Əsas səhifə » Poeziya » Panteizm və Düşüncə haqqında (iki şer)

Panteizm və Düşüncə haqqında (iki şer)

1. Mən kiməm?

Mən həm adi,
həm də qeyri-adi
bir panteistəm.
Fikirlərim Allah kimi yayılır,
fikirlərdə Allah kimi birləşir!
Yaradanı kainatda dərk edib,
özümdə kəşf etmişəm.
Qüdrətliyəm necə də!
Və həm də, çox acizəm!

Mən sevdiyim Mənimlə,
hələ, qovuşammıram!
Mən qaçır, mən qovuram…
Məqama varammıram!
Halbuki, mən hamıdan,
ən yüksək məqamdayam!
Bir insanam,
insanlıqdan kənarda!
Tanrının qucağında!
Və bir Tanrı qucmuşam,
mən də öz sıcağımda!

————–

2. Düşün!

Düşüncə düşmənlərinə düşüncə pay məhəbbət,
Dilə-dişə düşdüklərin düşünəcəklər əlbət!

Bu səbəbdən, vüsal deyil, hicran düş edəcəklər,
Düşüncəli düşkünlərin döşün döşədəcəklər!

Gəl, çeşmi yox, düşüncəni geniş aç da, düşün sən,
Əndişədən, təşkil etdin bu gərdişi peşin sən!

Peşinə düşdüm, düşünüb “başa düşər xoşluğu”,
Sən düşmədin, mən düşmədim, düşdü bir düş boşluğu!

Rüfət Əhmədza

(aprel 2010-cu il)

Advertisements

Panteizm və Düşüncə haqqında (iki şer)” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma