Adi adam

adi adamSən mənimçün…
Sən mənimçün bir insan
– adi adamlar içində sezdiyim,
Sevdiyim,
Qeyri-adi bildiyim bir qadındın.
“Seçdiyim” demirəm ki,
Tanrı seçmişdi səni,
Mənə, mənim yerimə…


Hər şey necə də ani
Və qeyri-adi oldu.
İlk görüşümüz də,
Son görüşümüz də…
Əllərindən tutan vaxt,
Vücudumun əsməsi də
Qeyri-adi hal idi.
Əllərindən qopan vaxt,
Sıcağına öyrəşmiş ovuclarım
Gözdağıma döndülər
– Artıq, onlara baxmağa
qorxurdum ilk zamanlar!
Adi insanlar kimi,
ola bilmirdim daha.
Amma, adiləşirdi
mənim üçün əzab da!
Elə, həyat özü də,
marağın itirirdi.
Hər şey tanış gəlirdi…
Və hər şey də ümidsiz!
Tanımadığım bir sən var idin,
Səni də kəşf elədim
– Bir gün adi adam tək,
Rastıma çıxan zaman!
Sanki, ölüb getmişdi,
Ümidlərimlə birgə,
Sənin əsrarın o an!

Rüfət Əhmədzadə

12 İyul, 2010-cu il

Advertisements

Adi adam” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma