“Сhi mai”

(mənsur şer)

“Chi mai”… Yenə də bu musiqi…. Yenə eyni duyğular… Elə eyni xəyallar… Bax, elə bu dəqiqə, uzaqlara səyahətim var mənim… Uçacam, yerimdən durmadan…. Qaçacam məni sıxan divarlar arasından… Qapını da açmadan! Qurtulacam tənhalığın boğucu sükutundan. Səsə gəlib qulaqlarımı dələn fikirlər də qaçacaq… Tam sərbəstlik dolacaq ruhuma… Vücuduma nə olacaq bilmirəm… Süstləşəcəm, amma böyük həzz ilə!

Yerdə tapmadığımı göylərdə tapacağam. Göydə görmədiyimi, yerdən aparacağam… Sevgimi qaldıracam özümlə, Günəşə hopduracam. Daha parlaq olacaq… Və biryolluq əbədi!

Daha kimsə Aya baxıb şer yaza bilməyəcək… Salavatlar dodaqlarda donacaq… Çox ehtimal, çox maraqsız olacaq… Mən gedən zaman… Bu dünya da duracaq!

Elə sən də… Sən də donub qalacaqsan yerində! İnana bilməyəcəksən “o getdi” xəbərinə… Gözlərini, qulaqlarını ovacaqsan… Axtaracaqsan məni. Çoxdandır ki yada salmadığını…. Vecə almadığını… Bir anda duyacaqsan. Əlbəttə, yoxluğumda!

Ağlayarsan birdən… Amma, saqın! Mən ki sənə xəbərdarlıq etmişdim! Demədimmi, sevgini də özümlə aparacam!? Sənin bürcünə çatıb, yerlə-yeksan edəcəm. Daha haqsızlığına bəhanə olmasın qoy!

Amma, kimsə bilməzdi… Mənmi yalançı çıxdım? Ya sevgi doğrudan da əfsanə imiş bəlkə!? Yoxsa, “sənsiz yaşayamam” gerçəyi, deyildikcə yalanamı dönüşmüş!? Vallah, billah, bilmirəm!

Mən heç zaman bu bəşəri anlaya bilməmişəm. Elə, bəşər də məni… Sən də onlardan biri! Səni rahat buraxacam. Daha düşünməyəcəm… Arzu-xəyallarımda yer verməyəcəm sənə!

Və alacam əlindən sənin rahatlığını… Vicdanınla baş-başa qalacaqsan. Çalışarsan boğarsan… Amma, çətin! Allahı boğmaq olmaz! O sənin vicdanındır. Adını səhv demişsən…

… Mən onu tapacam səmada, əminəm! Nə sənə, nə də bir kimsəyə, bənzəməyən birini! Gözləyir intizarla… Məni tam sədaqətlə, varlğıyla sevməyə qadir olan… Doğulmamış sevgilim!

Bəli, heç doğulmamış! O sizlərə bənzəməz! Yoxdur ondan burada… O zaman nəyə lazım sənin lənətli dünyan? Mən getdim öz dünyama…

Rüfət Əhmədzadə

Advertisements

“Сhi mai”” üçün 2 cavab

  1. BAX BU YAZI ADAMI DUSUNMEYE VADAR EDIR.NECE DE ICDEN VE YANGI ILE YAZILIB BU.COX AXICI VE ELE BIL NECE DEYIM SANKI KINO CEKILIR INSANIN GOZLERI QARSINDA BUNU OXUDUQCA.INSANIN GOZLERI QAERSISINDA CANLANIR HER SEY, BUTUN KELIMELER.
    NERIMAN HESENZADE NERDIVAN SERINDE DEYILDIYI KIMI
    GORUSDUK PILLELERDE YOLUN YARISINDA BIZ
    SEN QALXIRDIN BU DEMDE MEN ENIRDIM XEBERSIZ
    SENI ARZULARINA QALDIRIRDI NERDIVAN
    MENI XATIRELERE APARIRDI BU ZAMAN
    GEREK YA DUSMEYEYDI
    BU GORUS HEC ARAYA
    YA SEN EVVEL GELEYDIN
    YA MEN SONRA DUNYAYA…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma