Əsas səhifə » Esselər(içsəslər) » Qadınlar əsəbləşər!

Qadınlar əsəbləşər!

Sovet kinosundan az-çox məlumatlı olan istənilən oxucu, “Qafqaz Əsiri” filmində səsləndirilmiş bu ifadəni əzbərdən bilər:

“Bizim məşhur yazıçımızın dediyi kimi, qadın insanın dostudur”.Təbii ki, bu ifadə yumor xətrinə deyilib və qadınlar barəsində hər hansı bir müvafiq “kəlam” yoxdur.

 Qadınların da, bu “müdrik kəlam”dan zəndeyi-zəhləsi gedir. Lakin, buna baxmayaraq……Qadın doğrudan da, bir çox dünya alimləri tərəfindən tamam fərqli bir məxluq hesab edilir və hətta, feministlərin özü də, məhz bu qənaətdədir. Bəzi ifrat feministlər isə, qadının tamam fərqli və tamamilə müqəddəs bir yaratıq olduğu iddiasındadırlar.

 Dindar insanların istinad etdiyi “Adəm və Həvva” əfsanəsi də, feministlər üçün, tamamilə yalan və sırf kişi təxəyyülünün məhsulu kimi qiymətləndirilir. Çox vaxt belə deyərlər: “Axı, necə olur ki, 124 min kişi peyğəmbər olur, amma, bir nəfər də olsun qadın peyğəmbər yoxdur!?” Belə çıxır ki, din də, “kişi uydurmasıdır”.

Qadın doğrudan da böyük qüvvədir. Həvvanın davamçıları çox təsirli güc və “texnologiya”lara sahibdirlər. Təbii ki, “vəhşi” qadın cazibəsininn böyük təsir gücü var. Amma, bu hamısı deyil! Cazibə qadının birinci silahıdır. İkincisi isə… Əlbəttə ki, dili! Qadının şirin dili ilə ilanı yuvasından çıxarmasını bilmirəm, ancaq, Həvvanın dilini və hikkəsini işə salaraq, Adəmi o cür gözəl və əsrərarəngiz Cənnətdən çıxarmasına öz adım kimi inanıram.

Ona görə yox ki, dindaram. Sadəcə, ona görə ki, qadın təbiətinə az-çox bələdəm. İnsan təbiətinin paradoksal və ziddiyətli olduğunu bildiyim kimi, qadın təbiətinin xüsusilə daha ziddiyətli və paradoksal olduğunu da yaxşı bilirəm. Və qadınlara qarşı da, duyğularım çox paradoksal və ziddiyətlidir. Qadınları bir Türk kişisi kimi çox sevirəm! Və bir “qurban” kimi də, çalışıram ki, bu “fövqəl-təbii” qüvvədən mümkün qədər uzaq qaçım. Qəribə fikirdir, eləmi? Mən nə edim ki, qadının özü də, qəribə və ziddiyətli məxluqdur.

Belə bir məşhur sual var: “Qadınlar nə istəyir?” Bu suala cavab tapmaq üçün bütün ömrünü qadın məntiqinin öyrənilməsinə həsr etsən belə, qalaq-qalaq kitablar yazsan da belə, yenə də bu sualın cavabını tapa bilməzsən! Elə, ona görə də, psixoloqlar özləri arasında hər hansı bir müşkül məsələyə eyham olaraq “qadın problemi” ifadəsini işlədirlər. Yozulmaz, bilinməz və kəşf olunduqca da… Kəşf olunmaz qadın! Qəraib və əcaib qüvvə!

Qadınlar siyasətdə çox bacarıqlıdırlar. Çünki, yaxşı “manevr” etmək iqtidarındadırlar. Havayı yerə demirlər ki, “qadın yıxan evi tikmək mümkün deyil”. “Siyasətçi” qadınlar kişlərə nə qədər itaət və sığınma nümayişi etdirsələr də, daim onlara yuxarıdan aşağı və “fərsiz” kimi baxarlar və hər zaman çalışarlar ki, kişiləri nəzarətdə və kurasiyada saxlasınlar. Bunu qadınlara qarşı hər hansı bir “mənfur” niyyətim olduğu üçün demirəm. Sadəcə, statistik bir qadının ən iddialı və ən ambissiyalı bir statistik Allah bəndəsi olduğunu etiraf etmək lazımdır!

Qadınlar nə qədər siyasi bacarıqlı olsalar da belə, siyasətdə qadınların üstünlük təşkil etməsi böyük bir faciə ilə nəticələnə bilər. Və çox ehtimal ki, bu faciə ilə də, Dünyanın Sonu gələr. Qadınların dünya hakimiyyətini ələ aldığı vaxt… Allah göstərməsin!

Oxucum “niyə?” sualı verməmişdən əvvəl, onu qeyd edim ki, qadınlar nə qədər ağıllı və tədbirli olsalar da, yeganə, əsaslı və ən əhəmmiyyətli bir “amma” var:
QADINLAR ÖZ HİSSLƏRİNƏ MƏNTİQDƏN DAHA ÇOX ÜSTÜNLÜK VERİRLƏR!

Bunu mən demirəm, Stendal deyir. Amma, Stendalın demədiyi bir neçə kəlməni mən sonluqda demək istəyirəm:
Ey, mənim xanım oxucum! Səni təbrik edirəm! Əllərindən öpürəm! Sev, sevil, xoşbəxt ol, xoşbəxt et…

…VƏ MƏNİ SƏNSİZ QOYMA!

tia.az-da ilk olaraq yayimlanib | Tarix: 07.03.2010 http://tia.az/index.php?name=News&op=Article&sid=1887
Advertisements

Qadınlar əsəbləşər!” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma