Əsas səhifə » Poeziya » Bacarıqsız

Bacarıqsız

Rüfət Əhmədzadə

Bacarıqsız

Mən sevməyi bacarmıram,

sevməyi bacarıb da,

özgə ürəklərdə

kin oyadanlar kimi!

Mən gülməyi bacarmıram,

gülməyi bacarıb da,

ağlamaqdan qorxaraq,

hey ağladanlar kimi!

Sevinməyi bacarmıram,

sevinməyi sevib də,

özgələrin gözündə,

sevənlərin üzündə

Sevinc asanlar kimi!

Ölməyi də bacarmıram,

tək qalarkən

ölməyi düşünüb də,

adam içində unudanlar kimi!

Gəlməyi bacarmıram

Mən kimsənin ömrünə,

gedişiylə gəlişinə

lənət yazanlar kimi!

Getməyi də bacarmıram,

nə sağdayam, nə solda.

Ortada çaş qalmışam,

yolumu tapammıram,

yolçu olub hər yola,

kama çatanlar kimi!

Heç nəyi bacarmıram,

ailə saxlamağı da,

ailəsini saxlayıb da,

ocağında, qazanında

şeytani ruzi qaynadanlar kimi!

Mən çox bacarıqsızam,

hər işə yararsızam!

Yoxdur tarixdə yerim,

mövqesiz, qərarsızam!

Unudular bir ayda,

adım da, soyadım da!

Qalmaram heç yadında,

daşdan da yaş axıtmış,

çaş-baş yaddaşlarda

bardaş quranlar kimi!

Advertisements

Bacarıqsız” üçün 5 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma