“Səninlə son günlərim”

“Bakı – Borispol – Bakı”  – II Hissə

  (seçilmiş çıxarışlar)

 İyun-Avqust, 2009 cu il, Azərbaycan

 

1. Şairlik-əbədilik

Var arada şer yazmaq adətim,

Amma, bu, sadəcə “məşğulməzə”mdir!

Yoxdur şair kimi ölmək niiyyətim

Ölüb, şair olmaq daha gözəldir!…

05. 06. 09, Bakı

 

2. Həyat, “Astma” və bir də, Mübarizə

23-ü tamamladım

– Heç gəlmir inanmağım!

Boğulmayla yorğun keçən

günləri xatırladım!

Doğulmağa peşman edən

o anlara qayıtdım!

Ağlamsındım bir anlıq!

Və səsləndim göylərə:

“Allahım!

Yəni, bunu bacardım!?”

…Görürsənmi, mələyim?

Elə bil, bir savaşma

– mənim ömür sürməyim!

Amma, lütfən, soruşma

– nədən mübarizliyim?

Cavabını bilmirəm!

Özüm də, mat-məəttələm!

Əslində, həyatdan da,

gedir zəndeyi-zəhləm!

Ancaq, etiraf edim:

Mən əbədiyyətçiyəm!

Bu səbəbdən də, yəqin,

Mübarizə bəxtliyəm!

07.06.09, Bakı

 

3. Əzab, şərab…

Sevgi işgəncədir, sevgi əzabdır

Ağlı başdan alan şirin şərabdır!

Axı, niyə belə sevdim sevməyi!?

Bəlkə də, haqlısan – başım xarabdır!

14. 07. 09, Bakı

 

4. Cahil sevgilim

 

Sənin getməyinə kədərlənmirəm,

Göz yaşım azmışa zavalımdandır!

Sənsizliyimə də heyfsilənmirəm,

Sən mənsiz qalmısan, çox acı haldır!…

21. 07. 09, Bakı

 

5. Qorxaq yarlara

 

Getsin gedəcəksə, inamsız yarım!

Tərəddüdlü sevgi nəyimə lazım?

Qorxaqlar sevgidən qaçar daima,

Mən qətiyyət ilə sevgimdə qalım!

28. 07. 09, Bakı

 

6. Hər şeyi anladım getməzdən qabaq

 

Anladım, günahmış bu məhəbbətim

– Sən “macəra” deyib güləndən sonra!

Döndü həqarətə bir an həsrətim,

– Xəyanət xəbərin biləndən sonra!

Sən məni tərk elə, mənsə Vətəni

– Cəzalandıraram sevdiklərimi!

İstərəm, basdırıb gedəm qəlbimi

– Səninçün sevənin “öləndən” sonra!

02. 08. 09, Bakı

 

 

 

7. Səni bağışlamaq

Sənsiz gecə bitsin, olmasın sabah!

Mənsiz necə keçsin, qalmasın günah!?

Məni çox incitdin, mən bağışladım!

Bilməm, bağışlarmı çəkdirdiyin ah!?

 

03. 08. 09, Bakı

 

8. Sənin gözlərin

Sənin gözlərindən oxudum o vaxt,

Bilmirəm, haqq-nahaqq, əbədi eşqi!

Sənsə, gözlərimə “həsrət” yazaraq,

Getdin! Eh! Kor edib gedəydin kaş ki!

03. 08. 09, Bakı

 

 

09. Hədər iddia

 

Hissləri öldürmək mümkün  deyilmiş,

Onlar özümüzü öldürəcəkmiş!

İstədik hakimlik edək sevgiyə,

Bilmədik, taxtımız devriləcəkmiş!

03. 08. 09, Bakı

 

10. Vətənlə dərdləşmə

Vətən, sən də ağla,

Mən də ağlayım!

Gəl, verib baş-başa,

Zır-zır ağlaşaq!

Sən də mənim kimi

Tənha və nakam,

Mən də sənin kimi

Parça-parçayam!

Mən övladsızamsa,

Səndə bu çoxdur.

Amma, əslə qalsa,

Heç fərqi yoxdur!

Dərdimiz eynidir,

Bəxtimiz eyni!

Hətta, xasiyyət də

– “Gilavar-Xəzri”!

Odur ki, Vətənim,

Canım! Gəl yaxın!

O biri ucundan

Tut yaylığımın!

Sübhədək, doyunca,

Dostca, ağlaşaq…

…Sonra, getməliyəm

– Gəl, halallaşaq!

03. 08. 09, Bakı

Bir vicdansıza

Son eşqim! İsmində mərhəmət varmış!

Hər təbəssümündə səadət varmış!

Sən demə, cinsində xəyanət varmış!

Axı, nə biləydim sevərkən səni!?

Rüfəti bir sözlə ucaltmısan sən!

Elə bir sözlə də alçaltmısan sən!

Məni gənc yaşımda qocaltmısan sən!

Axı, nə biləydim, sevərkən səni!?

Qoy, mən çıxım gedim, sən qal mənsiz!

Yəqin, sevinərsən, indi sevənsiz!

Lənət o eşqə ki, gəlir güvənsiz!

Kaş ki, mən öləydim sevərkən səni!

04.08.09, Bakı

 

Advertisements

“Səninlə son günlərim”” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma