Əsas səhifə » Poeziya » Seçmə hisslər

Seçmə hisslər

Seçmə hisslər

Çoxdandır ki,

gələcəyə arzu-plan qurmuram.

Deyəcəksən: “nizamsızsan!”,

amma yox!

Mən sadəcə pərt olmaqdan qoxuram.

Yaşayıram sadəcə,

hər səhər bir vəzifə götürüb də,

axşamadək görürəm aram-aram.

Belə daha yaxşıdır,

həm də daha uğurlu!

Zarafat da deyil, bax,

adımı da var az-çox tanıyanlar.

Bu yolla oldu hər şey…

Amma ki, yanılırlar,

o kəslər ki,

məni hədəfləri olan biri tək tanıyırlar.

Nə nədəf!? Nəyə gərək!?

Ehtiyatda belə çoxmu ömür var!?

Mən yazıram sadəcə

hisslərimi, fikirlərimi,

onların içindən seçdiklərimi…

… Amma, dayan!

Nə qədər diləksiz olsam belə,

Yenə bir arzum var

– odur bəlkə də,

bu həyatda,

mənə güc verən, hələ!

Nə vaxtsa,

Tanrı vaxtı uzatsa,

bir kitab çıxaracam,

adını da “Seçmə hisslər” qoyacam.

Seçmə şerlərimi,

seçmə esselərimi,

öz hekayələrimdən

yaxşı bildiklərimi…

O kitabda toplayacam

təsvir edə bildiyim ən yaxşı hisslərimi.

Adının baş hərfini də yazacam əvvəlində

– bir “R” bəsindir elə.

Mən sənə həsr etmişəm hər işimi,

çünki, sənin sayəndə tapdım bu vərdişimi…

… Sənə göndərmək çətin ki alınar,

Amma, əminəm ki,

özün tapıb alarsan, oxuyarsan…

Və ərinin gözləri önündəcə,

ona xəyanət edərsən.

Seçmə hisslərim ilə,

yox, yox,

elə mənimlə sevişərsən!

Rüfət Əhmədzadə

09. 07. 2010

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma