Qanqaraçılıq və HOST

Rüfət Əhmədzadə

Qanqaraçılıq və HOST

İdeal ideologiya yoxdur

Amma, insanları idealsız və ideologiyasız qoymaq da, insanlığa qarşı  bir cinayətdir!

Rüşvətxorluğu tənqid etmək yaxşıdır. Fühuşa düşmən kəsilmək də. Amma… Bu “əmma” o zaman ortaya çıxır ki, tənqidlərin arxasında boşluq və ya rüşvətxorluqdan da təhlükəli və zərərli olan fikirlər dayanır. Fikir verin, anarxistlər də, sağçılar da, solçular da sosial problemləri qabardır və tənqid edir. Təbii ki, bir rejimə və ya ideologiyaya qarşı duranda, mütləq, ondan yaxşı nəsə göstərməlisən. Əgər, göstərə bilmədinsə, konkret yolun-məzhəbin bəlli olmadısa, gülünclükdən və girinclikdən başqa heç nə gözləmək olmaz.

Yazımın başlığından da göründüyü kimi, HOST-dan söhbət açacam. Baxmayaraq ki, 2 həftəyə qədər sürən qalmaqaldan sonra, bəlkə də, mənim yazım “mövzuçeynəmə” kimi qəbul olunacaq. Hətta, “yıxılanı baltalamaq” kimi ittihamlarda duyaram yəqin… Nə olur, olsun! Gündəmi işğal edən bu məsələ, hamıda olduğu kimi məndə də müəyyən fikir-təəssürat oyadıb və bir publisist kimi borcumu yerinə yetirib, bəzi məqamlara toxunacam.

Hələ, “Milli Kitab Mükafatı” adlı müsabiqə gedərkən, mən bu məsələdən yazmaq istədim. Çünki, “A”nın favorit siyahıda olması mənə lap başdan absurd gəlirdi. Elə  o vaxt, bir dostumdan alıb ötəri nəzərdən keçirərkən, kitabda bəhs edilən cəmiyyətin şablon satanist-anarxist “band”lərindən fərqlənmədiyini sezmişdim. Amma, dərindən oxumamışdım.

“Döyüş Klubu”na baxsam da, bu qədər bənzərliyin və hatta eyniliyin olması, heç ağlıma da gəlməzdi. Lap gəlsəydi də, Qaraqan ciddi bir yazıçı kimi qəbul edilmirdi. O repçi idi və başına yığdığı yeniyetmələrə kitab oxumaq öyrədirdi. Bu qədər iddialı olmasını isə…

Heç kitabı oxumağa da ehtiyac yox idi. HOST fanatlarının yeni bir qaraya bürünən “emo” nəsli kimi yetişməsi göz qabağında baş verirdi. Metroda-avtobusda, Qaraqanın “əxlaq təbliğ” edən replərini telefonda ucadan dinləyə-dinləyə, kənardakılara hörmətsizlik edən, bir-biri ilə söyüşlə danışan yeniyetmələri seyr etdikcə, həqiqətən də narahat olurdum. Elə başdan bilirdim ki, axırda zibili çıxacaq bu “musiqili maarifləndirmə”nin.

Artıq, neçə ildir ki, rep səhnəsində olan HOST-un rep parçalarını və Qaraqanın yazılarını bir yerə toplayın… Və sadəcə təhlil edin. Bir parçada milli oğlanlar, o biri parçada dindar oğlanlar, başqa bir parçada isə, heç nəyi və heç kimi bəyənməyən, sevgini rədd edən, Tanrıya və valideynlərə üsyan edən nihilist-anarxist gənclər.

Qurduqları arzular isə, “yandırardım”, “sındırardım”, “öldürərdim”….. Korrupsioner məmurlardan bəhs edib reytinq qazanmaq… Ədalətdən dəm vuraraq, haqsızlıqla barışmayan müxalifətçiləri başıboş adlandırmaq istedadmı sayılır? Bir yerdə fərdçiliyi qabardan Qaraqan, niyə başqa yerdə ümumiləşdirmə aparır? Budurmu xüsusi yol və ideologiya kimi göstərilən HOST-çuluq?

Bu gün, maarifçi şəxslərin neytrallaşma, passivizm, pessimizm və nihilizm ilə mübarizə apardığı bir vaxtda, onların cəmiyyətdə belə fəaliyyət göstərməsi nə dərəcədə haqlıdır? Və nə dərəcədə haqsızdır bizim ittihamlarımız?

Yaxın günlərdə,  HOST fanatı olan bir yeniyetmə, mail.ru-nun “agent” proqramı vasitəsilə, mənlə mübahisə edirdi. Daha doğrusu mənə təsir göstərməyə çalışırdı. Və sübut etməyə çalışırdı ki, Qaraqan yeni filosof və ideoloqdur. Hətta, bir “aforizm” də dedi: “100 fanatım olunca, 1 dostum olsun”.

Hə.. Əgər, Misir Mərdanov məktəblərdəki rus dili tədrisini zay eləməsəydi, dərslər saatları jurnalda yazılmaqla yox, şagirdlərə dərslik oxutmaqla sərf edilsəydi, bu uşaqların da rus atalar sözündən də xəbəri olardı: 100 manatın (rublun) olunca, 1 dostun olsun.

“Manat”ı “fanat” edən bunlar… Bütün ideologiyaları məsxərəyə qoyub tövrü-yolu bəlli olmayan “ideologiya” gətirən bunlar… Siz Allah xətrinə (əgər, heç olmasa, Allaha inanırsınızsa), “HOST”çular, mənə “paxıl” deyib hücuma keçməmişdən, bəzi suallarıma cavab verin:

Millətçilik deyəndə, uyğun bir tərif-izah olur, liberallıqda elə, kommunistlikdə elə… Bəs, bu “HOST”ÇULUQ deyirsiz ey, yoldu və ya ideologiyadırsa, nəyə əsaslanır? Nədir mahiyyəti? eləcə, hava-od-su-torpaq? Buna görədir bu boyda həngamə? Genişdisə, biri izah etsin lütfən. Amma, çətin, o dəqiqə, keçəcəklər hücuma ki, “sən belə, millət belə, paxıllıq elə…” Bu nankorluq deyilmi?

Mən heç kimə paxıllıq etmirəm, sadəcə, gəncliyimizə heyfim gəlir. Quran yerinə Kabbaladan “ayə”ləri sırıyırlar gəncliyimizə, bunlar da elə bilir ki, nəsə yeni şeydir. Və “yeməli”dir.

Əlbəttə ki, Qaraqandan başqa heç kimi oxumayan-dinləməyən birinə, onun fikirləri yenilik sayıla bilər. Amma, yenilik də bir “yemlik” olmalıdır axı! Ruha qida verməlidir. Onun yerləşdiyi bədəni sağlamfikirli şəxsiyyət kimi formalaşdırmaq naminə, müsbət iş görməlidir. Eləcə, hər sağdakı-soldakını tənqid (əslində, təhqir) etməklə, iş aşan deyil. Ortaya çıxartdığın variant başqalarından seçilməlidir.

Əxlaqdan danışan Elxan Qaraqan camaatı valideynlərinə qarşı qaldırıb “azad” olmağa çağırır. necə, nəcür bilinmir. nəticədə, yeniyetmələrdə səllimi fikirlər yaranır. sevgiyə nifrət, cəmiyyətə nifrət, dinə nifrət, siyasətə nifrət… Bütün bunlar nihilizm deyilmi? Sizin bu həyatda sevdiyiniz nəsə varmı, əziz yeniyetmələr? (HOST-dan başqa)

“A” romanının sonunda məlum olur ki, HOST cəmiyyətinin arxasında MTN dururmuş. Görəsən, burada hansı mətnaltı məna var? Və görəsən, niyə araşdırılmır? Əksinə, daha da sürət və dəstəklə bezmişlər ordusunun sayı artır.

Avropa-Amerika satanistləri kimi qarageyimli fanat ordusu yığmaqla deyil. Nə işə yarayır bu ordu? Təbii ki, HOSt-un albom, köynək və nəşrlərini almaqdan başqa. Sizin ancaq bir şüarınız var: “HOST azad düşüncə verir”. AZAD… düşüncə də düşüncə olsa, barı. Millətimə məhəbbət, üzvlərinə də bir-bir hörmətlə. Qoy, zaman həqiqəti göstərsin! Amin!

P.S.: Hörmətli HOST üzvləri və fanatları! Lütfən, fikirlərimdə səhvəmsə, mənə ədəb-ərkanla cavab verin, mən də olum düz. Yəni, sizə görə, sizdən biri.

Advertisements

Qanqaraçılıq və HOST” üçün 18 cavab

  1. yaxwidi bey, inaniram ki aralarinda medeniler de coxdu – edeb-erkanla cavab vermeye caliwar. bir wey esasdi – yeni ideologiyadirsa neyese esaslanmalidir – goresen neye- eger “yeni”dirse.

  2. Məntiqlidir.

    Elxanın dediyinə görə(Azadlıq radiosu müsahibəsində), o fərqli zamanlarda olan fikirlərini ortaya atır və deyir ki, kim necə istəyir başa düşsün.

    Amma təbii ki, bunu niyə etdiyi və bu yolla bir tərəfdən gəncləri niyə düşünmədiyi mənə məlum deyil?

  3. yazmisan ki, ” sevgiyə nifrət, cəmiyyətə nifrət, dinə nifrət, siyasətə nifrət…” deyir guya HOST, he?
    birincisi HOST deyir: sevgiye qarwi sevgi, nifrete qarwi nifret..
    ikincisi eger senin cemiyyetinde, siyasetinde nifret doguran iyrenc hereketler varsa, HOST ona nifrete cagirir ve o iyrenclikleri tenqid etmekle yanawi, hostculara o hereketleri etmemeye de cagirir.. meselen, eger ruwvetxorlugu tenqid edirse, hostcu o vaxt esl hostcu sayilir ki, tenqid etdiyine emel etmesin.. bunun neyi pisdi ki?? dinde de ruwvet gunah sayilir..
    dine nifreti hec vaxt HOST awilamir. HOST ifrat dine qarwidir, fanatik olanlara, bir sozle “vehabilere”…
    Qaraqan ve diger qrup uzvlerinin tracklerinin ekseriyyetinde, 99%inde islamdan, dinden 1 cumle de olsa vurgulanir.. yaxwi yonden, sen deyen dine nifret yox daha..
    😉

    • he dee, duz deyirdee.. biz valideynlerimize niye borclu olmaliyiq ki? borc odur ki, neyise ondan oz xowunla alirsan, qaytaracagna da emin edirsen.. menim dunyaya gelmeyimi men istememiwem ki, oz xowlarina meni getiribler dunyaya.. daha duzgun deyek ki, oz nesillerini davam etdirmekcun.. menim burda hec bir sovdelewmem yoxdur, ona gore de men onlara borclu deyilem.. hormet menasinda onlara baxa bilerem, ama bu borc sayilmir..
      dunyaya gelmeyi menden soz alsaydilar, hec gelmek istemezdim, hele onlar meni bele ezabli, zehle token dunyaya getirdikleri ucun menim hissiyyatima borcludurlar..

  4. orda deyir ki,
    “arvadi eve gec gelen erin
    uzun buynuzunu rendeleyerdim..”
    burda sehv ne var ki??? ERin arvadi eve gec gelmez!! gec gelenin buynuzu cixir, onu da rendeleyirik.. sen sadece HOSTu anlamaq istemirsen, birdefelik beynine emr vermisen ki, anti HOST olmaliyam.. sen HOSTun her sozune fikir ver, setralti menalari voopwe superdir, seni de cagiriram bize qowulmaga… heqiqeti dmeekden cekinemeyenlerin ordusuna! Qaraqan bir deyib ki, hebs olunan blog userleri tanimiram, olkenin halina baxee, bir o sozu bayraq eliyib HOSTu pisleyirsiz.. tak nelzya

      • sen dediyin heqiqet ancaq sevgidendi, ne bilim, ola biler ki,bir iki bawqa movzudan da olsun, ama host her movzuya toxunur.. eger beyenilesi wey varsa host onu beyenir, etrafimda cox az beyenilesi nese varsa, olmayan neseleri nece beyenim axi.. realist olmaga caliwaq daa.. host hal hazirda butun qusurlari sadalayiir ve gencleri onlardan uzaq olmaga cagirir, uzun bir vaxtdan sonra ise yalniz bizim istediyimiz, ideal quruluw movcud olacaq.. onda menfi fikirl beslenen hec ne olmayacaq.. sadece biz ve temizler.. hmm, bilmirem sen onda olacaqsan ya ..??? ))))) zarafat 😉 😛

  5. HOST ozlerin ideal ve dahi sayan bir pacqa ezberci genc. Kutlenin icinde iylenib ozlerin ferd sayaraq kutleni tehqir eden “agilli” yiginagi. Bilirsen eslinde gunah onlardan cox ele genclikdedir. Ellerine indiyedek kitab almayan genclik bir iki yazini ezberleyib soz “yazan” hostu esiden kimi deyir oty daaa meleydiler bizi xilas edecekler. Qanmazin biri anlamir ki ay bedbext ondan esitdiklerin esrler once yazilib ac kitablari oxu da butun gunu kucede ona buna soz atirsan. Ne sie cox cerenledim rufet ela yazidir tebrik edirem 😉

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma