
udqunub da çıxıb gedirəm.
Tarım hisslərimi
ovcumda sıxıb gedirəm!
Başqa nə edə bilərəm,
getməkdən savayı!?
Sənə dadsız gəldisə,
bu sevgi payı…
Havayı, mənasız, hədər
cəhdlərmi edim?
Yenə də,
vecə almayacağın əhdlərmi edim!?
Bax, kədərlə qarışıq,
Bu dəm,
qəzəbliyəm həm…
Əslində, sənə yox,
özümə hirslənirəm!
Axı, nə oldu iradəmə,
birdən ələndi?
Ruhumu yaxdığın oddan,
indi əriyən bədəndi.
Yumruğum da, o yumruq deyil,
Vuram özümü!
Sənə vuruldum deyə,
cəzalandıram özümü!
sözümü uzatmadan,
getmək gərək dinmədən.
Səndən imtina etmək,
hətta, xatirələrdən!
Artıq, bu yerdə qalmadı nəsə,
məni saxlasın.
Ümidlər səpiliblər,
gəlib-gedən ayaqlasın.
Bircə, sən qalmısan,
– donaraq siluet kimi,
“Ayrılmayaq!” deyənin
məyus üz ifadəsində!
Hər şeyimdin, azalmısan
– yarımçıq süjet kimi,
bağlanan kitabın
qatlanan səhifəsində…
Bir gün, tamamlayaram
– hesab vədəsində!
Advertisements
çox xoşuma gəldi )) əllərinizə sağlıq…
cox sag ol, yeni oxucum!
“Ayrılmayaq!” deyənin
məyus üz ifadəsində!
Hər şeyimdin, azalmısan
– yarımçıq süjet kimi,
bağlanan kitabın
qatlanan səhifəsində…
eynile menim yawadiqlarima aiddir bu qizil werin.. cox sagol, meni anladan werdir sanki..
ehhhhh..
Qetiyyen, fexr etme ki,
senin hesretin ile,
menim göz yaşım axır!
eksine, derd ele ki,
süzüldükce her gile,
boynunda haqqım artır.. 😦
bu da mendendi… çox sağ ol. şerlərimdən sitat gətirmənlə özüməinamım artr. amma heç istəməzdim. çünki, ahla yanaşı çəkdiyini bilirəm.
neyle yanawi cekilse de, hamisi senin qelebendir.. TEBRIK