Əsas səhifə » Poeziya » Qürurun qürub çağı

Qürurun qürub çağı

Dolub boşalıram yenə də qəmdən,
Özüm ələnirəm öz gözlərimdən,
Damır ovcuma hər zərrə qürrədən,
Əzib də keçirəm öz üzərimdən.

İnsan öz gözündən ax düşər necə,
Yanlış seçimini kəşf eləyəndə.
Və hər şey heçnəyə dönüşər necə,
Xəyallar arzunu məhv eləyəndə.

Mənim qürurumun qürub çağıymış,
Sənsiz qalıb səni dilədiyimdə.
O da sənin kimi fırıldağıymış,
“Lap yaxşı, ayrılaq!” söylədiyimdə.

Sən bir cür yalançı, mən də bir tayın.
Elə ikimiz də saxtakarmışıq.
Sən aşiq rolunu gözəl oynadın,
Mənim təqlidimsə, bitdi yarımçıq.

Advertisements

Qürurun qürub çağı” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma