Əsas səhifə » Proza » Qorxulu yuxu

Qorxulu yuxu

(hekayə)

Pəncərənin qarşısında durub o. Pərişandır. Saçları səliqəsiz halda üzünə dağılıb. Üzündə-boynunda qızartılar var. Havalanmış sima alıb. Gözləri bəbəklərində dayanmadan, əsəbi-əsəbi pəncərədən o yanı süzür. Uzaqları. Burada olan şeylərin olmadığı yerləri…

…Əllərini pəncərənin çərçivəsinə, alnını isə şüşəyə söykəyib. Dodaqları səssizcə, hirslə  tərpənir, nəsə pıçıldayır öz-özünə… Özü belə eşitməyəcək qədər. Arada durur pıçıltısı da. Udqunur. Gözlərini açıb-yumub, göz yaşlarını saxlamağa çalışır. Amma… Süzülürlər damcı-damcı yanaqları boyunca. Hönkür-hönkür ağlaya da bilmir o. Çünki, qəzəb kədərdən də pis bürüyüb vücudunu.

Çıxıb getmək istəyir. Sevgilisin yanına. Bir daha görməyəcəyi sevgilisinin. Bir daha ayrılmamaq üçün. Sarılmaq üçün ona. Əbədiyyən! Bütün olub keçənləri qorxulu bir yuxu kimi yada salmaq və udqunub an içində unutmaq… Sevdiyinin yanında! Onunla xoşbəxt olmaq istəyirdi. Artıq neçə il arzuladığı kimi… Şirin yuxularda olduğu kimi!

İlk sevgisiydi o. Hələ səkkizinci sinifdə yaranmışdı münasibətləri. Siniflərinə təzə gələn o oğlan, ilk baxışdaca girmişdi qəlbinə. Lakin, gizlətmişdi bir müddət hisslərini. Qarşılıq görənə kimi. Oğlan özü ona yaxınlaşıb sevgi etirafı edənə qədər. Utanmışdı, qızarmışdı… Əl-ayağı titrəmişdi həyəcandan qızcığazın! İlk dəfədən “yox” demişdi. Amma, oğlan israrlı çıxınca… O vaxtdan ayrılmamışdılar bir-birlərindən. Sanki, Tanrı onları elə bir-birləri üçün yaradıb imiş!

Az qalmışdı. Lap azca! Sevdiyi oğlan əsgərlikdən qayıdacaq… Və nişanlanacaqdılar! Anaları bilirdi bu sevgini. Qalmışdı ataları… Bir də ki, bəxt üzüyü. Vəssəlam! Çatacaqdılar sevdalarına, baş-başa qurduqları şirin-dadlı xəyalları gerçək edəcəkdilər. Amma…

… Heç gözlənilmədən oldu bu. Hələ də dəhşətindən qurtula bilmədiyi “qorxulu yuxu”! Alt-üst etdi bütün xəyallarını. Həyatını tamamən dəyişdirdi! Lənət şeytana! Yox, insanlara! O insanlara ki, başqalarının sevgisinə həsəd apararlar, əllərindən almağa çalışarlar… Min lənət! Axı, hardan çıxdı qarşısına o maşın!? Axı, necə peyda oldu o əclaflar!?…

… Dayana bilmədi. Hönkür-hönkür ağlamağa başladı. Kədər qəzəbə üstün gəlmişdi. Pəncərənin önündən çəkilib, dağınıq çarpayıya tərəf döndü. Qanına bulaşmış döşəkağıya baxdı. Baxdıqca da, qəhər boğdu onu. Sərsəri bir hayqırtı keçdi könlündən. Əllərini üzünə tutub, “ola bilməz, heç vaxt ola bilməz! Kaş bu yuxu olaydı! Qorxulu yuxu!” deyə ağlamağa başladı.

Durdu birdən. Üzünü əllərinin arasından qaldırıb, bir də baxdı çarpayıya. Sonra isə özünü süzdü. Bədənindəki qızartıları süzdükcə daha da əsəbi hala düşdü. Dəli kimi, üzünü cırmaqlamağa çalışırkən… Biləklərindən kobud əllər yapışdı.

–          Yetər özünə əzab verdin! Bəsdir! Özünə gəl! Anlamağa çalış ki, geriyə yol yoxdur. Mən səni qaçırtdımsa, demək, bundan sonrakı həyatın mənimlə keçməlidir. Başa düşürsən!?

Zavallı qız isə başa düşmdürdü… Ya da, başa düşmək istəmirdi. Onu qaçırdan zəhləsi getmişin əllərindən qopmaq üçün, çabalamağa başladı. Heç olmasa, bir əlini azad edib, ona yaxşıca ilişdirmək… Qəfil dəyən sillədən bayılaraq çarpayıya yıxıldı.

Amma, ayılacaqdı. Tale ilə barışıb, yeni həyatına başlamaq üçün.

Rüfət Əhmədzadə

Advertisements

Qorxulu yuxu” üçün 20 cavab

  1. əlaa Rüfət yeni dizayn mübarəkdi)Və yazına əsasən deyə bilərəmki bu mövzuya oxşar mən Varisin Bir Ovuç Torpaq kitabını oxumuşam.Bəlkədə səndə oxumusan..Amma tanımırsansa o kitabı məsləhət göürürəm..

  2. Bezen tale ile barishmadan da yeniden bashlamaq olur.Amma bu zaman insanin soyuq qelbini yalniz bir arzu qizdirir:Qisas.Ona pislik eden insanlardan qisas almaq.Ve bununla da dolayisi ile taleyinden qisas almaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma