Uşaq evi və internat uşaqları arasında yaradıcılıq müsabiqəsi keçirildi


Rüfət Əhmədzadə: “Bu günkü kimsəsiz və dərdli bir uşaq sabahın ən sevilən yazarı ola bilər”

“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi və HP şirkətinin təşkilatçılığlı, UniBankın baş sponsorluğu, Ali və Nino kitab evinin, NordMedianın sponsorluğu ilə  həyata keçirilən “Sosial məsuliyyət və SƏN” layihəsi çərçivəsində, “Tia.Az” saytının təşkil etdiyi “Körpə qəlbin harayı” bədii-publisistik yaradıcılıq müsabiqəsi 27 iyun tarixində başa çatdı.

Uşaq evi və internat uşaqları arasında keçirilən bu müsabiqədə əsas məqsəd gələcək yazarların üzə çıxarılması və onlarda yaradıcılıq potensialının  inkişafı istiqamətində müsbət addımlar atmaq olub. Müsabiqənin ideya müəllifi Əlişir Əhəd, münsiflər heyətinin sədri Fikrət Fərəməzoğlu, baş koordinatoru isə Rüfət Əhmədzadədir. Münsiflər heyətində adıçəkilən şəxslərdən başqa, Aynur Adil, İmran Kərimli və Sərxan Carçı da  iştirak ediblər.

Müsabiqəyə Bakının müxtəlif uşaq evi və internat məktəblərindən 20-dən çox iş təqdim olunub. Onlardan bir neçəsi münsiflər heyəti tərəfindən seçilərək mətbuatda dərc edilməsi nəzərdə tutulur. 3 fərqlənən yazı işinə görə isə, müəlliflərə diplom və hədiyyələr təqdim olunub. Belə ki, diplomçuların üçü də “Ümid Yeri” uşaq evində yaşayan uşaqlardır.

Birinci yerə, “Həyat eşqi” adlı essesi ilə Səbinə Cümşüdova, ikinci yerə “Şair olmağın mənası” essesi ilə Fərid Hüseynzadə, üçüncü yerə isə, “Nağıl” adlı hekayəsi ilə Əfsanə Səmədova layiq görülüblər. Diplomçuların üçünün də bir uşaq evindən olması isə, sadəcə təsadüf sayıla bilər, çünki, işlər münsiflər tərəfindən dəyərləndirilərkən müəlliflər haqqında məlumatlar münsiflərdən gizlədilmişdir.

Müsabiqə barədə məlumat verən yazar Rüfət Əhmədzadə bildirdi ki, bu layihənin təşkili və seçmə mrəhələsi zamanı uşaq evlərində ədəbiyyat və jurnalistikaya böyük marağa şahid olub. Hətta, yazı işi təqdim edə bilməyən azyaşlı uşaqlar belə böyük maraq və həvəslə bu müsabiqəyə yanaşır və iştirakçıları həsədlə seyr edirdilər: “Məhz bundan sonra, biz qərara gəldik ki, yaxın gəlcəkdən etibarən, davamlı olaraq uşaq evləri və internat məktəblərində bədii-publisistik yaradıcılıq istiqamətində təlim və müsabiqələr təşkil edək, cəmiyyətimiz üçün gələcək yazarların kəşfində öz rolumuzu oynayaq. Bu günkü kimsəsiz və dərdli bir uşaq sabahın ən sevilən yazarı ola bilər.”

Advertisements

Uşaq evi və internat uşaqları arasında yaradıcılıq müsabiqəsi keçirildi” üçün 14 cavab

  1. Ümumiyyətlə, bu uşaq evi çoox xüsusi uşaqlarla doludur, çünki ora əslində formal uşaq evi tipində deyil, digər evlərə nisbətən burada uşaqların bəzi imkanları da daha çoxdur. Çox-çox qəribə və fərqli həyat hekayələri olan uşaqlar var, filmlərin gerçəkləşmiş halı kimi.. Bravo sizlərə, uşaqlardakı sevinci təsəvvür edirəm))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma