İntim

(postmodern eksperiment)

Mənə ocaq ver,

Aç da qucağını,

sıcaq bucaq ver!

Bu dünyada.

ən yaxıcı,

ən boğucu

sığınacaq ver!

Qalxsın qoy nəşəli harayım göyə!

Sıx da, acıq ver!

Mənə bıçaq ver!

Sapla bəbəklərimə

İti baxışlarını…

Saçaq-saçaq ver!

Həyatı ölümcül dağıdacaq ver…

Kirpiklərinlə!

Və yol ver,

İçimdə alışıb yanan

duyğular gəlir üzərinə,

Gəzirlər sinəndə,

Oturacaq ver..

…Budur, görürsən də!?

Haldan düşürəm!

Yoruldum, mələyim.

Dur, qab-qacaq ver

– xörəklə dolu!

Axı, mən insanam!

Axı, acmışam!

Axı, yorğun-arğın işdən gəlmişəm!

Subay vaxtlarım da deyil, əzizim!

Acqarına, ağzısulu,

Dayanmadan sevişəm…

Tez elə, arvad!

Mənə tıxacaq ver!

Bax,

bu gün, maaş da almışam!

Bazarlıq da eləmişəm nəyi var!

Xalxın kişiləri tək,

Tədarük görmüşəm bu gecə üçün!

Odur ki,

az deyişək!

Yandır şamı,

işığında başağrısız şam edək.

Arada-bir,

Ağır tikə düşəndə,

qurtum-qurtum öpüşək!

Yeyək, içək,

sonra da…

Mazaqlaşa-mazaqlaşa,

yox,

boğuşa-boğuşa,

elə mətbəx ortasında,

Bir həngamə açaq…

VER!!!

Advertisements

İntim” üçün 8 cavab

  1. “Dur, qab-qacaq ver
    – xörəklə dolu!
    Axı, mən insanam!
    Axı, acmışam!
    Axı, yorğun-arğın işdən gəlmişəm!
    Subay vaxtlarım da deyil, əzizim!
    Acqarına, ağzısulu,
    Dayanmadan sevişəm…
    Tez elə, arvad!
    Mənə tıxacaq ver!
    Bax,
    bu gün, maaş da almışam!
    Bazarlıq da eləmişəm nəyi var!
    Xalxın kişiləri tək,
    Tədarük görmüşəm bu gecə üçün!
    Odur ki,
    az deyişək!”

    Bu hissə lap mətbəx söhbətinə, daha dəqiq mətbəx davasına oxşadı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma