! Sən də, bu ölkədəki milyonlardan biri olarsan! Qulaqlarını dart, “kış-kış” söylə! Biz səninlə fərqliyik. Belə də qalmalıyıq! Amma, sonadək “hey ikimiz savaşaq” da demirəm! Biz səninlə sıralarımızı genişləndirməliyik! Ordu yaratmalıyıq! Özümüzdə güc hiss edib ətrafımıza təsir etməli, süstləşən, mütrifləşən milyonları bir-bir İGİD etməliyik! Əlbəttə, bu bir az çətin olacaq.

Ancaq, heç nəyə varmamaqdansa, hədəfinə az da olsa yaxınlaşdığını hiss etmək də çox gözəl bir duyğudur. Ən azı, bilərik ki, bizdən sonra bu qudsal yolu davam edənlər olacaq. Amma, biz də yorulsaq, bədbinliyə qapılıb bu mücadiləni aparmaqdan çəkinsək, onda elə ikimiz də baş-başa verib quyu dibinə yuvarlanmış olarıq. Əgər sən nə vaxtsa geri çəkilməyi gözə alırsansa, durma dostum, elə indidən yığ şələ-şüləni, haydı sürünün içinə! Qoyunun qurdla yoldaşlığı tutmaz! Bilirsən, hərdən elə gecələrim olub ki, yaşadığım “qurd gəncliyinə” peşmanlıq çəkə-çəkə girmişəm yatağıma. Başıma gələn bunca uğursuzluq, xəyanət və bəhrəsiz əziyyətlər keçirdi gözlərim önündən. Özüm öz gözümdən düşürdüm, dost! Bilmirəm, sənin də başına gəlib, ya yox, ancaq, dəliqanlı gəncliyini həsr etdiyin ideyaya “tüpürüb”, növbəti gün adi “ətcəbala” kimi oyanmaq arzusuyla gözlərini yummaq çox dəhşətlidir. Amma, ən dəhşətlisi, oyandıqdan sonra, dəyişə bilməyəcəyini anlamaqdır! Doğrudan,çox qəribədir! “Məni milətçilikdən yalnız ölüm ayırar” deyə yatmazdan əvvəl and içdiyim adi bir yay gecəsi, ağlıma belə gəlməzdi ki, mən ideyama bu cür sədaqətli olam! Hə, dost, qımışırsan!

Bəlkə də, ürəyində mənim necə xudpəsənd olduğumu deyirsən. Yəqin ki, məni sən düz anlamadın. Mənim ideyaya bağlılığım, dəyişməzliyim mənim mətinliyimdən yox, məhz elə milliyətçiliyin möhkəmliyindən və doğallığından irəli gəlir. Sözlərimə yaxşı fikir ver, dostum! Mən doğallıq söylədim. Bəli, uzun yüzilliklər, minilliklər boyu insanların həyatına rəng qatan, toplumların taleyini dəyişdirən, bir sözlə, bəşərin həyatını bəlli bir düzənə salan məhz, milliyətçi duyğuların doğallığı və əzəliliyidir. Bəziləri buna “sağalmaz xəstəlik” də deyir. Hər nə deyirlərsə desinlər, bildiyim tək doğru var- bu hissləri, heç olmasa, ürəyindən bircə dəfə həqiqətən keçirən və mili məfkurənin nə olduğunu dərk edən şəxs, hətta taleyin ən ağır zərbələrinə tuş gəldikdə belə, bu mübarizədən dönmür! Heç istəsə də dönə bilməz!

Vaxtilə, mənim yuxu öncəsi “qurdluq”dan dönməyə cəhd etdiyim kimi! Artıq, yolum bəllidir, qərarırımsa, həmişəkindən də qəti! Ölənədək millətçiyəm, türkə zülm verənlərin ölənədək düşməniyəm! Və mən əminəm ki, bu qərarı verən tək “qurd” mən deyiləm. Mənim kimi, hətta məndən də qətiyyətli minlərlə QURD düzəldi bu yola- müxtəlif mənzillərdən, müxtəlif cığırlarla! Amma, hamımız bir hədəfə doğru yüyürürük. İndi ayrı olsaq da, savaşın ən həlledici məqamında yollarımız birləşəcək və BİZ QƏLƏBƏ ÇALACAĞIQ! Mən indidən özümü və mənim kimi düşünənləri ürəkdən təbrik edirəm! İnanıram qələbəyə! Sən də inan! Bədbinliyin daşını at! Başla mübarizəyə! Qoşul bizim yolumuza! Ya bizim kimi, QURD ol, ya da ki, QAPI QULU!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma