Əsas səhifə » Poeziya » Fərqli qayıdış (bəzi şerlər)

Fərqli qayıdış (bəzi şerlər)

Anlam

Şerin böyüyü kiçiyi olmur,

Anlamlı hər kəlam nəhəng kimidir!

O söz ki, oxunur və unudulmur,

Beyinlər bəzəyən çələng kimidir!

04.11.2009. Baku

Bilmirəm, nə ad verim

Mən düşünürdüm ki,sən

– mənim tək Səadətim!

Bəs nə üçün, görəsən,

səni sevdiyim gündən,

artır daha da dərdim?

Eh! Anladım gerçəyi!

“Status”unu bildim!

Amma, heç nə dəyişməz

– səni sevirəm hələ!

Ey, mənim Bəd Qismətim!…

04.11.09, Bakı

Manatın həmdiyyəsi

Mən “Dollar” deyiləm ki,

Hamı məni istəsin

– Kurs aşağı olsa da!

Bu günümə min şükür!

Blatım az olsa da,

Kursum fəxrimdir mənim!

Allah aferistlərin

Canını sağ eləsin!

Qoymurlar ki, utanım!

Belədir ki, cayılam,

“Avro”yla dirəşirəm!

Artıq kabinetlərdə

Tək mən “hörmət”ləşirəm!

Deməli, sevilirəm!

Eşq olsun mən Manata!

Dayan, bir nərə çəkim!

Səs salaraq dörd yana,

“MDB”ni titrədim!

Bütün əhli-cibişdan

Gücümü seyr eləsin!

Və Manat çıxan zaman,

“Rubl”, “Qriven” mə-lə-sin!

18. 11. 09, Bakı

Mənim eşqim Paradoks!

“İlahəm! Sən məni xoşbəxt edərsən!”

– Bax, bu düşüncəylə hər gecə yatdım.

Amma, sən Bədbəxtlik İlahəsisən

– Mən səni, sənsiz bir səhər tanıdım!…

Sözbazlıq

Mən sözlərlə oynamağı sevirəm!

Bəzən, ucdan tutub ucuzluğa getsəm də,

Hərdən oxucunu çox bezdirsəm də!

Nə edim, bu vərdiş doğuluşdandır,

Oyunbazlıq məndə quruluşdandır!…

…Amma, nə yaxşı ki,

Sözlərlə oynayıram

– Sən kimi qəlblərlə yox!

Ona görə, “eks-aşkım”,

Sən eşqbazlıq edəndə,

Gərək, mən sözbaz olum!

Söz bəzəyim şəninə,

Sənsə, gəz, bax kefinə!

20. 11. 09, Bakı

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma