Əsas səhifə » Esselər(içsəslər) » Siyasi romantika

Siyasi romantika

(mənsur şeir)

Düşünürəm. Daha dəqiq söyləsəm, düşünmək istəyirəm. İçimdə bir arzu var – daha azad düşünmək! Bəli, bəli, düşünmək! Səni, məni, hər kəsi… Hətta, bizi sevməyənləri belə – düşüncələrini dəyişmək üçün. Bir az da düşünsünlər – bizim də düşümüz var, bizim də düşüncəmiz…

… Həyəcanla əsən döşün altında bir ürək var! Onu bir dar qəfəsdə çırpındıran dilək var… Bu diləkdir düşündürür bizləri… Görəsən, bu düşüncə barədə düşünən var!?

Düşünürəm. Səninlə olmaq üçün… Hələ nə qədər fikir dəyişməliyəm, gülüm! Gözlərimin önündə, düşüncə səddləri var… Gözübağlı tabular… Onları kimlər qurub? Görəsən, cəmiyyətdə yazılmamış qanunlar kimin dilindən düşüb… Hansı dəli düşünüb hamıya bir düşüncə!? Tanrıdan da ucamı!? Ondan ucamı yəni, hiss edən ruhumuza, dərk edən ağlımıza məhrumiyyət qoyacaq… Düşüncə düşmənləri!?

Çoxdur, bax, çevrəmizdə özünü düşünənlər… Amma, onlar özləri ola bilməzləri qəti. Çünki, səadətləri… Qurulubdur özgə məhəbbətinə, özgə səadətinə sui-qəsd üzərində… Özündən özgə özgür görmək istəməyənlər!…

…Düşünmək istəmirəm.  Amma, heyf! Nə edim ki, hərdən-bir düşünürəm – ayrılıq vədəsini. Lənətəgəlmiş tale! Yox, mən tabe olmuram qorxaq düşüncələrə… Düşünmək istəmirəm – özgə düşüncələrçün  düşkünlüyə düşməyi… Bacara bilmirəmsə, öz ömrümü sürməyi… De, ölümdən nə fərqi!?

Mən ki, səni sevirəm… Və səni sevdikcə də, vuruluram Tanrıya! Səni mənə rast etdi… Dost etdi… O sevdirdi… Ulu, Vicdani Qüvvə! Sevgini vergi verdi – min duyğular içində bu ən sirrli duyğunu!

Belə düşündükcə də, sənə sevgim güclənir… Sədaqət hissləriylə bürünürəm tamamən… Sevdikcə, öz sevgimə, beləcə, qul oluram… Mübarizlik duyuram. Bilirəm, Tanrı istər – sevindirmək sevəni!  Bax, elə bu da bəsdir – Tanrını duyanların qələbəsi naminə!

Amma, heyf! İnsanlar… Söydükləri şeytana daha çox bağlıdırlar… Sanki, hamilədirlər şeytana düşüncələr… İlahidən verilən insana düşüncələr. Yaşamaq şirinsə də, elə yaşadıqca da ölüm sənə güc gələr. Budur, açıb quc gələr!…

…Düşündükcə düşürəm – gerçəyin qucağına. Məni yaşadan düşünməyimsə, elə düşüncəmlə də ölmək gərəkir ancaq! O zaman, gəl savaşaq… Özgə düşüncələrdən azad etmək uğrunda, özgür düşüncəmizi!

Mən ki, səni sevirəm… Sən ki, məni sevirsən… Qoymayalım boğulsun, iki dostun sevgisi… Ədalət əqidəsi!

Siyasi romantika” üçün 9 cavab

  1. Menim qenaetime gore Rufet bunu tam icinden yazib. Ele icinden yazdigi ucun de ela alinib. Yazinin icinde siyaset olmasa da, icinin icinde siyaset var. Bir de Rufet bu yazida sanki “hamile” oldugu sheyleri “dogub”. Isteklerini, hisslerini, dushuncelerini dunyaya getirib. Cox xoshuma geldi. Hemishe bele yaz Rufet bey…

  2. Hər cümlən təqdirəlayiqdir Rüfət.Həqiqətən segvi sədaqət hissin gücləndirir.Hətta sədaqət hissindən məhrum olanlarda belə bu hissi yarada bilər.Bir də… düşüncə düşmənlərinə nifrət edirəm.Özü də çox.

  3. SUper Super ve superrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.rUFET HANSI HISSESINI XUSUSILE SEVIB GOSTERIM BILMEDIM .HER KELIMESI ELADIR.ELLERINE SAGLIQ.SENE BU DUSUNCENI BEXS EDENI SEV DAIM.O DA SENI SEVIR KI, SEN DUSUNCELERLE BELECE DOST EYLEYIR.MINETDARAMM YAZICI VE SAIR DOSTUM!BELE YAZARLARIMIZIN OLAMSINA O QEDER QURURLANDIMKIIIIIIIIIIIIIIIIIIIIIIIII.ALLAHIM VERDIYIN ZEKAYA VE DUSUNCEYE SUKURLER OLSUN.AMIN

LEYLA üçün bir cavab yazın Cavabı ləğv et