Şairlik

Fərid Hüseynzadə

“Ümid Yeri” uşaq evindən

Şair olmağın mənası

İlk dəfə “şair” sözünə “Əlifba”kitabında rast gəlmişəm. O zaman, bu sözün mahiyyətini elə də dərindən anlamırdım. Düşünürdüm ki, şair yalnız qafiyəsi uyğun gələn sözləri misralara yığaraq şer yazar və əsas məqsəd də uşaqları əyləndirmək olar. Sonralar, şerə marağım oyandıqca və daha çox şer oxuduqca, şeriyyat aləminin necə dərin və zəngin olduğunu anladım. Dərk etdim ki, şairin vəsifəsi uyğun gələn qafiyələri yazmaqla bitmir.

Şairin əsas vəzifəsi insanları düşündürmək və onlara özünü tapmaqda yardımçı olmaqdır. O, özünün duyğu və fikirləri ilə insanlarda yeni duyğular, yeni fikirlər oyadar. Beləcə, şair-oxucu birliyi də yaranar. Bu birlik çox mühüm və fəlsəfi məna daşıyır.

Dünyada məşhur olan şairlərin çoxunun həyatına baxsaq, görərik ki, onların çoxu çətin, keşməkeşli və sıxıntılı həyat sürmüşlər. Lakin, onlar çoxunda olmayan bir xəzinəyə, yəni şer yazmaq bacarığına sahib olmuşlar.  Tale onları daim əzsə də, onlar yenə də həyat və bəşəriyyət eşqini itirməmişlər. Və özlərinin yazdıqları şerlərlə, nəinki könül oxşamışlar, hətta çox insana həyati dərslər də vermişlər.

Xalqımızın həm yazılı, həm də şifahi ədəbiyyatı çox qədimdir. Tarix boyu, bizim xalqımızın içindən istedadlı və görkəmli ozanlar, şairlər yetişmişdir. Və onlar həmişə xalq tərəfindən sevilmiş və hörmətlə qarşılanmışlar. Şairlər, aşıqlar daim hörmətli qonaq kimi, çağırıldıqları məclislərdə yuxarı başda əyləşərdilər. Hamı şairlərlə məsləhətləşər, onun siyasından, nurundan faydalanmağa çalışardı. “El aşığı” ifadəsi də, məhz, xalqımızın yaradıcı adamlara necə dəyər verməsindən bəhs edir.

Bu arada, yadıma Mirzə Ələkbər Sabirin “Uşaq və Buz” şeri düşür. Bu şeri demək olar ki, ölkəmizdə hər kəs bilir. Məktəbdə uşaqlar bu şeri böyük həvəs və ləzzətlə öyrənər və danışarlar. Mənim fikrimcə, bu şer nəinki uşaqlar üün, hətta, böyüklər üçün belə dərin məna daşıyır.

İlk baxışda, uşağın buza müraciəti kimi oxunsa da, onun arxasında bir insanın Tale buzu və yaxud zalım və ürəksiz insanlarla mübarizədə təslim olmaması və nikbin mübarizə aparması kimi böyük məna durur.  Əlbəttə ki, insan nə qədər yıxılsa da, əzilsə də, yenə də ayağa qalmalı və şerdə uşağın buza meydan oxuduğu kimi, həyatın çətinliklərinə də meydan oxuyaraq, öz həyat yoluna davam etməlidir.

Və mən də daim bu şerin daşıdığı fəlsəfi məna barədə düşünürəm. Düşündükcə də, özümdə ruh və güc tapıram. İnanıram ki, məhz  mənim nikbinlik və mübarizliyim nəticəsində, mənim taleyim də bir gün dəyişəcək və mən həm özümə, həm də insanlara faydalı bir şair olacam.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma