Əsas səhifə » Poeziya » Sənə yalvarmıram ki…

Sənə yalvarmıram ki…

Sənə yalvarmıram ki,

“Səni sevirəm” deyəsən…

Və ya, məcbur etmirəm.

İstədiyim sadəcə,

Gerçəyi deməyindir

– Gözlərinə baxdığım,

əllərindən tutduğum,

həyacanlı anlarda

hiss etdiyim gerçəyi!

Mən əminəm öz hisslərimə,

Sənə

Özünə güvənməyi aşılamaq eləcə…

Budur mənim niyyətim!

Sən mənim yox, öz sözlərini de!

Sən mənə öz qəlbindən keçəni de…

Və göstər!

Tərəddüd etmədən,

Üzüntü vermədən,

Gah qalıb, gah getmədən,

Hiss etdiyini göstər

– sözündə, əməlində beləcə!

Nəyimə lazım axı,

Mənim saxta məhhəbət!?

Bilirəm, mümkün olmaz,

Heç bir zorla səadət!

Sevmədiyin halda,

Milyon dəfə yalandan

“Sevirəm!” desən belə,

Mənimlə olsan belə,

Hətta qocalsan belə,

Belə mənim yanımda…

Xəyanət edəcəksən,

ən azı, xəyalında!

Mən bunu istəmirəm,

Nə sənə, nə özümə,

Saxta eşq diləmirəm!

İstədiyim sadəcə,

Gələrək cəsarətə,

Gerçəyi deməyindir

– heç olmasa, bir dəfə!

Bax, o zaman,

Ələ-ələ verib yola çıxarıq,

Çatmaq üçün hədəfə

– Həqiqi səadətə!

Advertisements

Sənə yalvarmıram ki…” üçün 6 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma