Rüfət Əhmədzadə
Rəsulzadə – Əliyev yolayrıcı?
28 May, 2010-cu il. Saat 4:05 . Ailəmin və “Facebook”dakı dostlarımın yatdığı bir vaxtda, mən də bekar və yuxusuz qaldığımı hiss edib, nəsə yazmaq qərararına gəldim. ”Nəsə” deyəndə ki, konkret bir mövzuda : Azərbaycanın milli dövlətçilik tarixi.
Bu tarixin hələ əsli-nəsli tam dəqiqləşdirilib tədqiq olunmasa da, bu barədə müxtəlif dərin, orta və dayaz dəyərləndirmələr var. Kimiləri sırf demokratiya baxımından bizim dövlətçiliyimizi 1918-ci illə əlaqələndirir. Kimiləri ta qədimdə mövcud olmuş Aratta və Manna dövlətləri ilə…
…Kimiləri isə, ümumiyyətlə, “tarixçilərə və tarixbilənlərə od qoyacam!” deyib, 1993-cü ilədək yurdumuzda olan hər hansı dövlətçilik ənənəsini qəbul etmirlər və birbaşa olaraq mərhum prezident Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi kimi qələmə verirlər.
Nə qədər ki, kimsə “Aha! Müxalifətçi!” deyə ətli-sümüklü barmağını dişləməyib, bəyan edim ki, mən bu məsələyə tam bitərəf mövqedən yanaşacağam. Amma, “bitərəf” o demək deyil ki, öz doğru bildiyim məqamları müdafiə etməyəcəm. Bəs, Heydər Əliyevin də tərtibçilərindən olduğu konstitusiyadakı hüquqlarım nə olsun!?
Xülasə, hər hansı bir dövlət xadimin hər hansı bir dövlətin tarixində rolu nə qədər mühüm olur olsun, bu heç kimə haq qazandırmır ki, o xalqın, dövlətin tarixində öz izini buraxmış şəxslərin adı unutdurulsun və müvafiq şəxsin adı digərlərindən yüksəyə qaldırılsın. Bəli, bəli, heç kimə! Nə Heydər Əliyev və İlham Əliyev pərəstişkarlarına… Nə də onların özlərinə bu izin veriləməz!
Axı, belə ayrı-seçkilikdən millətə, dövlətə nə xeyir gələcək? Və ya o hakimiyyətə ki, tarixi şəxsiyyətlərin xatirəsinə laqeyd yanaşmaqla, ümummili dəyərlərimizi çevirir müxalifət dəyərlərinə… Nəticədə nə olur? Ədalət və tarix tərəfdarları o hakimiyyətdən üz döndərir. Bu cür hallar isə, əbədilik arzulayan bir hakimiyyət üçün mədəni intihardan başqa bir şey deyil.
Mən hakim deyiləm, tarixçi də… Və kimin rolu böyük, kimin yolu qutsaldır deyə bir hökm verəcək elm və bilgiyə də sahib deyiləm. Bildiyim tək doğru var, Azərbaycan cəmiyyəti şəxsiyyətə pərəstiş çərçivəsində bütpərəstliyə, cahilliyə, qısacası, məhvə doğru sürüklənir.
İstər iqtidar, istərsə də müxalifət cəbhəsində eyni şey baş verir. Ömrünü sürüb getmiş insanların adları qarşı-qarşıya qoyulur və çox axmaq bir mənzərə yaranır. Görəsən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları (Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digərləri)bu günkü Azərbaycan dövləti tərəfindən layiqincə dəyərləndirilmək naminə, daha hansı çətinlik və məhrumiyyətlərə tab gətirməliydilər? Bütün qanlar boşunamı töküldü!?
Nə üçün, Cümhurriyət dövründən Qarabağ müharibəsinə qədər, Vətən uğrunda canından-rahatlığından keçən bir çox insanın adı hələ də əbədiləşdirilməyərək və ya ədalətli şəkildə dəyərləndirilməyərək qalır? Xalqın faciəli və şərəfli tarixi unutdurulur? Nə üçün işğalçı ingilislərin abidəsi qədər hörməti olmadı bizim fədailərimizin!? Nə üçün, müasir tariximizdən bir çox Qarabağ şəhidimizin və 30 Aprel qurbanlarının xatirəsi əbədiləşdirilmir!?
Bütün bunlardan sonra isə, nə haqla indiki Azərbaycan Respublikasının ADR varisi olduğu iddiası ilə çıxış edə bilərik!? Absurd deyilmi!?
Və nə üçün yalnız iki yolun ayrıcında? Ortaq bir yol olmayacaqmı? Ümummilli tərəqqi yolu. Bütsüz, lütsüz, rüşvətsiz, intiharsız bir cəmiyyətin idealı ilə oluşan bir yol! Şəxslər yox, ideanın yaratdığı bir yol! Yəni, beləmi utopik oldu mənim “ortaq məxrəc”im!? Bilmirəm… Qoy bu sualların cavabını və ya davamını istər iqtidarda, istər müxalifətdə, istərsə də, ümumən cəmiyyətimizdə olan sağlamfikirli şəxlər gətirsinlər. Mənim üçün yox, özləri və çevrələrindəki insanlar üçün!
Hər nə olur olsun, tarixi silmək olmaz! Bu bizim tariximizdir. Pis-yaxşı, bizimdir! Yaxşıdırsa yada salaq öyünək və davam edək. Pisdirsə, yada salaq, öyrənək və bərpa edək. Amma, hər şeydən əvvəl, yada salaq! Daha dəqiq desəm, yadda saxlayaq! Hər zaman, hər an!
Cümhuriyyət gününüz mübarək, əzizlərim! İstiqlalınız əbədi olsun!
Rüfət Əhmədzadə
Güzel bir sözü sana aktarmak istiyorum.Sahipsiz vatanın batması haktır,Sen sahip çıkarsan bu Vatan batmayacaktır.İyide olsa kötüde olsa bu vatan bizim.Vatanımızın her bir karışına sahip çıkmamız gerekir.Bir millete geçmişini unutturmak onu yok etmenin ilk şartıdır.Geçmişte Atalarımızın yaptıklarını unutmamalıyız. Rüfet gardaşım,28.Mayıs Cumhuriyet gününüz kutlu olsun. TÜRK OLMAK GURURDUR,UĞRUNA ÖLMEK ONURDUR.
tesekkurler. Neclan hanim blogumu izlediyinizden gurur duydum.
Quranda bele bir sure var:”Eger men haqq yoldan chixsam bunun zereri ancaq mene deyer.Yox,eger dogru yolla getsem,bu da rebbimin vehyi sayesindedir.Heqiqeten o eshidendir,dua eden bendelerine yaxindir”.
En agir bir sheraitde musteqil dovletimizi quranlara qarshi bugunku munasibeti en boyuk haqsizliq kimi qiymetlendirirem.Bu haqsizliga imza atanlar Quranda deyildiyi kimi mutleq gec tez zerere ugrayacaqlar.O zaman talelerinden shikayetlenmeye haqlari bele olmayacaq.
Cox sag ol, Vicay. Allah sene muqeddes ehkamlardan kenar bir heyat gostermesin!
Minnətdaram Rüfət bəy ! Heyif ki,Azərbaycan gəncləri manqurtdan da betər olublar.SOS siqnalının əsil vaxtıdır Azərbaycanda
bunu derk eden gencler ozu herekete kecmelidir. men d esene minnetdaram qardashim!
Privetik men senin bloguna baxdim en xoshuma gelen naschet yolayrici aliyeva i kto bil tam ne pomnyu nu za takie slova mogut zareshotku zapexnut eto ochen smelo applodismenti
Resulzade nado prosto smotret na verx)) spasibo. men ele bri shey yazmamisham ki ona gore tutmaga esas olsun.
A gde komment na Angliyskom? ya ee neviju
ya udalil)) spam ili koi cto..
cox yaxsi 1 yazi
minnetdaram