Danimarkalı Lazım

(Polit-Blef)

Deyirlər ki, Azərbaycanda tamamilə sabitlik hökm sürür və elə bu səbədən də, cəmiyyətimiz durğun və yeniliklərə həsrət qalan bir siyasi həyat yaşayır. Və deyirlər ki… Yalan deyirlər! Axı, necə onlara inanmaq olar ki, əgər, bu hakimiyyət bizi davamlı olaraq sürprizlərlə heyrətləndirməyi bacarır!?

Ekologiya ilində ekoloji sürprizlər, demokratik seçki ilində seçkilərə demokratik maxinasaiya sürprizləri, aksiyalardan sonra turistik ekskursiyalar… Vallah-billah, belə maraqlı bir ölkə-dövlət dünyanın heç bir yanında-bucağında ola bilməz, əminəm!

Çoxdandır ki, siyasi məsələlər barədə çox yazmırdım. Hətta, siyasi aksiyada həbs olunub əcdadlarımı yada salmağa məhkum olanda belə bur barədə bircə kəlmə də olsun heç nə yazmadım. Eləcə, bədii-publisistik yazılarımla, bloquma qonaq olanların başını qatdım. Amma, artıq dayana bilmirəm. Çünki, 18 iyun tarixində (İnsan Hüquqları Günündə) Milli Məclisimizdə şərəf icra edən “Fatı” müəllimlər elə bir sürpriz göstərdi ki, ağzıaçıq-gözübərəli qalmamaq mümkün deyildi. Və bu barədə danışmamaq həmçinin!

Milli Məclisimizin əvəzedilmləz üzvləri daha da cəsarətə gələrək, həmişə olduğundan da qətiyyətli bir mövqe nümayiş etdirdilər həmin gün. Və həm də, iki əsas vacib amili sübut etmiş oldular. Birincisi, bir daha sübut etdilər ki, əslində Milli Məclis qanunverici yox, bir icraedici orqanın alt icraedici orqanıdır. İkincisi isə, özlərinin həlledici bir işə yaradıqlarını da göstərmiş oldular. Axı, doğrudan da həmin gün çox həlledici qərarlar qəbul edildi. Özü də, demokratik və şəffaf bir yolla.

Kim nə deyir desin, xalqın vəkilləri xalqın maraqlarını təmsil edərək, xalqın müqəddaratını da həll etmiş oldular. Ələlxüsus, Danimarka  kimi inkişaf etmiş monarxiya dövləti ilə ayaq uzatmış olduq. Heç olmasa, seçki müddətində. Sosial-iqtisadi inkişaf baxımından olmasa da.

Seçkilərin və  təbliğat-təşviqat kampaniyasının müddətinin qısaldılması, namizədlərə seçki təşviqatı üçün ayrılan vəsaitin ləğv edilməsi, konstitusiya məhkəməsinə parlament seçkilərini təxirə salmaq səlahiyyətinin verilməsi kimi sürprizlərlə hamını mat qoydular. Əslində, mat olası heç nə yox idi və hər şey də gözlənilən idi. Axı, artıq 2003-cü ildən bu yana məhz eyni strategiya həyata keçirilir…

… Həm 2009-cu ildəki konstitusiyaya əlavə və dəyişikliklər, həm son vaxtlarda qəbul edilən qanun layihələri və onlara edilən dəyişiklik və əlavələr (xüsusən də, 18 iyun sürprizləri) bilavasitə icra hakimiyyətinin möhkəmlənməsinə xidmət edir.

Və nəticədə, digər hakimiyyət strukturları nəinki de-fakto, həm də de-yure prezident administrasiyasından asılı vəziyyətə düşür. Danılmazdır ki, 2003-cü ildən bu yana keçirilən bütün seçki və referendumlar yalnız bir nəfərin maraqlarına xidmət edir. Və beləliklə, az qalıb. Mütləqiyyət tamamən rəsmiləşmə üzrədir.

İstər 18 mart referendumu, istərsə də 18 iyun “islahatları”na nəzər salsaq, çox maraqlı bir məqama rast gələrik: “Müharibə vaxtı…” Bah atonnan! Deyəsən, doğrudan da bu hakimiyyət müharibə etməyə hazırlaşır. Və deyəsən, doğrudan da, İlham Əliyevin səbrsizliklə yolunu gözlədiyi Lazım adlı Müharibə Mələyi bizim tərəflərə gəlmək niyyətindədir. Amma, bütün bunlardan əvvəl, hakimiyyət tam arxayın olmaq istəyir.

Axı, bilmək olmaz, şər deməsən xeyir gəlməz… Birdən, müharibə başladı, ermənilər bizim milli qürururmuz olan intiharçı əsgərlər toplusunu az qala Sabirabada qədər sıxışdırdı… Və onda, xalq ayağa qalxıb yeni seçkilər tələb edə bilər. Allah  göstərməsin, kış-kışlar olsun! O zaman sabitliyimiz pozular…

… Amma, öz aramızdır, əgər İlham Əliyev cənabları lap başdan bəyan etsəydi ki, bütün fövqəl səlahiyyətlər mənə verilməsə Qarabağı almayacam, vallah, billah, var gücümlə təbliğ və tələb edərdim ki, parlament  özünü buraxsın və bütün səlahiyyətlərini versin prezidentə. Onsuz da, orda oturan “fatı”ların çoxu bir işə yaramır, xalqın və iqtidarın çörəyini bekara yeyir. Halbuki, daha səmərəli və qənaətcil üsullar da var.

Yeri gəlmişkən, Bahar Muradovanın çox sevdiyi Danimarkada belə bir məsəl var:

“1 FƏRSİZ KRAL 100 ŞƏRƏFSİZ DEPUTATDAN YAXŞIDIR”

Bunu elə-belə dedim. Yadıma düşdüyündən. Amma, daha deməyəcəm. Çünki, özgə krallıqları tez-tez yadıma salıb, özümüzünkünə qarşı biganəlik etmiş olaram.

Rüfət Əhmədzadə

Advertisements

Danimarkalı Lazım” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma