PAY

Sakitcə yerimi görüb,

Bir köşədə oturacağam.

Ahəstə köks ötürüb,

Hər imkanı qaçıracağam.

İçim “haqq!” bağırsa da,

Nahaqqdan lal olacam,

Yetişən rəhbər var,

Mən yerimdə kal qalacam!

Qaçacam ədalətdən

– “axırı zindandı” deyə,

Tutacam xəyanətdən,

– “məhəbbət yalandı” deyə.

Tüpürüb sədaqətə,

Alət olacam nəfsə,

Qorxacam düz deyərəm,

Sonra düşərəm həbsə!

Alacam öz payımı

söz payımı almadıqca.

Anamın qardaşlarından

“dayı”mı tapmadıqca!

İnkişaf istəmirəm,

Nə xüsusi, nə ümumi!

Düşməsin də şalvarım,

Kimsə görməsin eybimi!

Mən avam adam olacam,

Adi fiqur,

Saf-sadə!

Xəyal at çapsa belə,

Həyat payi-piyadə!

Mən artıq hamı tək olacam,

Qarışıb sürüyə!

Hər səhvə göz yumacam,

“bu bir Tanrı hökmü” deyə!

Daha “niyə?” sualı

yaranmayacaq məndə,

“Neçəyə?” olacaq hər an,

İndən belə beynimdə!

Advertisements

PAY” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma