Əsas səhifə » Poeziya » Üzrxahlıq

Üzrxahlıq

sorryMəni bağışla!

Səni istəsəm də, sevəmmirəm!

Məni bağışla!

Qəlbimdəki hər izi siləmmirəm.

Özüm də anlamıram,

Elə ki, əlindən tuturam,

Onu xatırlayıram,

Əsəbdən tir-tir əsirəm.

Məni bağışla,

Bu gün nifrət etdim özüm-özümə.

Sıcaq ağuşla

Su səpilmir könlümdə közümə!

Bəlkə, göz yaşlarınla

Tüstüm itər, isti bitər!

O bürkü ki,

Bir “tülkü”dən ölümcül hissdir gedər!

Bilirsən,

Nifrət ilə yada salıram

mən onu hər an!

Görürsən,

Halım pozulur,

sən o adı çəkən zaman.

Sən isə,

deyirsən ki, bu bir vicdan əzabıdır.

Əvəz etdim sənlə onu,

guya, eşqi canımdadır…

Sən nə danışırsan!?

Bu eşq yox, könül yarası!

Sadəcə, sənlə görüşdə

Oyanır  oyalanası…

Sən ondan

min qat artıq sevilməyə layiqsən.

Çünki, mən nankor deyiləm,

Bilirəm, aşiqsən!

Sadəcə, sevgi qorxusu,

Ya da, itki qorxusu…

Bilməm, nə işdi,

Beynə hopub həsrət qoxusu!

Bəlkə,

sevmək istedadım

əriyib şerlərdə?

Bəlkə,

Vicdanım da lal olub,

daha bağırmır!?

Korlanıb boğazı

Qışqırtdığım hərif hərflərdə

Məni bağışla,

Çox çalışsam da bacarmıram.

Layiqsən uca eşqə,

Sən qədər ucalammıram.

Bəlkə də,

heyf çıxmam lazım idi keçmişdən,

Nə edim, vərdiş olub,

Acıdan öc alammıram!

Ya da ki, bağışlama!

Heç mən özümü bağışlamıram.

Tanrı da bağışlamasın,

Hökmünü alqışlamıram.

Mən sadəcə yaşayıram

Özümə verdiyim əzabla,

Baş qatıram şərabla,

Kefimdi iztirabla!

Üstəgəl, cəhənnəmdə

Artıqlamasına pay olar,

Doldurar İblis boğazıma qır,

dalbadal qabla!

Daha yoxdur xahişim,

Düzünü sən özün bilərsən.

Gedirəm,

İstəsən,

adımı da yaddan silərsən!

Gərək, deməyəydim sənə

Keçmişdən hər şeyi mən…

Qaldım geridə,

Get irəli!

Uğur olsun sənə hər dəm!

Bir gün,

özgəylə məni yada salıb,

Lənətləyərsən.

Mənim kimi hiss edib özünü,

Görən, nə edərsən!?

Advertisements

Üzrxahlıq” üçün 3 cavab

  1. Bir gün,özgəylə məni yada salıb,
    Lənətləyərsən.
    Mənim kimi hiss edib özünü,
    Görən, nə edərsən!?……………….gozel sonluq. sher de maraqliydi. hemisheki kimi real heyatdan bir parcha. ELASAN!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma