Qızıl kimi qız

(hekayə)

Qarşımda oturub. Başını anasının çiyninə söykəyib, avtobusdakı əmiləri-xalaları seyr edir. Ayaqda duranları, yerində batanları, sürücünün və yolun babat olmasından sui-istifadə edib yolüstü yatanları… Mənsə onu seyr edirəm. Ancaq onu!

Zilləmişəm gözlərimi ona. Sanki, çoxdan aradığım-tapmadım bir sərvəti kəşf etmişəm – heç ağlıma gəlməyən bir məkanda.

İlahi, necə də suyuşirindir bu qız! Gözəl və səliqəli. Beş yaşı olar. Çox yox. Mələk kimidir. Qırmızı və toppuş yanaqlarının yaraşıq qatdığı bənizindən nur yağır. Badamı, işıl-işıl parıldayan qəhvəyi gözləri var.

Qıvrım, kürən saçları alnına tökülüblər. Tez-tez mane olurlar ona. Maraqlı seyrinə imkan vermirlər qızın. O isə, əsəbləşir, “uff!” deyərək totuq əlləri ilə saçlarını gözlərindən kənar edir…

Üzünün ifadəsi və tez-tez yerində qurcalanmağından, şıltaq olduğu da hiss olunur. Amma, sükut içindədir. Bir çox şıltaq uşaq kimi anasını söhbətə tutaraq başqalarına da baş ağrı vermir. Deyəsən, “məclis” tutub onu, bu səbəbdən, sakitcə müşahidəyə çəkilib. Elə bil, az-az minir avtobusa.

Budur, mənə baxır. Ay Allah! Necə də xoş təbəssümü var onun! Kaş ki, mənim də belə qızım olaydı. Totuq-motuq, şirin-şıltaq bir balam!

Amma, çox ehtimal ki, hazırkı durumumla, mən belə övlad saxlaya bilmərəm. Çox gözəl və bahalı paltarı var. Qızıl sırğaları, qızıl boyunbağısı, qızıl qolbağı… Əsl kübar bir xanım kimi bəzənib-düzənibdir. Yanında oturmuş, qır-qızıl və ənnik-kirşan içində boğulan anasının, daha doğrusu, imkanlı atasının səyidir. Amma, atası yoxdur onlarla. Anası və özü…

…Yəqin ki, qəsəbənin o başındakı yeni salınan məhəllələrdən birində yaşayırlar. Və yəqin ki, gedəcəkləri yer də çox uzaq deyil. Elə buna görə də, şəxsi avtomobil və ya taksi ilə deyil, avtobusla gedirlər. Əminəm ki, belə varlı ailənin mütləq bir maşınlı başçısı olmalıdır. Uşağın simasından da sezilir, ictimai nəqliyyata çox öyrəşdirməyiblər.

Qəribədir! Mən gözlərimi bu balaca qıza zillədiyim zaman, sağımda-solumda oturan oğlanlar onun anasını “yeyirlər” baxışlarla. Amma, mən heç süzmürəm onu. Mənə maraqlı deyil. Bir-iki dəfə baxdım, elə bəsimdir. Daha istəmirəm! Çünki, bu qadından zəhləm gedir.

Amma, yox! Bir də baxıram ona. Diqqətlə, yuxarıdan aşağı… O da baxır mənə. Toqquşur nəzərlərimiz… Və mən onun gözlərində axtarıb tapmaq istəyirəm – məni çoxdan narahat edən bir sualın cavabını:

Görəsən, o məni niyə atdı?

Və ikinci bir sual da doğulur: Üstündəki qızıllara görəmi, ya yanındakı qızıl kimi qıza görə?

Eh! Hər halda, mən ona indi olanlarının çoxunu verə bilməyəcəkdim. Bəlkə də, heç birini! Yəqin, ona görə…

… Sürücü maşını bir küçənin ağzında saxladı. Ana-bala düşdülər. Və uzaqlaşdılar. Avtobus da yoluna davam edir.

Bir azdan, qəsəbədən çıxaraq, paytaxt yolunun yolçusu olacağıq. İtəcəyik fərqli duyğuları olan fərqli insanlarla dolu fərqli maşınlar arasında – Bakıya girəcəyik. Bu şəhərdə hər şey fərqli olsa da, çox .şey də eyni görünür – bu gündən dünənə müqayisədə…

… Artıq, hərənin başı bir şeyə qarışıb ətrafımda. Kimi söhbət edir, kimi avtobusun böyründən şütüyən xarici maşınları və onların içində bəxtəvər adamları seyr edir, kimi telefonunu nümayişkəranə şəkildə tez-tez cibinə salıb-çıxardır və sözlü baxışları ilə aralıda oturan tələbə qızlara “blutuz”laşmaq istəyini bildirir…

Mən isə, əlimi cibimə atıb, barmaqlarımın arasında, qəpiklərimi sayıram. Və düşünürəm: “Heç olmasa, bu gün bir iş tapa biləcəyəmmi?”

Rüfət Əhmədzadə

Bu hekayəni oxucularım tənqid və təklifləri əsasında yenidən işləyərək 29.06.2010 tarixində, bloquma yenidən yerləşdirmişəm.

Advertisements

Qızıl kimi qız” üçün 27 cavab

  1. lap kovreldim….(((((((((
    hayat davam edir ..her gun gun batir … ve guneshle yeni sabah acilir…belke de bir axsham itirdiyin gunu acilan yeni sabahda tapdin…..
    ve o gun senin hayatinda omurluk sabah olacaq…))))))))

  2. Çox sağ olun Mahir bəy, Şahin bəy, Lalə xanım, Rəksanə xanım… Və bütün oxucular. Hətta, bəyənməyənlərə də, dərin minnətdarlığımı bildirirəm ki, zəhmət çəkib bloquma daxil olublar. Haqqınızı halal edin, lütfən.

  3. Deyirler insan taleyi evvelceden yazilib.Amma bezen insanin sechmek shansi olur.Bax o qadin da o zaman bu shansindan istifade edib.Qizillarin,qolbaqlarin,bahali paltarlarin fonunda gozel temin olunmush heyati sechib.Bu qeder besit…
    Amma atilanlar,terk edilenler uchun de besit oldugu qeder facieli…

  4. Bu gorush magazada, ya bir bashqa mekanda olsa idi daha gozlenilmez olardi. Bu imkanin sahibinin umumi neqliyyatdan istifadesi bir az inandirici deyil. Fikirler sentementalliga aparsa da realligin tentenesi ile bitir. Ugurlar

  5. duzdur, nadir sayila biler bele rastlashma… Amma, inandiriram sizi ki, real bir insan heyatindan goturulmush sujetdir. Menden 3 yash boyuk bir dostumun teessuratlarini qələmə almışam. O avtobusda mən də olmuşam. Dostum danışıb, mənsə yazmışam. Masazırda hamı taksiylə gəzmir kənd içində))

  6. Ux ti klassniy blog poxoj na site i tvoi stixotvorenoe eto voobshe ulet i eshe slishkom qrustno tut maximum minor ti tak mojesh lyubuyu qlupinkuyu devushku vlubit v sebya ax ti shalunishka viju ix stolko u tebya tut navernoe xochesh im vskrujit qolavu svoey romantikoy a?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma