Əsas səhifə » Poeziya » Az qalıb

Az qalıb

(mənsur şeir)

…Az qalıb! Lap azca! Uçacam burdan! Bir yolluq qaçacam tənhalığımdan! Sənli bu ölkədə sənsiz yaşamaq, çox ağır əzabdır, zülmdür yaman!! Ondansa, rədd olum Azərbaycandan! Bir yolluq, “geriyə yol yoxdur” deyib! Bəlkə uzaqlarda tapdım hüzuru!? Bəlkə, uzaqlarda tapdım mən onu!? Səndən fərqli, mənim saf hisslərimin qədrini biləcək birini tapdım!? Elə orda qaldım, onun yanından bir an ayrılmadan sevgini daddım!? Bəlkə də… Tanrı məndən üzün çevirməyibsə!… Amma, inanmıram! Mən Rüfətəmsə…

….Az qalıb! Lap azca! Bir neçə saat! Səhər təyyarəyə minib gedəcəm! İndisə, gecənin sənsizliyində, son dəfə səninlə söhbət edəcəm… Zəng edirəm, götürmürsən! Yalvarıram! Mesajlara cavab vermirsən! Hiss etmirsən, necə əzab çəkirəm! Anlamaq istəmirsən, gec olsa da, səhvimi dərk edirəm! Barışmaq yox, sadəcə, hallaşmaq istəyirəm, sadəcə üzr istəmək səndən! Mən səni sevirəm! Sən isə…. Mənə nifrət edirsən! Qarğayırsan məni! Sanki…sanki, aldadaraq atmışdım qəfil! Sanki, xəyanəti mən eləmişdim! Sanki, yalanları mən söyləmişdim! Amma, həmişə mən şans istəmişdim! İnanıb sevgimə, güvənməyinçün! De görüm, son eşqim, sən neyləmişdin!?….

…Az qalıb! Lap azca! Sənin qarğışınla gedəcəyəm mən! Anam su tökərkən mənim arxamca, içimdə “dönmərəm!” deyəcəyəm mən! Bir yolluq gedəcəm, “məmlükiyyət”dən! Qullar diyarından qurtulacağam! Qaçacam saxtakar sevgililərdən, mən əsl Leylimi axtaracağam!… Oradamı? Yəni, Avropadamı!? Özümü də gülmək tutur bu anda!… Melanxoliyadan qurtulammadım! Hələ də, özümü toplayammadım! “Bəlkə, mühitimi dəyişməyimdən, bir fayda toxunar” düşünür anam! Görür ki, burada çox qalammıram! Səni sənə yaxın unudammıram! Çıxış yolu məni sürgün etməkdir! Bir sürəliyinə, hava dəyişim! Bəlkə, tamam fərqli geri qayıtdım!? Heyhat! Bu ürək ki, məndə var, eşqim, çətin bundan sonra mən başqalaşım! Əksinə daha çox darıxacağam! Daha çox çəkəcəm əzab uzaqda!… Sənə də bu lazım, cəza verirsən! Lap yaxşı! Mən sənə kömək edərəm! Amma, bu daha çox sənə cəzadır! Heyf ki, sən bunu hiss eləmirsən!…

…Az qalıb! Lap azca! on dəqiqəyə, təyyarə qopacaq Türk torpağından! O an, sən də rahat nəfəs alarsan! “Qurtuldum!” deyərək, xoşhallanarsan! Və o an, mənə yox, elə özünə qəsd elədiyini, heyf, anlamazsan!… Səni çox üzmüşəm, günahım çoxdur! Amma, bilirsən ki, istəməmişəm! Tək istəyim məni əfv etməyindi, unudub dünəni sabah xətrinə, mənə lazımınca güvənməyindi! Bəs sən nə etdin, bu istəyimlə? Bir anda xətt çəkdin hər şeyin üstə! Eybi yox, təki, sən səmimi istə! Peşmanlıq olmadan, əbədi istə! Sənin arzunu mən çin edərəm, bil! Bir yolluq ömründən çəkilərəm, gül! Amma onu bil ki, cəld tərpənərək, ayrılmaq niyyətin, məntiqli deyil! Mən ayrılmaqçun yox, qovuşmaq üçün, qayıdıb səninlə ev qurmaq üçün…. getmək qərarına gəlmişdim o vaxt! Düşünmürdüm sənsiz gələcək həyat!…

… Səkkiz aydan sonra barışdığmız, o fevral gününü xatırlayıram. Həmin gün, sevincək yatdığım gecə, kefimi pozan bir yuxu görmüşdüm – o gündən düz beş ay sonrakı günü! Qovrulsa da qəlbim, üzüm gülürdü! Ört-basdır edirdim, səndən bu közü! Hər sağollaşanda başım dönürdü, “sonuncu” sanırdım hər görüşümüzü! Qorxurdum, çin olar o mənhus yuxum! Qorxurdum, itirəm mən səni, Ruhum! Bax, o qorxuyla mən yatdım hər gecə! Özüm də bilmədən dəlirdim necə! Amma, “qorxan gözə çöp düşər” derlər. Elə qorxumdan da, itirdim səni! Bəxtsiz yaradıbmış Allahım məni! Bəxtim olsaydı, heç görüşərdikmi!?…

…İndi, çıxıb gedim, sən isə, sevin! Qoy, bu gün çin olsun arzu-diləyin! Ancaq, unutma ki, son eşqim mənim, sənin də kədərli gecən olacaq! Sənin də gözlərin dərddən dolacaq! Təkəbbürə səhvən “qürur” deyərək, yaşaman özünə cəzan olacaq! Mən sənə nə qədər arzulasam da, sevgi səndən daim uzaq qalacaq!… Amma, çox istərəm, qoy məndən alıb, Tanrı sənə versin eşq, qucaq-qucaq! O qədər aşiqin olsun ki sənin, seçə bilməyəsən, hansı qoçaqla qalaya bilərsən sıcaq bir ocaq! Başqa nə arzular edim mən sənə? Sonsuz və hesabsız sevgi görəsən! Bir də, heç vaxt məni düşünməyəsən! Başın qarışsın hey macəralara! Sən ki, sevgimizə “macəra” dedin… Qoy, macəraların heç vaxt bitməsin! Mənsiz ömür rəngli, maraqlı keçsin!…

…Ya da, qoy, həyatın indiki kimi, məqsədsiz-qayəsiz davam eləsin! Sən ki, fəxr edirdin bu cəhətinlə, onda, mən tək səni “atıb” getməsin! Qarğış eləmirəm! Sadəcə, sənə, sənə xoş olanı arzu edirəm! Səni hiss edirəm, səni sevirəm! Elə sevdiyimçün, çıxıb gedirəm! Əlvida! Artıq, göydəyəm!…

Rüfət Əhmədzadə

4 Avqust, 2009-cu il

Masazır – Binə

Advertisements

Az qalıb” üçün 6 cavab

  1. ehhh.. eladir, cox eladir… ellerinize, ureyinize sagliq…
    seni bir omurluk sevmek gerekse
    butun ruhum ile severem, inan..
    olduren, inamsiz baxiwin mene
    omurluk iztirab, ezabdir inan…
    menasiz- feride

  2. Soz tapmiram vesf etmeye seirdeki gozelliyi, inceliyi,
    duygudaki o mukemmel derinliyi.
    Bele derin hissiyatla yazdirmagi
    men herden cox sevdiri hesretliyi.. NURAY NUR
    ellerin var olsun Rufet

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma