Əsas səhifə » Esselər(içsəslər) » Anti-Mərsiyə

Anti-Mərsiyə

Rüfət Əhmədzadə

Ahmadzada@list.ru

www.ahmadzada.tk

Anti-Mərsiyə

Dünən Mübarizi gördüm – şəklini. Həmişəkindən fərqli – cəsədini. Həmişəki kimi simasında sezdim – mübarizliyini. Amma, donub qalmışdı –  gözləyirdi geridən duyulacaq “Hücum!” əmrini. O zaman, bu don da açılacaq…

…İlk həmləni o etmişdi. İlk addımı o atmışdı… Bilmirəm, necə oldu, amma uzadılmışdı – xərəkdə. Gözləri də açıqdı – ümidlə. Gözləyirdi – səni, məni… Ya da, heç kimsəni! Sədəcə, yol çəkirdi gözləri. Gözlərinə çəkilən körpülərdən fərqli…

… Silahı aralıya, əlləri isə, önünə düşmüşdü – bağlı idi. Məftillə sıxılmışdı – sanki, öldükdən sonra da, ayağa qalxacaqdı, silahın alacaqdı.. Ölüdən də qorxan bir millət varmış – Erməni!

Bu rəngli kadrları seyr elədikcə, gözlərimdən qəlbimə rəngli duyğular axır. Qəzəblə kədər qucaqlaşıb yenə! Ağlamaq istəyirəm – amma, ağlamıram. Çünki, mən… Bu xalqın ana-bacı qeyrətindən özünə yer tapmayan kişilərindən fərqli… Qorxuram!

Elə, qorxsam yaxşıdır. Qarşıma keçib mənə qanun oxuyan soysuzun önündə məğlub kimi görünərəm, sınaram… Ağlamayım! Təki, qorxum ağlamaqdan olsun. Ağladıqca itirərəm. Bədənimin suyunu yox, damarımın qanını. Min illərlə qazanamışam bu qanı… Bir damla göz yaşında itirməkdən qorxuram – keçmişimlə gələcəyimi birdən! Bu günümdə məhv olaram…

….Sadəcə gözlər dolub. Dişlərimi dişlərimə sıxıram… Susuram. Görəsən, mən nəyi gözləyirəm? Sənimi? Sən də mənə baxırsan – eyni cür. Səni, məni də, cavablayacaq kəs var – baxışla yox, atdığı addım ilə. O isə, nə sənsən, nə də mənəm. Nə də ki, bizdən biri… O zaman, biz nəyi gözləyirik?

Özgəyə möhtac olanın özüylə öyünməyə haqqı varmı!?…

… Mübarizi doğan bir Türk qızıydı. Bu millətin övladıydı – sənin, mənim kimi. Anamız kimi ana… Bu analar az olsa da, bu analar az doğsa da, hamısı burdan çıxıb – bu Vətəndən, bu Millətdən. Sənin, mənim içimdən! Tarix boyu çıxıbsa, tarix sürdükcə də davamı gələr – demək ki, qısır deyil… MİLLƏTİN QISIR DEYİL!

Demək ki, qisas üçün, hələ imkanların var. QANIN VAR, CANIN VAR – SƏNİN İNTİQAMIN VAR! SƏNİN ALACAĞIN VAR…

..Amma, bu o demək deyil ki, gözləməlisən hələ. “İntiqam” deyə-deyə miras qoymamalısan… Eşidirsənmi məni!? Tegin qardaşım, Xatun bacım, Türk qandaşım! Sənə çağlayan bir çağırışım var:

MÜBARİZ…

MÜBARİZ…

MÜBARİZ…

…OL!

03.08.2010, Bölünmüş Azərbaycan.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma