Boğulan ruhlar şəhəri

Küləklər şəhərində,

küləklər də boğulur,

bir-birinə sarmaşan binalar arasında.

Saf eşq ilə dil açan

ürəklər də boğulur,

pul ilə qudsallaşan zinalar arasında!

Bura mənim şəhərim,

dünən, bu gün, səhərim!

Mən ki fərəh duyardım

Qəfil artdı qəhərim…

Kəhərim çapmaz daha,

Əlim də çatmaz daha,

Qılıncım batmaz daha,

Yad oldu,

adım mənim!

Tarixim də can verir,

Ruhu qaçır şəhərdən.

Yenilənmə, inkişaf…

Nəyim qaldı de şərqdən!?

Keç içərişəhərdən,

Seyr et səfirlikləri,

Dar dalana dirənmiş

Türkün ərənlikləri!

Və sonra çıx sahilə,

Seyr et doğma Xəzəri…

Sərvətdənmi,

yoxsa, xəcalətdənmi,

ya sadəcə,

çatmış ölüm vədəsi,

çirkabda boğulur,

üsyanından çırpınır,

qara ruhlu insanların

boz üzünə çırpılır…

Yaşamaq istəyən canverən kimi,

mübarizə aparır

belinə sancılmış buruqlar altda!

Advertisements

Boğulan ruhlar şəhəri” üçün 5 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma