Başqa cür

Hər şey tamam başqa cür olub indi,

Daha arzu-xəyal qura bilmirəm.

Bilirəm ki, hər uçuşum enişdir,

Əvvəlki tək, altımda deyil aləm.

Hər şey tamam başqa cür olub indi,

Od qalayıb, seyrə dala bilmirəm.

Odun oldum, daldım qalanmağıma,

Qızıl tək qalanıb qala bilmirəm!

Hər şey tamam başqa cür olub indi,

Daha gülüşdə sevda sezəmmirəm.

Əvvəl eşq üçün savaşa gedərdim,

İndi, məğlub dərviş tək gəzəmmirəm!

Hər şey tamam başqa cür olub indi,

İgidlər də görünmür at belində,

Salıblar indi quyruğa ərləri,

Yem edirlər quzğuna qurd elində!

Hər şey tamam başqa cür olub indi,

Artıq eyni şeyi fərqli görürəm.

Yəqin ki, əvvəl baxıb reallığa,

Bir ideallıq axtarırdım hər dəm.

Niyə hər şey başqa cür olub indi!?

Kimsə harada nəsə yanlış edibmiş!?

Biz ki, hər zaman irəli gedirdik,

İlhamla ilğıma doğru… Beləymiş!

Rüfət Əhmədzadə

Advertisements

Başqa cür” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma