Əsas səhifə » Esselər(içsəslər) » 2010 şərəfinə

2010 şərəfinə

(bədii-publisistik yazı)

Bu dünyanın içində, onun da özünün bir dünyası var idi. Çoxlarının olduğu kimi. Lakin, onun dünyası başqa dünyalara qətiyyən bənzəməzdi. Saf idi, pak idi, əziz idi… Onun üçün! O gəzərdi, süzərdi, üzərdi… Öz dünyasında. Kefi istəyən kimi!

Azad idi, ağa idi özü öz həyatına. Onun ailəsi vardı, sevdiyi, əzizləri… Və bol-bol arzuları! Çin edəcəkdi hər arzu-xəyalını. Çünki, onun qarşısında sonsuz dünyası vardı. Nə ucu, nə bucağı… Hər şey bəxş etmişdi Yaradan ona – məsud yaşamaq üçün!

Çox sevirdi özünün dünyasını. Çünki, ləzzət alırdı. Çünki, nəfəs alırdı… Yalnız o dünya ilə!

Onun üçün reallıq da bir ideallıq idi. O zamana qədər ki… Dünya düşmənləri qənim kəsildi onun da dünyasına. Özgə dünyalara olduğu kimi.

Hər şey tam yaxşı ikən, mənfur tiplər göründü gəmilərdə. İşğal etdilər onun məhəbbət dünyasını. Qaranlığa çevirdilər adil aydınlığını. Başının üstündən mərmilərin vıyıltıyla şütüdüyünü gördü. Dünyasını bulandırdı savaşlar.

Çirkin ruhlu insanlar ətrafı da çirkin görməyi sevər. Onların təbiəti belədir. Təbiətin verdiyi hədiyyədən təbiətin özünə bəla qurar. Nankordur, naşükürdür… Çirkaba vurğundur o – Gözəllik naminə xəlq olan insan!

Mənim qəhrəmanımın gözəllik dünyası da üfunətli çirkaba büründü. Lap insan ruhu kimi! Dəhşət içində seyr edirdi bütün olanları yazıq. Heç nə anlaya bilmirdi bütün olanlardan. Ona görə yox ki, onun əqli-şüuru inkişaf etməmişdi. Sadəcə, anlamırdı – Axı, səbəb nə idi? Mehriban, sülh içində yaşamaq olmazdımı? Ləkəsiz bir gələcəyin naminə…

… Onlar sülhdən dəm vurdular. Ədalət və məhəbbət nağılları uydurdular. Çox arzular oyatdılar. Elə özləri də boğub öldürdülər  bütün saf arzuları! Artıq, arzu qurmaq da, sülhdən-ədalətdən danışmaq da inhisara alınıb. Hətta, haqsızlığı tənqid etmək belə!

Az qalıb, onu da boğub öldürürlər. Bütün əzizləri kimi. Çirkaba bürünmüş bir dünyada. Amma, qatilləri hələ dərk eləmirlər. Onlar öz övladlarına çirkab miras qoyurlar. Görünür ki, başqalarını bədbəxt edənlərin özləri elə ən bədbəxt bəndələrdir. Yazıqlar olsun!

O daha düşünə bilmir. Daha nəfəs ala bilmədiyi kimi. Amma, təslim olmaq da istəmir. Çabalayır, çırpınır, müqavimət göstərir… Gözləri bərəlir. “Ölüm” adlı həqiqətin təmtəraqlı gəlişinə baxarkən…

…Və budur, boğuldu o. Zavallı balıq öldü. Birdən, ən sonuncu balıq olardı… Yəqin ki, ondan sonra, bəşəriyyət anlardı özünə etdiyini…

…Qəribədir, deyilmi? Balıq suda boğuldu! İnsanların “aydınlıq” deyə-deyə çirkləndiryi suda.

Və çirkab içində çabalayan dənizin dalğaları onun cəsədini ləpədöyənə atdı. Düz mənim qarşıma, ayaqlarımın arasına peşkəş kimi sərdi ölü balığı.

Mən isə, onu ləpədöyəndən bir az aralıda dəfn etdim. Yerpulu üzündən, məzarlığa aparmadım onu. Sanballı bir başdaşı qoymağa da pulum çatmadı əfsus. Kiçik bir taxta lövhənin üzərinə onun portretini cızıb batırdım məzarının üstündə.

Mərhumun məzarını ziyarət etmək istəyənlər Corat çimərliyinə gedə bilərlər.

Rüfət Əhmədzadə

Advertisements

2010 şərəfinə” üçün 2 cavab

    • çox sağ ol, bəy! belə deyək də, məndən kimsə hansı cərəyana aid olduğumu soruşanda, deyirəm ki romantik realistəm. mən reallığı dərk edirəm, amma, öz romantikamda bu reallığı başqa cür görmək istəyirəm. Və bədii şəkildə mübarizə aparıram. amma, bilmirəm necə alınır. Burda yalnız ekologiya davsı deyil. siyasətdən də vurmuşam azca. Ümimiyyətlə, bu novella tipli yazıdır. Sürrealizm isə… nə bilim vallah!))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma