Yazarın son arzusu

(mənsur şer)

Yadındamı? Deyirdim ki, dözmərəm həsrətinə. Ölərəm səndən ayrı, şam kimi əriyərək. Sən inanmırdın mənə. Amma, fikir versənə! Ayrıldığımız gündən, yandırdığın gecədən, yazarlığa keçmişəm. Yandıqca da yazıram, yazdıqca da yanıram! Əriyirəm beləcə.

Amma, peşman deyiləm! Nə səni sevdiyimə, nə də dərd çəkməyimə… Çünki, yoxdu pis niyyətim, sənə yaxınlaşan vaxt (İnsan pis əməlindən peşmanlıq çəkər axı). İndinin özündə də! İndinin özündə də, fərəh var ürəyimdə. Ümid edirəm hələ, bəlkə mənə yoxsa da, sənə bir xeyri dəyər verdiyin bu qərarın…

…Gördüyün kimi gülüm, dözmədim həsrətinə! Başladım yazarlığa, ağladım hər sətirə. Nə sənə, nə özümə. Artıq, 11 aydır ki, yas tuturam sevgimə… Və bu an düşünürəm: “Bu dünyada nə qədər səmimi sevənlər var. Və nə qədər səhv edən! Heç olmasa, birinə xeyrim dəyə bilərmi?”

Və “bəli” deyib, daha qətiyyətlə yazıram. Amma, yox! Ağlamıram! Ağlatmaq arzum da yox. Aydınlıq aşiqiyəm! Təbəssüm istəyirəm, ona layiq hər üzdə!

Mən sadəcə canlandırıram belə, bütöv bəşəriyyətin bəlasını özümdə, yazdığım hər sözümdə… Şair belə olmalıdır axı, mənim əzizim, özünü tanımalı, özünü tanıtmalı… O öz sözlərində də, elə özgələrinə, özünü tanıtmalı! Bilməm mən şairəmmi? Və ya bir təqlidçiyəm? Onsuz, bu bilinəcək, o zaman ki öləcəm. Kədərli hər yad üzdə sezərsən bu cavabı. Vallah heç istəməzdim şair olub verməyi bircə yada azabı!

Bildiyin kimi, gülüm, dözmədim həsrətinə! Fikirlər dara çəkdi yuxusuz gecələrdə. Və edam edildi o – uğursuz tərcüməçi. Və qorxusuz bir yazar doğuldu bu dünyaya – həvəsin həvəskarı! Yazıb da təsvir etdi acı-müsibətini mərhum tərçüməçinin…

Məqsədi isə bəlli: Heç olmasa, daha az artsın sayı şairin!

Advertisements

Yazarın son arzusu” üçün 4 cavab

  1. Rufet muellim Size Allah ne qeder kovrek urek bexs etmisdir.Yazilarinizi oxuduqca qelbim kovrelir ve Size olan simpatiyam artir.Allah her zaman ureyinize gore versin.Cunki Sizin kimi genc kadrlar xalqa lazimdir.Bu gun kasib tebeqe Sizlerin sayesinde oz seslerini butun ictimaete duyurur.Sanki Allah Sizi kasib tebeqenin vetendaslarina xilasgar gonderib.Her bir vetendas etdiyiniz xeyirxah emelden danismaqla yanasi Size dualar edir.Onlarin Sizin ucun etdikleri dualar Allah dergahinda tez musteceb olacaqdir.Islerinizde ugurlar. 050-411-31-59 Peyman Sadiqov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma