“Uzaqlarda biri var”

“Bakı – Borispol – Bakı”  – III Hissə

“Uzaqlarda biri var”, 2009, Ukrayna

  

1. Uçan Naməlum Şair

(havada yazılan şer)

O heç özü də bilmir,

Hansı cərəyandandır!

Sadəcə dərk edir ki,

Başqa bir dünyadandır.

Bu cahanı istəmir,

Bu həyatla yaşamır!

Uçan naməlum şair,

Məlum elmi anlamır!

Daimən uçuşdadır,

Hər an axtarışdadır!

Dəli olar dayansa,

Kölgədən qaçışdadır!

Onda var Sevən Ürək,

Amma, Sevdaya çatmır!

Çünki, Tanrı onun tək

Sevən qadın yaratmır!

04. 08. 09, Bakı-Borispol

2. Ölümlə mazaqlaşma

Ölüm! Deyirlər, sən bir vasitəsən,

Əbədi həyata yetişmək üçün!

Mənim üçün isə, bir gözəlçəsən

– Amma, tələsmirəm sevişmək üçün!

Boğuram şəhvəti, hazırlaşıram,

Bir gün yatağımda cəngləşmək üçün!

Hələ ki, vaxtım var, şansdır, yazıram

– Daş tək yaddaşlarda bərkləşmək üçün!

Doğulan günümdən kəsdin böyrümü!

Boynumdan çox dartdın, öpüşmək üçün!

Neçə yol yenildin, get yığ gücünü

– Daha bir raund da döyüşmək üçün!

Hazıram səninlə sonsuza qədər,

Hətta, milyon səfər görüşmək üçün!

Sevgilim, qanundur kişi deyənlər

– Tələsmə, çalışma, dirəşmək üçün!

Mən məğlub oğluyam, amma, qalibəm!

Yox alnımda bir yer, büzüşmək üçün!

Səni hey yensəm də, bil, çox sevirəm

– Qovuşub, zamanla ötüşmək üçün!

07. 08. 09, Kiev

3. “Mel”lilər sülaləsi

Melodramma,

Melanxoliya və Melon

– Sevdiyim üç “Mel”li şey!

Amma, “Mel”i sevmirəm!

Çünki, allergiyam var!

Təbaşir görən kimi,

Əhvalım “pell-mell” olar…

… Bu “Mel”li tayfasında,

Var bir Melodiya da

– Gah, “mellifious” olar,

Gah da ki, “melee” qoxar!

Elə, buna görə də,

Hər “Mel”lini sevmirəm!

Nəslə yox, şəxsiyyətə

Əhəmiyyət verirəm!

08. 08. 09, Kiev

4. Любовь

Не спрашивай, без тебя, как мне сейчас тяжело!

И не думай, что терпеть разлуку будет легко!

Ты лишь знай, даже терпение, не верный путь выхода!

Ведь, любовь ещё жива, давай, спасем её!

Душа моя, без любви, счастье не создано!…

11. 08. 09, Киев

 

 

5. Украина и Она

Украина – красивая страна!

Чистый воздух,

бесконечные леса,

чудесные города…

Щедра же природа!

Даёт, всё чего надо!

И конечно, до смерти,

украинок не забыть

– почти все красавицы!

Когда улыбается,

тебе вся красота…

Смотришь

И думаешь:

Бог создал эту страну

в счастливом настроении!

Но, если честно сказать,

Для меня не имеет

даже, Рай значение,

Если рядом нет её!

Даже, если, все вокруг

Ангелы, а не люди!

И вдруг,

Шанс появился,

Ангелочка полюбить…

…Ну, как по райскому жить,

С разбитым сердцем в груди!?

Как начать всё заново,

если, столько счастливых

мгновений позади!?…

…Эх! Как же, ей сказать!?

Как всё это доказать!?…

…Скучаю по тебе!

Очень, очень, Милёнок!

И плачу каждую ночь,

как брошенный ребенок!

Мне бы, хоть в Ад с тобою,

чем, без тебя, жить в Раю!

20. 08. 09, Киев

 

6. Binomial xriyyə

 

Mən bədbin bir millətin

Nikbin bir şairiyəm!

Özümə “şair” dedim,

Sanma, xudbin biriyəm!

“Karabin qələm”əm mən,

Göz tökürəm “bean” kimi!

Çox  uzaqgörənəm mən,

Son model durbin kimi!

At “bin”ə fəxriyyəmi!

Ona ordadı “restroom”!

Mədhiyyə yazmadım ki,

Məkanı ola “rostrum”!

21. 08. 09

 

7. Acıqvermə

Qətiyyən, fəxr etmə ki,

sənin həsrətin ilə,

mənim göz yaşım axır!

Əksinə, dərd elə ki,

süzüldükcə hər gilə,

boynunda haqqım artır

25. 08. 09. Kiev

8. Çaylar elçi getsəydi…

(Abşeronu su altında qoyardım!)

Ey, Dnepro! Coş, daş!

Al, qopar ürəyimi!

Sonra, uca dağlar aş,

Keçərək sərhəddləri,

Azərbaycana ulaş!

Tap orda sevdiyimi,

Çatdır ürəyimdəki

Hər arzu-diləyimi!

Qoy bilsin, ayrılsam da,

Hələ sədaqətliyəm!

Ondan uzaq olsam da,

Xatirin hifz edirəm!

Hər gecədən səhərə

Həsrətiylə keçirəm!

De ki, onu sevirəm!…

…Sonra isə, geri dön,

Yerinə qoy qəlbimi!

Yoxsa ki, yazammaram

Sabah yeni şerimi!

Amma, onu da gətir

Qucağında evimə!

Nolar, məni sevindir!

Ümidim tək sənədir!

Dnepro! Səninləyəm!

Dur, yetiş köməyimə!

Tez ol! Get Vətənimə…

…Mənə elçilik elə!

28. 08. 09, Kiev

 

9. Həvəskar yazar – peşəkar alkoqolik

Uşaqlıqdan yazaram,

Hələ də həvəskaram!

Çün, sifariş tanımam

– Həvəsimlə yazaram!

Mən həvəs aşiqiyəm!

Zəhləm gedir peşədən!

Oturub meylə bahəm,

Söz çəkərəm şüşədən!

Axı lazım nəyimə,

“Elitni” şair olmaq!?

Daha xoşdur qəlbimə,

Meyxanədə ağlamaq!

Bəlkə də, mən dəliyəm,

Belə gəlmiş qədərim!

İçkidən keçəmmirəm,

Qorxuram, uçar pərim!

Fikir vermə, sən mənə!

Yoxsa, fikrin qarışar!

Oxu, unut, sadəcə!

Qorx, yaddaşın daşlaşar!

07. 09. 09, Kiev

 

10. Cəbr, poeziya və optimizm

Bu gün, üç “9”u yığdım yan-yana,

Amma ki, “7”yə daha vurğunam!

Bu rəqəm sonsuzluq əlamətidir

– Mən də, sonsuzluğa elə məftunam!

Üç “7” rəqəmi keçdi konlümdən,

Zamanı qaytara bilmədim geri!

Bəlkə, düstur icad edim özümdən

-Yenim içimdəki “cəbri” kədəri!?

Çevirdim kağızda üç “9”umu,

“3”ü üçə bölüb, payladım bir-bir…

Və sonda çin etdim mən öz arzumu

– “3, 9” düsturu  üç “7” verir!

 

09 .09. 09, Kiev

11. Təkrarsız Təntikləmə (“tə..” oyunu)

Sənin təbəssümündə

Təcəssüm olunurdu

Ən təbii təravət!

Və təəhhüd duyurdu

Qəlbim təəssübünlə!

Təbibim idin mənim

Təbiətdə yeganə!

Tərif edilməz qədər,

Təbərrük idin mənə!

Amma ki, səd təəssüf,

Qəfil təbəxur oldu,

Ol təxmini-səadət!

Məni qoydu təəccüb

Bu təbiri-tərakət!

Təfsil oluna bilməz,

Heç bir təfərrüatla

Verdiyin təəssürat!

Təsəvvürə də gəlməz,

Təffəkürlə çözülməz,

Bu tərzi-təbəddülat!

İndi təxəyyülünlə

Mən təsəlli taparam,

Tərki-vətən həyatda!

Təxir olduqca, əfsus,

Tərsliyindən vüsalım,

Təpərim də yox olur,

Tənimdə ölür ruhum!

Və mən təngə gəlirəm

Təyini-taleyimdən!

Tələs gəl, binti-zalim!

Təkəbbürü burax gəl!…

10. 09. 09, Kiev

 

12. Бог  опаздывает

Когда улыбнется Бог,

Несчастному поэту

– Остановится жизнь,

И, конечно же, вдруг,

Конец придет свету!

Вылечится болезнь

– Когда улыбнется Бог,

Несчастному поэту!…

14. 09. 09, Кременчуг

14. Neyləyim ki…

 

Tam ümidsizliyə qapılmış çocuq,

Dərddən inləməsin, böylə neyləsin!?

Qızışmış, azışmış cəmiyyət soyuq!

Yazıq titrəməsin, özgə neyləsin!?

Keçmişi tək “o söz”, gələcəyi də!

Görüb göynəməsin, gözlə neyləsin!?

Duyulmaz bir yerdə deyəcəyi də!

Yazıb, oynamasın sözlə, neyləsin!?

Nə etsin, dəyişsin gərdiş-zəmanə!?

Gəzməsin elbə-el, dərviş-divanə!?

Yandı, elə ki, iş düşdü cananə…

…Odun söndürməsin meylə, neyləsin!?

Varsa çıxış yolu, söylə, neyləsin!?

15. 09. 09, Kiev

 

15. Sənli dünya – sənsiz həyat

Mən sənli dünyada

sənsiz həyatdan

Daha təngə gəldim,

Ölmək istərəm!

Heç də varlığıma

son vermək deyil,

sadəcə, bir ruha

dönmək istərəm!

Qalxıb burdan,

uçub Azərbaycana,

sənin eyvanına

qonmaq istərəm!

Yar, aç pəncərəni

Və gözlə məni!

Bu gün hicrana

Son qoymaq istərəm!

Köz etdi

bu sevən ürək sinəmi!

Bezdirdi!

Əclafı gömmək istərəm!

14. 10. 09. Kiev

 

16. Qaçıb sənsizlikdən sənə gələydim

 

Qaçıb sənsizlikdən,

sənə gələydim!

Tutub əllərindən,

Basıb bağrıma,

ölənədək səni

mən həbs edəydim!

Buraxmazdım səni,

heç vaxt, heç yerə!

Və bir də,

Nə səni,

Nə də Vətəni

Nə də,

qəlbiyanan sevənlərimi,

ta ölənə qədər,

tərk etməyəydim!

01.10.09, Kiev

Kievdə bir gün

Bu gün bir filmə baxdım

-Aşiq intihar edir.

Mənsə, eyvana çıxdım

– Güc papirosa yetir!

Bu gün bir palto aldım

– Onda qızınmaq olar.

Birdən, xəyala daldım

– Sənsiz buzlamaq olar!

Bilirəm, sən orada,

Məni dinləyirsən.

Sən də, mən tək arada,

Xəyalda gəzirsən.

Yəqin,məndən uzaqda,

Yadla əylənirsən!

Sənin eşqin bura qədər

– Mənim eşqim kədər!

Bu gün birindən duydum

– Sən artıq o deyilsən.

Dəyişmənə şad oldum

– Onu xoşbəxt edərsən!

Bu gün şənlik istədim

– Məhəbbət tapammadım.

Amma ki, gülüb bəxtim

– Sənə dərd olammadım!

Bilirsən, mən burada,

Səninçün yazıram.

Mən də, sən tək arada,

Xəyalda azıram.

Budur, səndən uzaqda,

Səndən ilham  alıram!

Mənim eşqim bura qədər

– Sənin eşqin kədər!

03.10.2009, Kiev

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma