Tapança

Tapança

Bir tapança axtarıram,

Hansısa bir ailəni bədbəxt eləmişdi o!

İndi, yəqin,

Hansısa bir zibillikdə olar.

Hansısa bir sarayda,

Hansısa bir qorxağı

Sevindirmişdi o!

İndi yəqin rahatdır,

Deyir, tapança da yox,

Qorxu da gendə olar.

Bir tapança axtarıram,

İncə cizgiləri var,

Ələ rahat tutumlu.

Inildətmədən belə,

An içində öldürər,

Həm də səsi boğumlu…

İncə qətl silahı!

Qələm incə olsa da,

Xəncər kimi işlədən

Gənc yazarların payı!

Gözüm var onda mənim,

Sözüm var onda mənim,

Közüm var onda mənim!

Onu tapmaq istəyirəm,

Boşaltmaq istəyirəm…

Onu mənə tuşlayan,

Ürəyini boşaldıb,

Ürəyimi dolduran,

“Ürəkli” ürkəklərə!

Öc almaq istəyirəm,

Eyni tapança ilə.

Tapın tez mənə onu!

Dəyişmək istəyirəm,

Mən zamanın oxunu,

Elə eyni tətiklə!

Dağıtmaq istəyirəm,

Mən yırtmaq istəyirəm,

Qan dolu tuluğunu

Vicdanın da qətl edən

Qatilin, beləliklə!

Rüfət Əhmədzadə

1 İyul, 2010-cu il, Bakı

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma