Sadə sözlər

Mən elə də ağlamadım,
Mən elə də sızlamadım,
Mən elə də inləmədim…
Sadəcə,
İnsanlıqdan küsərək,
Tənhalığa qapıldığım bir zaman,
Pəncərəmdən duyulan,
Ruhumun naləsiydi!

Mən elə də hayqırmadım,
Mən elə də bağırmadım,
Mən kimsəni çağırmadım…
Sadəcə,
Həqiqəti görüb də,
Könüldən söz keçib də,
Ancaq, yalan önündə,
Dilim susduğu zaman,
Qulaqları çınladan,
Vicdanımın səsiydi!

Mən elə də yorulmadım,
Mən elə də usanmadım,
Mən hələ də yenilmədim…
Sadəcə,
Hər pillədə büdrəməyim,
Enməyim,
Növbəti pilləyədək,
Mübarizə dərsiydi.

Mən sadəcə yaşadım,
Yaşadıqca anladım
– İndiyədək,
Zirvəyədək hər eniş,
Yüksəliş müjdəsiydi.
Əgər, hər “hər”dən əvvəl
Və sonra “hər” gəldisə,
Davam ediləsiydi!
Demək,
“Son” deyənədək,
“Sonra”lar gələsiydi!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma