Əsas səhifə » Esselər(içsəslər) » Publisistin bubliki

Publisistin bubliki

(esse)

Publisistika mövzusunda, çox peşəkar yazarla söhbət etdim. Və hamısından da təxminən eyni fikirlər eşitdim. Onların fərdi lirika üzərində başlayan fəaliyyəti publikanın istehlak prosesində “deformasiya” olub. Maraqlı və təzadlı bir məqam var. Publisist öz fikirlərini yazır. Amma, o fikirləri ki, oxucu oxumaq istəyir. Və təkrarən düşünmək. Bəli, bəli, düşünmək! Daha, dəqiq ifadə etsək, publisist oxucu fikirlərini məcmu hala salır, ona öz fikirlərini toplamağa və təsəvvürünü aydınlatmağa kömək edir. Şüuraltına yol tapır. Təbii ki, yaxşı publisist. Yaxşı publisist isə, yaxşı bir filosof kimidir: KİMLƏRİSƏ ÖYRƏTMƏK ÜÇÜN YOX, NƏLƏRİSƏ XATIRLATMAQ NAMİNƏ YAZIR.

Publisist publikaya xidmət edir. Elə, “publisist” sözü də belə məna kəsb  edir.Demək ki, ortada bir vəhdət var: yazan-oxuyan vəhdəti. Yazan oxuyana təsir də edə bilir. Onu tərbiyələndirə də, poza da bilər. Təbii ki, zamanla. Amma, baxır necə. Məsələn, əgər, “anonizm” və yalnız “tabu yıxmaq” prinsipi ilə yazarlığa başladınsa, demək ki, sənin “ətrafına yığışan” oxucuların da öz tayın olacaq.  Sən sadəcə onlara özlərini tanıtdırıb bir oxucu kütləsi şəklində təşkilatlanmağa kömək edərsən. Zamanla da istiqamətləndirmiş olarsan.

Və yaxud, ictimai fikir səviyyəsi tam formalaşmamış  gəncləri bir neçə “tikançıxaran” yazı ilə oxucuna çevirib, axırda “xoşbəxt” edərsən. Necə ki, bunu bu gün edənlər var. Necə ki, Azərbaycan cəmiyyətində yarımçıq fikirli insanlar var. Özü də çox! Hər cəhətdən, hər baxımdan. Və istənilən ideoloji xətt tutmaqla istiqaməti yönəltmək olur. Yəqin buna görə də, qabağa çıxa(rıla)n  yazarlar, musiqiçilər, repçilər özlərinə külli miqdarda oxucu-dinləyici yığır… Nəticə isə, günü-gündən daha ürəkağrıdan olur. Bu altmövzu, yəni “ideoloq” repçilər barəsində, yaxınlarda bir yazımı oxuya bilərsiniz.

Amma, publisistlər də var ki, həqiqəti sevirlər. Çünki, həqiqəti görürlər. Çünki, bilirlər ki, publisistin individual perspektivləri naminə publikanı qurban vermək olmaz. Amma, sonda… Elə, individual olaraq da qalırlar. Yəni, onlar az oxunur, daha doğrusu, az oxudulurlar. Çünki, onların oxunulma perspektivləri yuxarıda qeyd etdiyim təbəqənin kurasiyası altındadır. Bəhanə isə, təbii ki, oxucu tələbatıdır. Aktuallıq, qalmaqal, sensassiya, bostandaşlama… Lakin, get-gedə çürüməkdə olan sosial-mənəvi keyfiyyətlərin necə aktual məna kəsb etdiyini… Sanki, heç kim düşünmək belə istəmir! Düşünsələr də belə, xatırlamaq, müzakirə etmək, çxış yolu tapmaq… Bu arada, Molla İbrahimxəlilin bir ifadəsi yadıma düşdü: “Sizə deməmişdim ki, meymunu yadınıza salmayın?”

Bax belə! Nə qədər kobud çıxsa da, burada “meymunu” yerinə “özünüzü” deməyi uyğun görürəm. Çünki, cəmiyyət özünü düşünmək istəmir. O cəmiyyət ki, yalnız özünü düşünən insanlar üstünlük təşkil edir (bunun heç liberallığa da dəxli yoxdur). Düşünmək bir şey deyil də… Mühüm olan, düşünməyin tərzidir. Bax, bu “tərz” məsələsi bir baş bəlası olub. Publika üçün də, publisistlər üçün də. Söhbət yaxşı publisistlərdən gedir. Mənim yaxşı saydıqlarımdan. Publikanın yaxşı yaşamasını, yaxşı düşünməsini istəyən və… “yaxşı düşünən” də demək istərdim. Amma, təəssüflər olsun ki, özgələrinin halına yananlar heç zaman yaxşı şeylər haqqında düşünə bilməz. Heç yaxşı dolana da bilməz. Heç arzulamaz da!

Publisistə  bir “bublik” də kifayət edər. Ən azından, növbəti yazısına güc tapmaq üçün.

Rüfət Əhmədzadə

Advertisements

Publisistin bubliki” üçün 15 cavab

  1. PUBLISISTIKA CƏMİYYƏTİ MƏLUMATLANDİRMAQ, MAARİFLƏNDİRMƏK VƏ ƏYLƏNDİRMƏK UCUN UZƏRİNƏ BİR YUK GOTURUB. SİZİN QEYD ETDİYİNİZ KİMİ BU PRİNSİP TƏKCƏ XATİRLATMAQLA BİTMİR

  2. Axır ki, oxudum )) yaxşıdı, mənalıdı amma bir az uzundu….mence sen çalış fikrivi yığcam ifa etməyi də sına ))) bir neçə orfoqrfaik səhvləri hesaba almasaq yaxşıdı ))

  3. Fikrimce, publisist xatirlatmaqla yanashi arasdirmachi tebietinden ireli gelerek cixis yolu ve meslehetler de demelidi. Cunki dusunduyunu yazmaq asandi, esas dusunduyunden sonraki merheledi. “yazdim, qutardi” yox, “yazdim, daha ne eliyim?”e de fikir vermey lazimdi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma