Əsas səhifə » Esselər(içsəslər) » Sərdabədə Səadət

Sərdabədə Səadət


O, keflə süləndi, keflə gəbərdi!
Görən, indi gorda kefi nətərdi!?…

Tanrının yaratdığı bu “insan” adlı yaratıq çox gözəldir! Hətta, özünün eybəcərliyi ilə! Hər kəs orijnaldır. Hər kəsin öz əl izi, öz alın yazısı və öz xarakteri var! Hətta, əkizlər belə, eyni ola bilmirlər. Çünki, onlar Tanrının əsəridirlər. Bu cür unikal bir şeyi yalnız Tanrı yarada bilər. Quranla tanış olanlar bilər: Allah insanı özünə bənzər yaradıb. Ona görə də, insan, hakimliyə can atır. İddialıdır! Amma, bir fakt: biz insanlar, şeytana daha yaxınıq. Çünki, TANRI BİZİ ŞEYTANA TAPŞIRIB!

İnsan yerində dayanmır! Daim axtarışdadır! Çünki, onda “azart” var! Buna “şeytani cəhət” deyənlərlə qəti razı deyiləm. Əsl insan, məhz, bu cür olmalıdır! Həyat gözəlliyi də insan təbiətinin eybəcərliyindədir. Nəzər yetirin: bir insan, ətalətin hakimliyi naminə irəli gedərkən, qarşıdan başqa insan, özündə güc taparaq, ədalət eşqi ilə irəli addımlayar. Bu insanın mübariz olduğuna dəlalət edir. Məgər, bundan gözəl nəsə ola bilərmi? O, DAHA ÇOX istəyir, DAHA YAXŞI istəyir və sabah, özünü bu günkündən DAHA XOŞBƏXT hiss etmək arzusundadır. Artıq, ona maraqlı deyil indii əlində olanlar! Qane etmir dünənkindən qat-qat yaxşı bu günü! Vaxtilə yuxularına da girən sevgilisi belə, get-gedə adiləşib və artıq, yenisinə ehtiyac var. O özü də anlamır niyə! Sadəcə, bilir ki, belə istəyir! İstəsin! İSTƏKSİZ İNKİŞAF OLMAZ!

Nə qədər anlaşılmaz görünsə də bu danılmazdır. Xoşbəxtlik kimi paradoksal və qeyri-müəyyən bir anlayışın dalınca, yalnız insan kimi bir məxluq düşə bilər. Çünki, insan təbiəti özü paradoksaldır, müəyyən edilməzdir! Fərqi yoxdur, “təbiət sahibi” kişi və ya qadın olsun, bu həmişə belədir . Cinslərdə fərqlənmə isə, yalnız, paradoks və qeyri-müəyyənliyin büruzə ölçüsündə hiss oluna bilər. Ümuyyyətlə, “insan övladı üçün, müəyyən olan yalnız bir duyğu var: ÇIXILMAZ BİR DAĞIN GÖRÜNMƏZ BİR ZİRVƏSİNƏ CAN ATMAQ!

Fransua de Laroşfukodan bir aforizm:
“İnsan, heç vaxt, düşündüyü qədər bədbəxt olmur. Və heç vaxt da, arzuladığı qədər xoşbəxt ola bilmir!”

Və bir müəllif haşiyəsi:
Biz insanlar, “həyat yolu” adlanan, sonu bəlli olmayan bir marşrutun yolçularıyıq. Xoşbəxtlik isə… Əlbəttə ki, növbəti dayanacaq! …

…Paradoksal insan ambissiyalarının ən yüksək təzahür və mübarizə sahəsi siyasətdir. Öz ideallarını başqalarına qəbul etdirmək və söz sahibi olmaq istəyən insanlar siyasətə girərlər. Bu tip və ya cəmiyyətin gözəllik və xoşbəxtliyi barəsində öz “model”i olanlar, müxtəlif cür dini-siyasi-ictimai ideologiyalar ürətər və yürütərlər. Təbii ki, rəqabət və mübarizə də olar!

İstəyirəm, bəşər tarixində, öz məşhurluğunu və aktuallığını hələ də qoruyub saxlayan kommunist ideologiyasının “fərd və cəmiyyət xoşbəxtliyi” məsələsinə yanaşmasını qısaca təhlil edim. Kommunistlər də mənim kimi, ifrat bərabərsizlik və ədalətsizliyin cəmiyyətdəki hökmranlığından narazıdırlar. Və onlar da mənim kimi, əzilən çoxluğu xoşbəxt görmək arzusu ilə, çıxış yolu axtararlar. Daha doğrusu, Marks, Engels. Lenin və digər masonların beyinlərə tolazladığı “çıxış yolu” uğrunda mübarizə apararlar. Tarix də sübut edib ki, fərqli-fərqli zamanlarda və fərqli-fərqli məkanlarda “kommunist inqilabı” (“inqilab” imitasiyadır!) qələbə çalıb. Amma, kommunist ideyaları yox! Niyə? Çox konkret bir cavab: İNSAN POTENSİAL “BURJUY”DUR! Qarşıda daha geniş imkanlar göründükcə, daha artıq tamaha düşür. Ömrünün sonunadək, hamı kimi və hazırkı kimi yaşamaq istəmir. Onun “ACGÖZLÜK İNSTİNKTİ” kommunistlərin “xoşbəxt kommuna” idealı ilə, qətiyyən, uyğun gəlmir. İnstikt tələb edir: “DAHA ÇOX, DAHA YAXŞI, DAHA LÜKS!”

Bəli, mənim əzizlərim! Bəni-Adəm İblisə də ruh satar! Təki, bir anlıq da olsa, özünü xoşbəxt hiss etsin. İstəsək də, heç nə dəyişə bilmərik. Belə olub, belədir və belə olacaq da! Bəşər mövcud olduqca…

…Və bir haşiyə-sonluq:
Keçən həftəsonu, çapa hazırladığım şerlər toplusundan, 2008-ci ilə aid bəzi çıxarışları “müzakirə”yə qoymuşdum. Baxış sayı normal olub. Oxucuların münasibəti isə… Sən demə, mənim şer yazmağım, heç də hər oxucumun ürəyincə deyilmiş. Olsun! Mən “dollarkəsən maşın” deyiləm ki, hər kəsi hər dəfə məmnun edim. Həvəskar yazaram və öz həvəsimlə də, bacardığımı yazıram. Bəyənən də sağ olsun, bəyənməyən də! Başlıqda olduğu kimi, sonluqda da şer var. İstəsəniz, oxumaya bilərsiniz.

Ay Allah!
Mənə səadət göndər
– “Skleros”a döndər!
Daha az əsəbləşim,
daha az fikir çəkim!
Və hər gün də,
min cürə
yeni xəbər eşidim!
Heç olmasa, göylərdən
Yarım vedrə daş endər!
Bezdim xatirələrdən!
Çıxmır yadımdan “əntər”!…

Gördüyünüz kimi: mənim kimi “yarım-skelet” üçün xoşbəxtlik “skleros”dursa, “tam statuslu” bir skelet üçün sanbalı bir “sarkofaq”dır. Salamat qalın!

Tarix: 17.02.2010

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma