Əsas səhifə » Ordan-burdan » Borçalıda milli birlik təntənəsi yaşandı

Borçalıda milli birlik təntənəsi yaşandı

Borçalıda milli birlik təntənəsi yaşandı

Rustavi şəhərində Gürcüstan-Azərbaycan Universitetinin açılması gözlənilir

İyul ayının 25-ində Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunda,  “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə “Elat Mədəniyyəti Günü” adlı bayram mərasimi təşkil olundu. Tədbirin yaxından işıqlandırılması və Azərbaycan ictimaiyyətinin görülən işlərlə daha obyektiv tanış edilməsi məqsədi ilə, Bakıdan 40 nəfərə yaxın media nümayəndələrindən ibarət heyət də səfərə cəlb edilmişdi.

Dmanisi rayonu, Armudlu gölü ətrafında baş tutan mərasimdə, Bakı və Tiflisdən gəlmiş rəsmilər,ictimai xadimlər, eləcə də, müxtəlif ölkələrdə məskunlaşmış diaspora nümayəndələrimiz də iştirak edirdi. Həmçinin, Gürcüstanda yaşayan Türkiyəli iş adamları və ictimai xadimlərinin də yaxından və fəal iştirakı müşahidə edilirdi.

Mərasimdə musiqili proqramlar, milli rəqslər, süvari şouları və güləşçilər arasında yoldaşlıq görüşü də diqqəti cəlb elədi. Ümumiyyətlə, ərazidə qələbəlik var idi. İstər Gürcüstanın, istərsə də Azərbaycanın müxtəlif guşələrindən toplaşmış borçalılarla yanaşı, həm də Rusiya, Qazaxıstan. Ukrayna və digər dövlətlərdən gələn yerli əhali də Elat bayramında böyük həvəs və şən əhval-ruhiyyə ilə iştirak edirdi. Müşahidələrimizdən belə nəticəyə gəldik ki, tədbirin əhəmiyyəti yerli əhali tərəfindən lazımi səviyyədə anlaşılır və mərasimə sözün əsl mənasında, bir milli birlik bayramı kimi yanaşılırdı.

Müxtəlif ziyalılar, ədiblər, elm-təhsil-səhiyyə xadimləri, iş adamları, musiqiçilər və hətta, tələbə gənclər də bir araya gələrək, bölgədə mövcud olan problemlər və perspektivlər ətrafında diskussiyalar aparırdılar. Bir sözlə, qonşu respublikada keçirdiyimiz günlərdə, yerli əhalidə müsbət əhval-ruhiyyə hiss etdik. Bakıdan jurnalistlərin gəlməsi xəbəri soydaşlarımızda yüksək əhval-ruhiyyə yaratmışdı. Müxtəlif rayon və kəndlərdə olan problemlərlə bağlı saysız müraciətlər ünvanlanırdı bizə.

Xüsusən, bir çox bölgələrdə məktəblərin bağlanması və ya təhsil müddətinin azaldılması, eləcə də pedaqoji kadr qıtlığı ilə bağlı şikayətlər olurdu. Özümüzün gəzdiyimiz bir çox kəndlərdə, təmirsiz və hətta uçuq məktəb binalarını müşahidə etməyimiz bizim üçün ən çox ürəkağrıdıcı məqamlardan idi. Dmanisidə məktəblərin vəziyyəti o səviyyədədir ki, bir neçə kəndə yalnız bir kənd məktəbi düşür.

Tədbir İyul ayının 25-ində, saat 11-də başladı. Mərasimi aparıcı Eldar Kaspili açdı Qonaqları salamlayan aparıcı, tədbirin əhəmiyyətindən və yerli əhalinin artıq ikinci il olaraq, bu mərasimdə aktiv iştirakından bəhs etdi.

Tədbirin təşkilatçısı, “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə, öz çıxışında Borçalı türklərinin milli-mədəni hüquqlarını irəli çəkərək, bu hüquqların səmərəli istiafdəsində və yerli əhalinin bir araya gəlməsində, bu layihənin əvəzsiz rol oynadığını vurğuladı. Soydaşlarını ictimai işlərdə birlik və aktivliyə çağıran politoloq, Gürcüstan Rüpsublikasının ictimai-siyasi həyatında fəal olmalarının vacibliyini qeyd etdi: “Tarixən, türklərin qanında heç vaxt separatizm olmayıb və ola da bilməz.

Məhz bu səbəbdən, biz inanırıq ki, gürcülərlə birlikdə əl-ələ verərək, demokratik və sülhpərvər Gürcüstan xalqını formalaşdırmamızda problem yaşanmayacaq. Soydaşlarımızın öz Vətənindən köçməsinin qarşısını almaq naminə istər iş adamları, istərsə də rəsmi dövlət xadimləri birlikdə işlər aparmalı, yaşayış, təhsil və iş üçün imkanlarıl yaxşılaşdırmalıdır.”

Xaricdə yaşayan soydaşlarını yerli infrastrukturu inkişaf etdirmək naminə bölgəyə sərmayə qoymağa dəvət edən Zəlimxan Məmmədli, bu sahədə artıq bir neçə layihələrin olduğunu da qeyd etdi. “Borçalı”nın rəhbəri onu da bildirdi ki, artıq Borçalı gənclərinin Gürcüstan sərhədlərini keçmədən həm dövlət dili, həm də ana dillərində ali təhsil almaları naminə, Rustavidə Gürcüstan-Azərbaycan Universiteti yaradılması yolunda uğurlu iş gedir.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstan səfirliyinin Mədəniyyət ataşşesi Fəxri Hacıyev də öz növbəsində, bi tədbirin əhəmiyyətini yüksək dəyərləndirdiyini bildirdi. Onun sözlərinə görə, artıq, qonşu respublikadakı soydaşlarımızın problemlərinin işıqlandırılması və həll olunması yolunda, bir çox müsbət addımlar atılmışdır. Xüsusən, dövlətlərarası münasibətlərin inkişaf etməsi ilə, Gütcüstan azərbaycanlılarına qarşı dövlət qayğısı əvvəlki illərə nisbətən yaxşılaşıb.

Səfirlik nümayəndəsi onu da bildirdi ki, əhalinin maarifləndirilməsi yönündə, Heydər Əliyev adına fondun göndərdiyi bir çox nəşrlər gənclər və məktəblilər arasında paylanılıb və eləcə də, soydaşlarımızın şəhərlərdə açdığı mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlıq aparılır. Təhsil sahəsində olan problemləri də yada salan səfirlik əməkdaşı, bu sahədə problemləri həll etmək və pedaqoji kadr çatışmazlığını həll etmək üçün,  iki dövlətin təhsil nazirlikləri arasından danışıqların getdiyini qeyd etdi.

Tədbirdə qonaq qismində iştirak edən TİKA nümayəndəsi Səlim Kuş borçalıları bu təntənə münasibiti ilə təbrik etdi. Gürcüstandakı türkdilli əhalinin milli-mədəni-sosial həyat səviyyəsinin yaxşılaşdırılmasının Azərbaycan-Türkiyə qardaşlığı üçün mühüm olduğunu vurğulayan Türkiyəli ictimai xadim onu da qeyd etdi ki, Türkiyəli iş adamlarının diqqətinin soydaşlarımız yaşayan bölgələrə cəlb edilməsi onlar üçün də  əhəmiyyət kəsb edir.

Haşiyə olaraq, onu da qeyd edək ki, soydaşlarımızın təhsil aldığı bölgə məktəblərində gedən abadlaşdırma işlərində TİKA təmsilçiliyi önəmli fəallıq nümayiş etdirir və təşkilat Gürcüstan Respublikasında böyük nüfuza malikdir.

Əslən Borçalıdan olub İsveçdə yaşayan DAK-ın sədr müavini Teymur Eminbəyli öz həmyerlilərini daha qətiyyətlə birlik nümayiş etdirib, milli məsələrdə aktiv olmağa çağırdı. O, Azərbaycan türklərinin milli maraqlarının Cənubi Qafqaz bölgəsində irəli getməsi naminə, Borçalı türklərinin səyini vacib saydığını bildirdi. Dünyanın müxtəlif ölkələrində olan diasporçularımızın da Borçalı mövzusuna həssas yanaşdığını qeyd edən DAK tımsilçisi bu sahədə DAK və “Borçalı” İctimai Cəmiyyəti arasında sıx və davamlı əməkdaşlığın aparılacağını söylədi.

DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva da, öz növbəsində, DAK və “Borçalı”nın üzvü olan ziyalı xanımların birgə iş aparılmasının vacibliyini vurğuladı. Təhsil sahəsində mövcud olan problemlər üzündən, daha çox xanımlarımızın savadsızlıqdan zərər çəkdiyini diqqətə çatdıran DAK nümayəndəsi yerli mədəniyyət mərkəzləri ilə sız əlaqə və əməkdaşlıqda olacaqlarını bildirdi.

Tədbirdə “Borçalı” cəmiyyətinin mükafatları ilə təltif olunan mətbuat xadimlərimiz də oldu. Mükafata layiq görülən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu milli əhəmiyyət kəsb edən bur cür möhtəşəm tədbirdə iştirakdan qürur duyduqlarını bildirdilər. Çıxışçılar onu da qeyd etdilər ki, Azərbayca-Gürcüstan arasında dost münaisbətlərin qorunması və inkişaf etməsi, borçalıların milli-mədəini problərinin işıqlandırılması və daim diqqət-qayğı mərkəzində saxlanılması üçün öz əllərindən gələni əsirgəməyəcəklər.

Tədbirdə çıxış edən yerli ədiblərdən Mədət Coşqun Osman Dərviş də Azərbaycan türklərinin separatizm və şovinizmdən əzab çəkdiyi bir zamanda, milli birlik yaradılmasını zəruri hesab etdiklərini bildirdilər və öz şerləri ilə yerli əhalini birliyə, fəallığa və vətənpərvərliyə çağırdılar. Onlar öz çıxışlarında Azərbaycan və Gürcüstanda yazıb-yaradan milli ruhlu yazarların bir araya gəlməsinin və bu istiqamətdə gənc yazar camiəsinin də formalaşmasının zəruriliyini vurğuladılar.

Tədbirdən əlavə olaraq həmsöhbət olduğumuz bu və digər yerli ədəbiyat və mədəniyyət xadimləri informasiya, dərc edilmə və işlərin geniş miqyasda oxunulma sarıdan çətinliklərini dilə gətirdilər. 40 ildən çox mətbuat təcrübəsi olan Mədət Coşqun kitabların dərc edilməsindən başqa, yerli yazarların internet oxucularına həsrət qalmasından şikayətləndi. Qeyd edək ki, məhz bu sahədə uğurlu işlərin aparılması məqsədi ilə, yaxın zamanlarda, “Borçalı”  İctimai Cəmiyyətinin təşkilatçılığı ilə bədii-mədəni bloqların və saytın yaradılması da gözlənilir.

Çıxışlardan sonra, Azərbaycan və Gürcüstanın bayraqları altında müxtəlif gənclərin musiqli və bədii çıxışları oldu. Həmçinin, güləşçi gənclər arasındakı yoldaşlıq görüşü və yerli gənclərin at belində çıxışları tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratdı. Sonda, iştirakçıların Armudlu gölünə simvolik yürüşü gerçəkləşdi.

Elat Mədəniyyəti Günündə, ürəkağrıdan və məyusedici bir olay da baş verdi ki, bu da, Dmanisiyə Bakıdan getmiş on altı yaşlı gənc idmançı Mikayıl Orucovun diqqətsizlik və sudurqa üzündən Armudlu gölündə batması oldu. Mərhumun cəsədi Bakıya gətirilərək, 27 iyul tarixində torpağa tapşırıldı. Bu faciə yerli əhali tərəfindən, çox kədər və sarsıntı ilə qarşılandı. Yaxın gələcəkdə, Armudlu gölü yaxınlığında mərhumun adına abidə qoyulması gözlənilir.

Rüfət Əhmədzadə

“Tribuna” İnformasiya Agentliyi / Tia.Az

Foto: Əhməd

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma