Əsas səhifə » Poeziya » Ötəri bir dərs

Ötəri bir dərs

(“Kievskiy çernovik”)

Özünü sevdiyinə bağışlamaq
– “Satmaq” demək deyil ki!
Bircəciklə bir yastığa baş qoymaq
– “yatmaq” demək deyil ki!
Hər səhv təkrarlananda,
Onu təkrar deməmək
– demək deyil,
anlayan yox gerçəyi!

Sevərkən sevdiyində
Nəyi isə görməmək,
Heç baxmamaq da deyil!
Hətta, susub hər şeyə,
Bağırmamaq da belə,
Ola bilməz alışmamağa dəlil!

“Susmaq” ilə,
“bir cavab tapmamaq” da,
Tamam fərqli iki şey!
Amma ki, tənhalıqda,
Kimsəsizlik içində,
sükuta qərq olmaq da
– “ölən yox” demək deyil!

Fəraq gəldiyi zaman,
Donub yerində qalmaq
– “rəzalətə uğramaq” demək deyil!
Baş götürüb,
qaranlığa baş vurmaq
– “sevdiyini atıb getmək” deyil, bil !

Necə ki,
Buraxmaq – əldən qaçırtmaq,
Qisas almamaq – günahları bağışlamaq,
Və ayrılıqda qalmaq
– daha sevməmək də sayıla bilməz.

Yadda saxla, sevdiyim,
Bu şeri oxuyub da,
Və tez vaxtda unudan,
Sevgini duya bilməz
– nə mənimlə,
nə də məndən sonra,
özgə biriylə!

07.avqust.2009/ Kiev.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma