Əsas səhifə » Poeziya » Mən bu şeri ağladım

Mən bu şeri ağladım

Mən bu şeri ağladım

Sən məni çağırmadın,

Mən səni haylamadım.

Sən getdin öz yoluna,

Mənsə, davam elədim…

Getməyimi bilmirəm,

Addım səslərim gəlir qulağıma…

Amma, sağda və solda,

Eyni şeylər görürəm.

İrəli də dumanlıq,

Ilğımlardır sadəcə!

Aldadacaqlar yenə,

Əvvəl olduğu kimi…

Hər kəşfim eyni növdə,

Yenilik hiss etmirəm.

Çox ehtimal, yerimdə

Boş-boş ayaq ölçürəm…

…Sən kədərlə dolmadın,

Mən qəhər boşaltmadım.

Sadəcə, ürəyimdə saxladım qübarımı…

Özümü sındırmadım,

Dözüm sındırdı məni.

Nə edim ki, yazarkən,

Heç gizlədə bilmədim,

Ağı duyğularımı…

Mən təbəssümlə gəzdim,

Mən qürur ilə yazdım…

Amma ki, bir də baxdım,

Hərflərim ağlayır,

Yazılarım sızlayır

– Yəqin, mənim yerimə…

…Heç nə demə,

Cavab yazma!

Bu sənə məktub deyil.

Sənə mesaj atmıram,

Mən məqsədlə yazmıram

– Necə ki, sən yaşadın

Məqsədsizcə sevgini!

(və ya yaşayammadın)

Mən sadəcə bilirəm,

Ruha zövq verən sözlər,

Kiminsə göz yaşıdır.

Bir oxucu diqqəti

Yazarın eşq payıdır,

Bir nakamın kamıdır..

..Tanrı qələm əhlinə

Yaşamaq üçün deyil,

Yazmaqçun sevgi verdi.

Elə bir vergi verdi,

Bir otağa qapanmış

Tənha yazarın səsi

Yollar ölçdü min addım.

Mən də yorulduğumdan,

Yoldan ayrıldığımdan,

Qələmimə sarıldım.

Və başladım yazmağa…

Doğdum dərvişlərimi,

Öz kişi bətnim ilə!

Yəqin ki, onlardan,

Bircəsi sizə gələr…

Bəlkə, mənim yerimə,

Səni qaytara bilər…

Mənim yanıma deyil,

Mənim sevgi dünyama!

Advertisements

Mən bu şeri ağladım” üçün 16 cavab

  1. Doqrudanda oxuyub aqladim.Bu gun kecirdiyim hisslerle tam ust-uste dushdu bu sheriniz.bu gun inandiqim ve deyer verdiyim 1 dostumdan-sirdashimdan ayrildim.MEN TEBESSUM ILE GEZDIM,MEN QURUR ILE YAZDIM.AMMA KI BIR DE BAXDIM HERFLERIM AQLAYIR ………YEGIN MENIM YERIME.SIZE SONSUZ TESHEKKURLER!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma