İkipərdəli xütbə

1. Tövlə-kitabxana qonşuluğu

Qərar vermişdim ki, daha yazmayacam. Bəzi şəxsi səbəblər üzündən, tövbə etmişdim guya. Nəfsimi tuta bilməyib, yenə girişdim yazmağa. Və beləcə, tövbəmi də pozmuş oldum. Amma, məni bu tövbəpozmaya heç də şeytan deyil, elə bizim müsəlmanlar vadar etdilər. Həmin bu sevdiyim və fəxr etdiyim, kitabdan uzaqlaşan, kitab əhli millətim!

İyunun 22-sində, GDU-da magistr işimin müdafiəsini birtəhər  başa çatdırdım. Diplom ala bilmək üçün verilən “məzunların qeyd vərəqəsi”ni imzalatdırmaq qalmışdı. Düz 6 qapı döyməli idim. Başda YAP Gəncə Şəhər Təşkilatı gəlirdi. Özümə də çox maraqlı oldu bu. YAP üzvü olmamağım bir yana, bir partiyanın bir təhsil sənədinə nə aidiyyatı olduğunu heç cür anlaya bilmədim. Və nə deyə bu sənədə imza atdırmalıyıq? Kitabxana anladıq, mühasibat anladıq…

… YAP-dan üzv olmamağım barədə möhürlü imza alandan sonra, üz tudum GDU-nun yataqxanası tərəfə. Daha dəqiq desəm, birinci mərtəbədə yerləşən universitet kitabxanasına. Binanın həyətinə girəndə, nənki tələbə yataqxanası, ümumiyyətlə şəhərə aid nəisə bir təəssürat oyanmadı məndə. Çoxdandır ki, bu yataqxana qaçqınların sığınacağına çevrilib. Tələbəyə aid heç nə tapa bilməzsən (kitabxanada toz basmış kitablardan savayı).  Binanı tövlələr əhatə edib. Yarıçılpaq və üzü-gözü kirli uşaqların çığırtısı ilə, o yan-bu yana qaçan qoyunların mələşməsi bir-birinə qarışmışdı. İndi də yəqin belədir. Axı, hələ də, Ali Baş Komandan döyüş əmri verməyə gecikir. Sülh və barışığın isə, ancaq adı və sammiti var!

Peyin qoxusunu içimə çəkə-çəkə (ilk düşüncəm “kənd adamı darıxmaz” oldu) və ayağımın altındakı peyinləri əzə-əzə kitabxanaya daxil oldum. Kitabxana demək olar ki, unudulmuş durumdadır. İşçilərin özü də tələbələrin az müraciət etməsindən gileylənirdilər. Hətta, bu 2 ildə onları itirib-axtarmadığıma görə məni qınadılar da. Ötəri kitabxanaya göz gəzdirdim. YAP qoxusu gələn kitablardan savayı, demək olar ki, heç bir yeni ədəbiyyat gözə dəymirdi. Sanki, 1993-cü ildən bu yana, kitabxanaya “siyasi status” verilmişdi. Və sanki, bu dövlətin və vətəndaşların YAP-çılıqdan başqa bir vəzifəsi-qayğısı yox imiş.

Ünsiyyət və fikir mübadiləsini çox sevdiyimdən, işçilərlə tərcümə siyasəti , oxucu seçimi və ümumiyyətlə kitab nəşrinin müasir inkişaf səviyyəsi barədə azca söhbət apardım. Dini ədəbiyyatdan söz düşdükdə, kitabxanaçı xanımlardan biri, mənə çox maraqlı gələn bəzi məqamlara toxundu. Belə ki, məhz bu söhbətdən sonra, kiçik aaraşdırma aparmaq və bu esseni yazmaq fikrim oyandı. Odur ki, gec də olsa, keçirəm əsas məsələyə.

Xanım, Vasif Məmmədəliyevin tərcüməsi ilə olan “Qurani-Kərim”in kiçik ölçüdə və on minlərlə tirajla imkanlı bir şəxs tərəfindən çap etdirilərək, əhaliyə pulsuz paylanması üçün hərbi hissələrə, məscidlərə və ziyarətgahlara (“pir-market”lər də demək olar) paylanmasını qeyd etdi. Araşdırdım, düz çıxdı.

Kitabxanaçı qadın onu da qeyd etdi ki, həmin kitabların Beyləqandakı “Zəncirli Pir”də 4 manatdan satıldığının şahidi olub. Nəinki, həmin pirdə, digər yerlərdə də, pulsuz paylanılmalı olan müqəddəs  kitablar əhaliyə pulla satılır.

2. İntiharçı müsəlman cəmiyyəti

Qurani-Kərimin qanunsuz olaraq satılması, elə də böyük bir yenilik deyil, təbii ki. Çoxdan məlumdur ki, xaricdən göndərilən və yerli xeyriyyəçilərin hesabına çap edilib dini və rəsmi qurumlara təqdim olunan dini ədəbiyyatın əksər hissəsi müxtəlif vəzifə sahiblərinin həzm-rabesindən keçir. Bir çox dini mağazaların axundlara və ya onlara yaxın kəslərə məxsus olması isə, bu “həzm-rabe” məsələsini çox asan etmiş olur.

Hərbi hissələrdə isə, ümumiyyətlə, Qurani-Kərim paylanmasından əsər-əlamət yoxdur. Belə ki, xeyriyyəçinin hədiyyələri müxtəlif yollarla satışa çıxarılır. Son faktı isə, şəxsən özüm araşdırmışam.

Yalan-gerçək onu da öyrənmişəm ki, son iki ildə ordumuza 50 min nüsxədən çox Azərbaycan türkcəsində olan Quran kitabları bağışlanıb. Lakin, bunların hamısı “şübhəli ədəbiyyat” kimi “araşdırmaya” çəkilib, ondan sonra isə… Məlum məsələdir. İmansız və mənəviyyatsız bir sistemin yetirməsi olan gənclərin psixoloji durumunu təsəvvür edək. Və son vaxtlar artan intihar və zorakılıq faktlarına nəzər yetirək. Öz dinin kitabını öz dilində oxuyan və mənəvi dayaq tapan bir əsgər belə əməllər törədərmi?

Unutmayaq ki, nəinki orduda, hətta, bütün cəmiyyətimizdə aktuallaşmış problemlərdən biri də məhz intihar hadisəsidir. Eyni zamanda, oğurluq və qətl olaylarının da artması onu sübut edir ki, ölkədə böyük bir mənəvi boşluq hökm sürür. Və getdikcə genişlənən bu boşluq ya ekstermizmlə doldurulur, ya da pessimist-nihilist əhval ruhiyyə ilə. Nəticə isə, birdir:

XALQ UÇURUMA GEDİR!

Halbuki, müxtəlif missionerlərin ədəbiyyatı bizim dilimizdə və havayı olmaqla xalqa paylanılır. Beləcə, Allahı (özünü) mollaların dualarında və evlərdə suvenir kimi saxlanılan ərəbcə kitabların səhifələrində itirən müsəlmanlar, onu təmiz Azərbaycan türkcəsində olan xristian kitablarında tapır. Danılmazdır ki, insanın mənəvi cəhətdən özünü tapması və təsdiq etməsində dini ədəbiyyatın əvəzsiz rolu var.

Biz isə, öz türkcəmizdə olan İslami ədəbiyyat sarıdan hədsiz qıtlıq çəkirik. Hətta, satışda bol olsa belə, çox insan boğazından kəsib kitab almağa ərinir. Bu faktdır. Çünki, ətalətə tabe olmaqdan başqa heç bir çıxış yolu görməyən müsəlman üçün, Haqq da mücərrəd və əfsanəvi mahiyyət kəsb etməyə başlayır. Hətta, kütlə arasında belə bir ifadə də var ki, real sosial düşüncə tərzindən xəbər verir:

“ALLAH BU ÖLKƏNİ YADDAN ÇIXARIB!”

Bu mövzuda çox danışıb, çox yazmaq olar. Lakin, məncə, bu problemə toxunub oxucu fikrinə az da olsa aydınlıq gətirmək və məsələni işıqlandırmaq üçün, mən tərəfdən  bu qədər kifayət edər. Təbii ki, bu dəfəlik. Odur ki, bu yaxınlarda “facebook” da yazdığım bir “status”umu da əlvaə etməklə yazımı bitirirəm:

“Bir-birinə pivə ilə sağlıq deyib, ardınca da “Amin, İnşallah!” gətirən müsəlmanlar harda ola bilər sizcə? Əlbəttə ki, Azərbaycanda!

Advertisements

İkipərdəli xütbə” üçün 17 cavab

  1. Rüfət bizlerde bele soz var:”daşdan da pul çıxarmaq”.Artıq bu məsəli bilənlər(özlərinə sərf edən kimi yozanlar) dini ədəbiyyatı da pul qazanmaq üçün vasitəyə çeviriblər.Onlar üçün fərqi yoxdur onların əməllərinin nəticələri nələrə səbəb ola bilər(artıq tədricən olur).Onlar üçün yalnız pulun fərqi var.Təki pul gəlsin.

  2. bizim milletden düz əməl gözləmək absurtdur.. adice dine belə barmaq eliye bilirlerse ( pul qazanmaq ucun istifade) bu milletin axiri da yoxdur, heç evvelinin olmagina da şübhe ile yanaşıram…
    bir sozune de qatiliram ki, miller menevi boşluqdadir.. ele biri men..))

  3. obbaaa, sobeti axir ki, hosta getirdindee ))
    her wey eger mesxereye qoyulacaq gundedise, lap mesxereye de qoyular.. host bu gun dogru yolu gosterir.. butun etrafimizda olanlari goze carpdirmaqla onlarsiz olan heyati bize ved edir.. inwallah, o da olacaq!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma