Son məktub

(bu məktub bir oxucumun dilindən qələmə alınıb və 15.03.2010 tarixində Tia.Az-da dərc olunub)

Soruşma! İçində suallar hayqırsa belə! Məndən heç nə soruşma! Sadəcə dinlə! Oxu demirəm. Çünki, sənlə danışan var. Hərflərdən səsimi tanımalısan! Xırıltılı tembrimi duyarsan! Birdən, çaşıb ağlarsan… Qətiyyən, belə etmə! Qismət payımı alma!

Soruşma! Sənlə birlikdə ikən, mən haralarda idim. Sənlə yerdə gəzərkən, göyün hansı qatlarında uçurdum!

Soruşma! Soruşma ki, səni necə sevirdim! Sənin üçün üzüldüyüm anlarımı təsvir et xəyalında… Hamısını düşünmə! Yoxsa, ölənə qədər, xəyallarda qalarsan!

Soruşma! Necə yaşaram indi. Sən, sadəcə, sətirlərə diqqət et. Gözlərimdən daman qanı sezməyə çalış! Həyat gözbağlıcadır! Və yazımın bu ağ fonu, əslində qırmızıdır! Onu yalnız sevənlər görə bilər! “Niyə?”  deyə soruşma! “Sevgi” deyilən şeyi tapmağa çalış ki, sən…

…Sənə nə arzuladığmı da soruşma! Bilirsən ki, SONSUZ VƏ HESABSIZ SEVGİ! Ağlını başından alacaq qədər! Qərarsızlığa düçar edəcək qədər! Qoy, heyfimi səndən məhəbbət alsın! Mənim silahım eşqdir. Sevmək bağışlamaqdır. Bağışlamaq isə, ən gözəl qisas! Elə, ona görə də… ÖLƏNƏDƏK MƏĞLUBSAN! Nahaq yerə, mənimlə düşmən oldun! Axı, sənə demişdim!

Səndə, mənə aid bir neçə şey qalmışdı. Şerlərim, yazılarım… Onlar mənə lazım idi. Dərc etdirəcəkdim! Həyatımın ən gözəl və ən mənalı əsərlərini sənlə olarkən yazmışdım. Xüsusən də, sənə həsr etdiyim və özünə oxuduğum “ŞAH ƏSƏR”imi!

Bəli, bəli! O şer, mənim üçün bir şah əsərim idi. Amma, indi, elə əsərlər yaza bilmirəm. O “şer-məktub” idi. İndiyədək yazdığım ən gözəl və fərəh-sevinc dolu yeganə məktubumdu! Nüsxəsi yoxdur məndə. Səndən onu yollamanı istədim, sənsə, yalan-gerçək dedin: “SİLMİŞƏM!”  Eh! Hər kəsin insanlığı bir həddə qədər imiş!

Məndə isə, SƏNƏ AİD, ÇOX ÖNƏMLİ BİR ŞEY VAR! Onu ölənədək qoruyacağam! Və uzaqdan-uzağa göstərəcəyəm sənə. Onun istisini uzaqdan hiss edəcəksən, parıltısından gözlərin qamaşacaq…. Və əl atıb, onu məndən almaq istəyəcəksən!

Amma, VERMƏRƏM ONU! Ölənədək, dünya dağılsa belə! Görürsən də!? Mən necə də xəsisəm! Vermərəm! Nə sənə, nə heç kimə! AND İÇİRƏM, SƏNİN ƏZİZ CANINA! Səbəbini soruşma! Sən, sadəcə, əlində olan zaman, onu yerə çırpdığın son görüşü yada sal!…

…Novruz ərəfəsidir. Səni təbrik edirəm! Əminəm ki, son çərşənbə gecəsi, yenə də duzlu kökə yeyərək, “qismət yuxusu”na dalacaqsan. Sənə falda uğurlar! Bir də sına bəxtini. Bizi ayıran bayram səni xoşbəxt edəcək!

Səni şübhələrə salıb, mənim sevgimdən soyudan bu odlu-alovlu çərşənbə, yeni ümid qığılcımı yaradacaq qəlbində. ÜMİDVARAM!

Səndən son xahişim var: Keçən il olduğu kimi, bu dəfə də yuxunda özgəsini görəsən deyə, çalış ki, yatmazdan əvvəl məni heç düşünməyəsən.

Birdən çox düşünməkdən yuxuna gələrəm sənin. Qəti, məni düşünmə, YALVARIRAM SƏNƏ! Yoxsa… Yoxsa, BƏDBƏXT OLARAM!

Rüfət Əhmədzadə

rufat_ahmed@list.ru

Advertisements

Son məktub” üçün 11 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma