Haradırsa, buralar deyil!

Rüfət ƏhmədzadəRüşvətin namusa ləkə sayıldığı yer
– haradırsa, buralar deyil.
Qeyrətin qapıdan kənara çıxdığı yer
– haradırsa, buralar deyil!

Göyə qaldıranlarının
qədrin qanmayanların
qarnıac vətəndaşın
çiyinlərindən başıaşağı yıxıldığı yer
– haradırsa, buralar deyil!

Nəcabətin nəsildə yox,
Yeddi arxadönəndə yox,
Məhz, bir insanda axtarıldığı yer
– haradırsa, buralar deyil!

Məhəbbətin yataqlara deyil də,
Otaqlara deyil də,
Fəraqlara deyil də,
Bir qucağın
ən sıcaq ocağına saldığı yer
– haradırsa, buralar deyil!

Ləyaqətin bakirəlikdə deyil,
davranışda
və baxışda,
yerişdə yox, görüşdə,
yəni, dünyagörüşündə tapıldığı yer
– haradırsa, buralar deyil!
Cəsarətin sataşmaqda,
savaşmaqda deyil də,
Barışmaqda,
Qarşılıqlı hörmət ilə danışmaqda
duyulduğu yer
– HARADIRSA, BURALAR DEYİL!
Advertisements

Haradırsa, buralar deyil!” üçün 2 cavab

  1. Cəsarətin sataşmaqda,
    savaşmaqda deyil də,
    Barışmaqda,
    Qarşılıqlı hörmət ilə danışmaqda
    duyulduğu yer
    Haradirsa buralar deyil- en xoshuma gelen bend oldu.Gozel yazmisan.Amma mubahise edile bilecek bezi misralar var.Bu da ifrat subyektivlikle baglidir.Ifrat subyektivlik sebebli-sebebsiz choxlu tenqidlere yol achir..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma